Aylıq namaz vaxtları
7. 093 dəfə oxunub ,   0 şərh   Çap et

 Şəvval ayında altı gün nafilə oruc tutmaq sünnətdir. Bu orucun əvəzinə qəza orucu tutmaq olarmı? 

Ramazandan sonrakı şaban ayında altı gün oruc tutmaq sünnətdir. Bu orucu ayrı-ayrı günlərdə və ya dalbadal tutmaq olar. Rəsulullah (s.ə.s.) bir hədisində belə buyurur: “Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa, bütün ili oruc tutmuş kimi olar.” (Müslim, Siyam, 204; İbn Macə, Siyam, 33; Tirmizi, Savm, 52).

Bəli, Rəsulullah (s.ə.s.) şəvval orucunu ayrıca tutmağa təşviq etmişdir. Müəyyən səbəblərə görə, başqa vaxtlarda (yaxınlaşan hamiləlik və s.) ramazandan qəzaya qalan oruclarını tuta bilməyənlər şəvval orucu əvəzinə qəza orucu tuta bilərlər. Qəza, nəzir və s. orucları bu günlərdə tutanlar eyni savaba nail olarlar. Aybaşı səbəbilə ramazanda qəzaya qalan orucları şəvval ayında tutan qadınlar da eyni əcri qazanarlar.

İl ərzində ramazan orucunun qəzasını tutmağa gücü çatanlar şəvval ayındakı 6 günlük sünnət orucu tutmağı məsləhətdir.



Açar sözləri

qəza Ramazan şəvval

Bənzər məqalələr

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Ərəfə günü və zilhiccə orucunun fəziləti

Hacı olmayanlar, ərəfə günü oruc tuta bilərlər.

Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

Orucun faydaları

Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.

Qədr gecəsinin vaxtı və əlamətləri

Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.


Şərh yaz