3. 150 dəfə oxunub ,   0 şərh   Çap et

Universiteti uğurla başa vuran gənc artıq məzun olmaq üzrə idi. Üstəlik, o, ölkənin ən varlı adamlarından birinin oğlu idi. Ona görə də, atasından məzuniyyət hədiyyəsi kimi bahalı bir maşın almağı xahiş etmişdi. Bir sözlə, istədiyi tək şey məzun olduğu gün o maşına minmək idi…

Nəhayət, məzuniyyət günü gəlib çatdı. Və atası onu öz evindəki iş otağına dəvət etdi. Əvvəlcə belə bir oğlu olduğu üçün onunla fəxr etdiyini dedi. Sonra da məzuniyyət günü üçün hazırladığı hədiyyə bağlamasını uzatdı. Oğlu bir az sevinclə, bir az da təəccüblə bağlamanı aldı. Bağlamada çox gözəl bir kitab var idi. Üstəlik, bu kitab çox gözəl bir qutuya qoyulmuşdu. Bunu görən oğlu az qala ən gur səsi ilə: “Ata, bunu özümə mən də ala bilərdim”, – dedi və kitabı atasının masasının üzərinə qoydu. Oğlu bu hadisədən sonra evdən getdi və bir daha o evə qayıtmadı…

Aradan uzun illər keçdi. O, atası qədər olmasa da, özünə görə var-dövlət sahibi oldu. Üstəlik, onun həm çox gözəl ailəsi, həm də çox gözəl evi var idi. Maşını da istədiyi maşından çox az geri qalırdı. Bir gün o, atasını xatırladı. Yəqin ki, atası indi çox yaşlanmışdı. Artıq ona baş çəkmək vaxtı idi. Ancaq o yola çıxmamış acı xəbər gəldi. Atası qəfil xəstəlikdən sonra vəfat etmişdi. Üstəlik, bütün var-dövlətini ona miras qoymuşdu. İndi o, miras işlərini həll etmək üçün ata evinə getməli idi…

Evə ilk addımını atan kimi, o evdə yaşadığı günlər yadına düşdü. Və qəlbini dərin bir peşmanlıq hissi bürüdü. Ancaq peşman olmaq üçün artıq çox gec idi. Sonra o, atasının iş otağına üz tutdu. İllər əvvəl atasının ona hədiyyə etdiyi kitab hələ də masasının üzərində idi. Kitabı görən kimi gözləri doldu və sanki köhnə bir “dost” kimi onu əlinə aldı. Kitabı qutusundan çıxarmaq istəyirdi ki, arasından bir açar düşdü. Bu, onun məzuniyyət günü atasından istədiyi maşının açarı idi. Qutudakı kağızda isə məzun olduğu günün tarixi və atasının öz xətti ilə yazdığı bu sözlər var idi: “Məzuniyyət günün mübarək olsun, oğlum”…

P. S. Bəzən həyatda Allahın bizə təqdim etdiyi bir çox nemətlərlə qarşılaşırıq, ancaq sırf biz istədiyimiz kimi “bağlanmadığı” üçün (elə o hədiyyə bağlamasında olduğu kimi) yanından heç bir şey yox imiş kimi ötüb keçirik.




Bənzər məqalələr

Axı əriyir…

Bir nəfər də buz satırdı. Yüksək dağların mağaralarından qoparıb gə­tirmişdi. Buz əriyib ziyan olma­dan bir an öncə onları satmalı idi. İqtisadi durğunluq olduğu üçün istədiyi kimi buzu sata bilmirdi. Ancaq bir tərəfdən də yüksələn günəş buzları əridirdi. Tək sərmayəsi olan buzları gözü önündə əridikcə, adamın içi də əriyirdi.

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Ən zəif kimdir?

Allah dostlarından İbrahim Ədhəm bir gəmi ilə səyahət edir. Səyahət zamanı gəmidə olan bir təlxək adamları güldürüb-əyləndirir ki, bir şey qoparsın. Birdən gözü İbrahim Ədhəmə sataşır. “Dayanın, bu dərvişə də bir əl atım” – deyərək onu ələ salmağa, gülməli hərəkətlər etməyə başlayır. İbrahim Ədhəm də ona baxıb nəfsinin cilovunu çəkir və səbir edib heç bir […]

Bu günün işini sabaha qoyma

Raşidi xəlifələrdən beşincisi sayılan Xəlifə Ömər bin Əbdüləziz (682-720) işinə bağlı və işini sevən həqiqi dövlət adamı idi. Bir gün işləməkdən yorğun düşmüşdü. Dostları: “Özünü niyə bu qədər yorursan. Qalan işləri də sabah görərsən”, – dedilər. O böyük insan isə qulaqlara sırğa olan bu cavabı verdi: “Bu günün işi məni yordu, sabah iki günün işi birləşsə, onda nə edərəm?”

Hüd-hüdün qanadı, dərvişin cübbəsi

Hüd-hüdün qanadı, dərvişin cübbəsi


Şərh yaz