Şəvval ayında altı gün nafilə oruc tutmaq sünnətdir. Bu orucun əvəzinə qəza orucu tutmaq olarmı?
Ramazandan sonrakı şəvval ayında altı gün oruc tutmaq sünnədir. Bu orucu ayrı-ayrı günlərdə və ya ard-arda tutmaq olar. Rəsulullah (s.ə.s.) bir hədisində belə buyurur: “Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa, bütün ili oruc tutmuş kimi olar.” (Müslim, Siyam, 204; İbn Macə, Siyam, 33; Tirmizi, Savm, 52).
Bir oruca iki niyyət edilməz. Şəvval orucu nafilə orucdur, ramazan orucunun qəzası isə fərzdir. Ən gözəli öncə ramazan orucunu qəza edin. Vaxt çatdıra bilsəniz şəvvalı da tutarsınız. Çünki Ramazan ayından qəzası olan ayı tamamlamamış sayılır. Ramazan tamamını tutub şəvvaldan da 6 gün tutan o savabı əldə etmiş olar.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.
Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.