Aylıq namaz vaxtları
1. 540 dəfə oxunub ,   0 şərh   Çap et

İslam alimləri qeyd edir ki, orucda üç məqam var:

Birincisi, imsakdan (obaşdan vaxtı)  axşama qədər yeyib-içməkdən, cinsi münasibətlərdən uzaq durmaqla tutulan oruc. Bu oruc şərtlərinə əməl edildiyi üçün səhihdir. Ancaq oruc tutan əsas məqsədinə çatmaq istəyirsə, ikinci məqama yüksəlməlidir.

İkincisi, birinci məqamdakı qaydalara əməl etməklə yanaşı, dili, gözü, qulağı, əli, ayağı və s. üzvləri günahdan uzaqlaşdırmaqla tutulan oruc. Məhz bu oruc hər cəhətdən məqbul sayılır. Çünki bu məqam bütün üzvlərə müsbət təsir göstərir və insana əxlaqi fəzilətlər qazandıraraq məqsədinə çatdırır.

Üçüncüsü, birinci və ikinci məqamlardakı qaydalara riayət etməklə yanaşı, Allahdan qeyri hər şeyi qəlbdən kənarlaşdırmaqla tutulan orucdur. Bu oruc insanı ən ali dərəcəyə yüksəldir. Eyni zamanda bu, Peyğəmbərlərə və Allah dostlarına xas orucdur.

Oruc tutan insan ilk növbədə halal qidadan, cinsi münasibətdən müəyyən müddət uzaq durmaqla iradəsinə hakim olmağı öyrənir. İradəsini hakim olmağı öyrənən mömin eyni zamanda bütün üzvlərini günahlardan, haramlardan qoruyur və nəhayət, qəlbini də pis düşüncə və hislərdən təmizləyərək, ülviləşir, mələklər səviyyəsinə yüksəlir. Maddiyyata bağlılıqdan, ehtiraslardan, həvəslərdən uzaqlaşdıqca ibadətin zirvəsinə qalxır və Allaha yaxınlaşır.[1]

Ən məqbul oruc

Oruc təkcə müəyyən müddət ac-susuz qalmaq deyil. O, eyni zamanda insanı günahlardan, haramlardan uzaqlaşdıran bir vasitədir. Oruc tutan insan halal qidalardan öz istəyi ilə imtina etdiyi kimi,

– dilini yalandan,

– əllərini haram işlərdən,

– mədəsini haram loğmadan,

– gözlərini harama baxmaqdan,

– qulaqlarını yalan, dedi-qodu dinləməkdən,

– ayaqlarını günah işləməyə getmədən uzaqlaşdıraraq

“oruc”dan faydalanmalı və ömür boyu da bu istiqamətdə yaşamalıdır.

Oruc tutan iftar vaxtına bir dəqiqə qalsa belə, ləziz yeməklərlə bəzənmiş süfrəyə əl uzatmır. Çox acsa və ya su istəsə də, səbrlə iftarın vaxtını gözləyir. O, bunu heç bir məcburiyyət qarşısında qalmadan, ürəkdən edir. Mömin Allahın əmrlərinə təslim olur, itaət edir. Nəfs tərbiyəsindən və iradəyə hakimlik təlimindən müsbət nəticələr əldə edir.

Bu təlim insanı nəfsin əsarətindən qurtarıb mələklər səviyyəsinə ucaldır. Bu cür “təlim” keçən mömin:

– halal şeylərə belə əl vurmadığı halda, harama baxa bilərmi?

– bədənə faydalı və halal yemək-içməyi öz iradəsi ilə tərk etdiyi halda, zərərli içkilərə və pis vərdişlərə gözünün ucu ilə baxarmı?

– məşru (halal, nikah daxilində) cinsi münasibətdən özünü saxladığı halda, zina edərmi?

Orucu nə qədər layiqincə tututa biliriksə, o da o qədər həyatımıza müsbət təsir edir, mənəvi feyz verir və ondan gözlədiyimiz mükafatı alırıq.[2]

[1] Baxın: Qəzali, İhyayı-Ülumid-din, II, 19.

[2] Seyfettin Yazıcı, Ramazan ve Oruc,



Açar sözləri

mərtəbə Ramazan

Bənzər məqalələr

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

Unudaraq yemək orucu pozurmu?

“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”

Oruc tuta bilməyən yaşlılar nə etməlidir?

İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.


Şərh yaz