Aylıq namaz vaxtları
2. 447 dəfə oxunub ,   0 şərh   Çap et

Başqa canlılardan fərqli olaraq, insanların duyğularına məhdudiyyət qoyulmamışdır, yaxşılıq və pisliklərin sərhədi yoxdur. Çünki bu dünya insanlar üçün imtahan dünyasıdır. Hislərin mənəvi tərəqqi və ya tənəzzül etməsi üçün iradə azadlığı verilmişdir, yəni mahiyyət etibarilə mələklərdən üstün məqama yüksələ də bilər, heyvanlardan aşağı səviyyəyə yuvarlana da bilər.

Bu mənada İslami əsaslar iradəyə məhdudiyyət qoyaraq qabiliyyətlərin müsbət istiqamətdə inkişaf etdirilməsini məqsəd seçmişdir. Nəfsin və pis arzuların bu şəkildə müəyyən çərçivəyə salınması labüddür. Nəfsin sərhəd tanımayan istəklərinə boyun əyən insan ona bəxş edilmiş mələklik keyfiyyətindən heyvanlıq səviyyəsinə yuvarlanar.

Qərb mədəniyyətinin acınacaqlı vəziyyəti göz qabağındadır. Çünki bu cazibədar mədəniyyət dünyəvi həvəsləri, şəhvani duyğuları hərəkətə gətirməyə, nəfsani istək və arzuların əldə edilməsini asanlaşdırmağa xidmət edir. Nəticəsi isə səfeh, səfil, nəfsani həyat tərzidir.

Mədənin fəaliyyətini təmin edən bir çox orqan var ki, bunlar bir növ onun köməkçiləri rolunu oynayır. Əgər nəfs müvəqqəti, bir aylıq da olsa, gündüzlər mədəyə istirahət verməsə, mədə “fabrikinin” xidmətçilərinə həqiqi vəzifələrini, ibadətlərini unutdurar, onları məşğul edər. Onları özünə yönəldərək ülvi vəzifələrindən uzaqlaşdırar.

Bu səbəbdəndir ki, bir çox vəlilər (Allah dostları, Allahın sadiq qulları) kamillik zirvəsinə çatmaq, mənən yetkinləşmək üçün özlərini riyazata, az yemək və içməyə alışdırırlar.

Ramazan orucu mədə “fabriki”nin köməkçilərinə sırf mədə üçün yaradılmadığını xatırladır. Digər duyğular da o “fabrikin” boş, mənasız əyləncələrinə deyil, ramazan ayının mənəvi və ruhani ab-havasına yönəlir.

Məhz buna görədir ki, ramazan ayında möminlər iman səviyyələrinə görə ilahi nurlara, feyzə, mənəvi sürur və  sevincə layiq görülürlər. Qəlb, ruh, ağıl, sirr, xafa və əxfa (qəlbə aid incə duyğular) o müqəddəs ayda oruc vasitəsilə yüksəlir və feyz alır. Mədə ağlasa da, onlar feyz içində gülürlər.

Oruc və nəfs tərbiyəsi

Nəfs Yaradanını tanımaq istəmir və “Mən sizin ən böyük rəbbinizəm” deyən firon kimi, özünü ilah sanır. Nə qədə əzab çəkdirilsə də, bu xasiyyətindən əl çəkmir. Nəfsin bu inadını ancaq aclıq qırır.

Ramazan orucu nəfsin fironluq inadını qırır, ona acizliyini, zəifliyini, möhtaclığını göstərir, ona qul olduğunu xatırladır. Halbuki ələ düşəni mədəyə ötürmək nəfsə meydan verir, onun həddini aşıb azğınlaşmasına zəmin hazırlayır.

Kitablarda belə bir hadisə nəql olunur: “Allah nəfsdən soruşur: “Mən kiməm, sən nəsən?” Nəfs: “Mən mənəm, Sən də Sən”, – deyə cavab verir. Allah-Təala bu cavabına görə onu cəhənnəmə atıb cəzalandırır və təkrar soruşur: “Mən kiməm, sən nəsən?” Nəfs yenə eyni cavabı verir: “Mən mənəm, Sən də Sən”. Heç bir cəza nəfsi inadından, qürurundan döndərə bilmir. Nəhayət, Allah-Təala nəfsə aclıqla əzab verir və onu ac qoyur. Yenə soruşur: “Mən kiməm, sən nəsən?” Nəfs bu dəfə belə cavab verir: “Sən mənim Rəbbimsən, şəfqətli Sahibimsən, mən isə sənin aciz, möhtac bir qulun.”

Bəli, şəhvani və nəfsi arzulara qətiyyətlə sərhəd qoymaq və onları itaətə alışdırmaq lazımdır. Bu baxımdan oruc ən uyğun sistemdir. Çünki nəfsin cilovunu çözmək üçün ən praktik yolu fərz olan orucu tutmaqdır. İnsan mənfi hislərə hakim olsa və nəfsin istəklərini yerinə yetirməsə, yolunu azmaz və öz ülvi mahiyyətini qoruyub saxlayar.



Açar sözləri

cilov nəfs Ramazan tərbiyə

Bənzər məqalələr

Orucun ictimai faydaları

Oruc sayəsində (xüsusən, ramazanda) eyni anda oruca başlamaq,bayramı bir yerdə qarşılamaq və s. insanlar arasında qardaşlıq və sevgi bağlarını gücləndirir.

Ramazanla əlaqəli ayə və hədislər

Ramazan orucunun fəziləti haqqında ayə və hədislər “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün […]

Ağır işlərdə işləyənlər oruc tutmalıdır?

Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər.

Diş qanaması orucu pozur?

Dişlərin arasından çıxan qan, tüpürcəyin rəngini dəyişmədiyi təqdirdə udularsa bu, oruca zərər vermir. Ancaq qan tüpürcəkdən çox olar və udularsa oruc pozulur.

Təravih namazı 20 rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz