4. 962 dəfə oxunub ,   0 şərh   Çap et

Bir dəli namaz qılmaq üçün məscidə girdi. Oturmadan ətrafa göz gəzdirib məsciddən çıxdı. Bir müddət sonra belində bir şələ odunla məscidə qayıtdı. Camaat isə bu vaxt namaz qılmağa hazırlaşırdı. O da onlarla bərabər cərgədə dayandı. Arxasında bir şələ odunla namazını qıldı. Dəli namazda hərəkət elədikcə yerə tökülən odunların səsi camaatı narahat etmişdi. Namaz qurtaranda camaatdan bəzisi deyindi, bəzisi də onu qınaydı. Çox keçmədi ki, imam da məsələdən agah oldu. Dəli ilə eyni məhəllədən olduğuna görə onun yanına yaxınlaşan imam, “Arxanda bir şələ odunla namaz qılmaq olarmı? Bu həm səni, həm də ətrafdakıları narahat elədi. Bir də yüklə namaza gəlməsən daha yaxşı olar”, − dedi.

Bunu eşidən dəli mənalı baxışlarla imamın üzünə baxdı və “Sizin adətiniz belə deyilmi?” − deyir. İmam, “Hansı adətimiz?” − deyə ondan soruşdu.

Camaat isə maraqla onları seyr edirdi. Dəli, “Ey İmam! Mən namaz qılmaq üçün məscidə girmişdim. Oturmaq üçün ətrafıma göz gəzdirəndə məsciddəkilərin hərəsinin belində bir yükün olduğunu gördüm. Fikirləşdim ki, yəqin burda adət belədir. Buna görə bir şələ odun götürüb gəldim. Buna görə məni günahlandırmaq doğrudur? Axı hamının belində nə isə vardı. Buna qalsa hamı qınanmalıdır”, − dedi. Bunu eşidən imam təəccüblənərək, “Mənim çiynimdə də yük vardı?”, − deyə soruşdu. Dəli, “Bəli, təkcə sənin yox hamının yükü vardı.”, − dedi.
Camaat isə onun cavablarına güldülər. Bəziləri, “Dəlidir. Dəlidən bundan artıq nə gözləmək olar ki?” dedilər. Bunu görən dəli irəli gələrək əli ilə ordakıları bir-bir göstərib ucadan, “Filankəsin belində göygöz uşaq, filankəsdə alma ağacı, filankəsdə qırıq qapı, filan adamda bir qazan yemək, filan adamda qızarmış toyuq, filankəsdə sarışın bir qız, filankəsin çiynində isə anası vardı.” deyəndən sonra əlini aşağı salardı və ümidsizcə “Belində yük olmayan adam yox idi”, − dedi.
Camaat onun dediklərindən heyrətləndi. Hamı təəccüblə bir-birinin üzünə baxmağa başladı. Çünki dedikləri doğru idi. Namazda bəzisi uşağını, bəzisi də həyətindəki meyvə ağaclarını, kimi təmir edəcəyi qapını, kimisi də yeməkxanasında bişirəcəyi yeməyi düşünürdü. Biri ac olduğundan yadına qızarmış toyuq düşür, digərinin isə sevgilisi. Başqası isə xəstə anasını fikirləşirdi. İmamın heyrəti daha da artdı və “De görüm mənim belimdə nə var?” dedi. Dəli, “Ey İmam! Elə ən çox sənin belindəkini görüncə təəccübləndim. Sənin belində böyük inək vardı”. Sən demə imamın inəyi xəstələnibmiş. Namazda onun sağalıb-sağalmayacağını düşünürmüş…  
Xaraba əhlini xor görmə əsla.

Dəfinəyə malik viranələr var…



Açar sözləri

dəli həqiqi namaz namaz

Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.


Şərh yaz