Aylıq namaz vaxtları
8. 292 dəfə oxunub ,   0 şərh   Çap et

Tutulması qadağan edilən oruclardan biri də, Ramazan və Qurban bayramlarının birinci günləri ilə Qurban bayramının birinci günündən sonrakı üç gündür. Bayram günləri, yemə-içmə, Müsəlmanlarla bayram sevincini yaşama, onlarla birlikdə süfrəyə oturma günləridir. Bu zamanlarda Müsəlman oruc tutmamalı, digər Müsəlmanlarla birlikdə eyni şeyləri paylaşmağa çalışmalıdır. Bunun üçün Allah Elçisi (əleyhissalətu vəssələm) bu günlərdə oruc tutmağı qadağan etmiş, bu günlərin sanki Allahın insanlara açdığı bir ziyafət süfrəsi olduğunu bildirmişdir.

Uqbə b. Amirin rəvayət etdiyi bir hədisdə Əfəndimiz (əleyhissalətu vəssələm): Ərəfə günü, Qurban bayramı günü və təşrik günləri biz Müsəlmanların bayramıdır. Bu günlər yemə-içmə və Allahı xatırlama günləridir.” buyurmuşdur. Yenə bu mövzuda Əbu Səid əl-Xudridən də bu bir rəvayət nəql edilmişdir: “Allah Elçisi (əleyhissalətu vəssələm) bu iki gündə oruc tutmağı qadağan etdi: Bunlar Ramazan və Qurban bayramı günləridir.




Bənzər məqalələr

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Ərəfə günü və zilhiccə orucunun fəziləti

Hacı olmayanlar, ərəfə günü oruc tuta bilərlər.

Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

Orucun faydaları

Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.

Qədr gecəsinin vaxtı və əlamətləri

Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.


Şərh yaz