Aylıq namaz vaxtları
1. 487 dəfə oxunub ,   0 şərh   Çap et

Zəkatın fərz olmasının şərti: həddi-büluğa çatmaq, əqli cəhətdən sağlam və azad olmaq, nisab miqdarında mala malik olmaq. (Nisab – zəkatın vacib olması üçün dinin qoyduğu bir ölçüdür ki, bu da borclar və zəruri ehtiyacları çıxmaqla, 85 qram qızıla, və ya 595 qram gümüşə, yaxud da bu dəyərdə pul və ticarət malına malik olmaqdır)

Zəkat bir mənada dini vergi olduğundan qeyri-müsəlmanlar mükəlləf deyillər.

Uşağa və ruhi xəstəyə gəldikdə isə Hənəfi məzhəbinə görə:

a. Zəkat oruc və namaz kimi bir ibadətdir. Bunlar ancaq niyyətlə səhih sayılır. Uşağın və ruhi xəstənin niyyəti məqbul deyil.

b. Onların malından zəkat alınsa, get-gedə azalacaq. Halbuki, onların mənafeyini qorumaq lazımdır.

c. “Həddi-büluğa çatanacan uşaqdan, oyananadək yatandan və ağıllanana qədər ruhi xəstədən qələm qaldırılmışdır (mükəlləfiyyət daşımırlar)”[1] hədisi də bu çərçivədə hökm ehtiva edir. Bütün bu dəlillərə istinad edərək uşaq və ruhi xəstələrin malından zəkat al­maq olmaz. Onların yalnız əkindən gələn gəlirlərindən və heyvanlarından zəkat alınır.

Maliki, Şafei və Hənbəli məzhəblərinə görə, uşaq və ya dəlilərin valideynləri onların malından zəkat verməlidir. Kölələr də zəkat verməklə mükəlləf deyillər.

 


[1]  Buxari, “Talaq”, 11; Əbu Davud, “Hüdud”, 17

 



Açar sözləri

zəkat

Bənzər məqalələr

Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Zəkat nədir?

Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir.

İşləyən qadının zəkatı

Əmək fəaliyyəti ilə məşğul olan bir qadının nisab miqdarına çatan özünə məxsus bir malı varsa və bunun üstündən bir il də keçibsə, qırxda birinin zəkatını verməlidir.

Xeyirxahlıq yarışı

“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allahın (lütfü) genişdir”


Şərh yaz

*