Aylıq namaz vaxtları
3. 874 dəfə oxunub ,   0 şərh   Çap et

Abdullah İbn Sələbə (r.a) belə rəvayət etmişdir: “Rəsulullah (s.ə.s) Ramazan bayramından bir və ya iki gün əvvəl çıxış edərək belə buyurdu: “Buğdadan, arpadan və ya xurmadan 1 sa olmaqla azad və ya kölə, kiçik və ya böyüklər üçün sədəqə olaraq verin.”[1]

Əbu Səid əl-Xudridən (r.a) rəvayət edilən bir hədisdə fitrə verilən maddələr və miqdarları belə birdirilir: “Biz Peyğəmbər dövründə fitrəni yeyinti məhsullarından 1 sa olaraq verərdik. O vaxt bizim yediyimiz arpa, quru üzüm, xurma və kəşk[2] idi.[3]

İbn Abbasın (r.a) rəvayət etdiyi bir hədisdə belə buyurulur:

Rəsulullah (s.ə.s) oruc tutanları lazımsız və çirkin sözlərdən paklaşdırmaq və yoxsulların yemək ehtiyacını təmin etmək üçün fitrəni fərz buyurmuşdur. Kim fitrəni namazdan əvvəl verərsə, bu məqbul bir zəkat, kim də namazdan sonra verərsə, hər hansı sədəqə vermiş kimi olar.[4]

Mötəbər hədis kitablarında fitrənin hansı maldan və nə qədər verilməsi haqda müxtəlif hədislər olsa da, bunlar bir bütövlük təşkil edir. Peyğəmbərimizin dövründə arpa, buğda, quru üzüm, un, kəşk və sültdən (buğdaya bənzər qida) bir sa miqdarında fitrə verilirdi.[5] Ancaq İbn Ömərin qeyd etdiyinə görə, insanlar 1 sa arpa və xurmanı 0,5 sa buğdaya bərabər tuturdular və qiymətləri eyni olduğundan 0,5 sa buğdanı da fitrə kimi verirdilər. Əbu Hənifə həzrətləri bu rəvayətə əsaslanaraq buğdadan 0,5 sa, başqa ərzaq məhsullarından isə 1 sa fitrə verilməsinin vacibliyini söyləmişdir. Digər məzhəb imamları isə bildirirlər ki, buğdadan da 1 sa miqdarında verilməlidir, çünki o vaxtlar buğda Mədinədə çox az tapılan bahalı ərzaq məhsulu olub. Onların fikrincə, yuxarıda adları çəkilən bütün qida məhsullarından 1 sa miqdarında fitrə verilməlidir.

1 sa arpa, buğda və üzümün ilə dəyərini 1995-ci il qiymətləri ilə hesablasaq, Qardavinin araşdırmasına görə, 1 sa 2,176 qrama bərabərdir. O halda;

Buğda: 2,176 qr.

Arpa: 2,176 qr.

Quru üzüm: 2,176 qr.

Sözügedən qida məhsullarından hədisdə müəyyən edilmiş miqdarda (2,176 qr) fitrə vermək mümkün olduğu kimi, onun dəyərini pulla da ödəmək olar. 

Peyğəmbərimizin (s.a.s.) zamanında fitrə bir qayda olaraq həmin dövrün qida məhsullarından verilmişdir. Bu məsələ, yəni fitrənin o dövrün ərzaq məhsullarından verilməsi sonrakı dövrlərdə istər-istəməz insanların ağlına belə bir sual gətirmişdir: Fitrə illah da arpa, buğda, un, üzüm qurusu, xurma və s. qida məhsullarından, yoxsa hər bir ailə və ya ölkənin istehlak etdiyi əsas qida məhsullarından verilməlidir? Bu məsələdə fiqhi məzhəblər hökmün əsasını təşkil edən səbəbdən çıxış edərək dörd fərqli fikir irəli sürmüşlər:

1. Hənəfilərə görə, Peyğəmbərimizin adlarını bildirdiyi bu qida maddələri varsa, fitrəni bunlardan, yox  olmasa, digər ərzaqlardan vermək olar. Çünki bundan əsl məqsəd yoxsulların ehtiyacının təmin edilməsidir. Rəsulullah (s.ə.s) da “yoxsulların ehtiyacını qarşılayın” – buyurmuşdur. Hənəfilər fitrə verilən malların dəyərini ödəməklə də yoxsulların ehtiyacının qarşılanacağının mümkün olduğunu bildirmişlər. Üstəlik bunu etmək daha asandır.

2. Şafeilərə görə, hər kəs öz evində istifadə etdiyi ərzağı əsas götürüb onlardan fitrə verməlidir. Bundan əlavə Şafei məzhəbinə görə fitrənin yaşanılan ərazidə yetişən qida maddələrindən verilməsi vacibdir. Çünki qida maddələri böllgələrə görə müxtəlifdir. Yaşanılan ərazidəki qida maddələri deyərkən həmin il ən çox becərilən məhsul nəzərdə tutulur. Qida maddələrin ən yaxşısını vermək daha fəzilətlidir. Ən çox yetişən məhsuldan fitrə verilməsi həmin məhsula olan ehtiyac və çox istifadə olunması səbəbilədir. Qiyməti səbəbilə deyildir.

3. Malikilərə görə, hər bir ölkədə ən çox istehlak edilən qida maddələrindən (bunlara, buğda, arpa, üzüm qurusu, xurma, kəşk daxildir) verilməlidir ki, bu vacibdir.[6]

4. Hənbəlilərə görə isə, fitrə yalnız hədisdə bildirilən maddələrdən − buğda, arpa, üzüm qurusu, xurma, kəşkdən verilməlidir. Əgər hər hansı ərazidə həmin məhsullardan yoxdursa, bunların əvəzinə digər taxıl məhsullarından və meyvələrdən fitrə vermək olar. Ət və süd kimi qida maddələrindən fitrə vermək isə doğru deyil. Bununla yanaşı undan verilən fitrə caizdir. Çörəyin fitrə olaraq verilməsi isə caiz deyil. Hənbəli məzhəbinə görə məhsulların qiyməti hesablanaraq fitrə verilə bilməz.

Hz. Müaviyə də oxuduğu bir xütbəsində bir sa xurmanın yarım sa buğda ilə eyni dəyərdə olduğu bildirmişdir. Buna görə də hədislərdə qeyd olunan buğda həmin dövrdə Ərəbistanda qiymətli sayılırdı. Yaşadığımız coğrafiyada isə buğda bol olduğundan dəyəri çox ucuzdur.

Fitrə üçün hədislərdə dörd əsas qida məhsulunun müyyən edilməsi, bu yardımlaşmanın hər dövr və bölgədə tətbiq edilməsini asanlaşdırmışdır. Çünki bundan məqsəd yoxsulun bir günlük ehtiyacını qarşılamaqdır. O da bu qida məhsulları ilə və ya bunları satın alacaq qədər pulla gerçəkləşir. Əgər bunların yerinə müəyyən pul təsbit edilsəydi, bu dərəcədə real nəticə ortaya çıxmazdı. Çünki qida məhsullarının qiymətləri tez-tez dəyişdiyi üçün bu məbləğ ilə yoxsulun bu miqdarda qida məhsulu alması mümkün olmaya bilər və məqsəd də reallaşmazdı.

Bəzi insanlar öz imkanlarını nəzərə almadan arpa, buğda və başqa ərzaq məhsullarından ən ucuzunu seçib ondan fitrə verirlər. Halbuki, bu, kasıbların ziyanına olmaqla yanaşı, fitrənin vacib buyurulmasının səbəb və hikmətinə də ziddir. Bəzi adamlar isə seçim etməkdə çətinlik çəkirlər. Əslində, fitrə miqdarında əsas prinsip bölgənin orta təbəqəsinin yediyi qida maddələrini əsas götürülüb bir kasıbı bir gün (iki öyün) doyurmaqdır. Halbuki, 2176 qr. buğda heç 1 AZN qiymətində deyildir. Bu məbləğlə aydın məsələdir ki, kasıb bir yoxsulu iki öyün doyurmaq olmaz.  Ona görə də;

a. Müasir alimlərin fikrincə, hədislərdə adı çəkilən qida məhsullarının 2176 qram və ya 2920 qr. ölçüsünün ortalama qiymətini,

b. Bir kasıbın çörək və normal yeməklə gündə iki dəfə, yəni səhər-axşam doyunca yeməsinə kifayət edən miqdarı vermək olar.

c. Hər bir ailə gündəlik yeməklərini əsas götürüb gündə iki öyün yemək miqdarı verə bilər.

ç.İmam Malikin bildirdiyi kimi, hərölkədəənçox istehlak olunan qida maddələriəsasında fitrəni müəyyən edib vermək mümkündür.

Burada vacib bir məqam da var ki, o da müəyyən edilmiş bu məbləğin hədislərdə əksini tapan arpa, üzüm kimi qida maddələrinin qiymətindən az olmamasıdır. Əks halda, nəslərə zidd hərəkət edilmiş olar. Əgər bu məbləğdən çox olarsa, nafilə sədəqə kimi əməl dəftərinə yazılar.

Nəticə etibarilə, bu gün fitrə verərkən kasıbların xeyrinə olan bənd seçilməli və verilən fitrənin miqdarı hər gün yediyimiz yeməklərdən az olmamalıdır. Həmçinin fitrəni verəcəyimiz insanları doğru seçməyə çalışmalıyıq. Onlara verilən fitrə pulu ilə yalnız ərzaq məhsulları ala və zəruri ehtiyaclarını qarşılaya biləcəklərini xatırlatmalıyıq.


[1]Əhməd İbn Hənbəl, V, 432. Buxari, Zəkat, 76; Müslim, Zəkat, 12.
[2] Kəşk haqqında iki izah var: 1. Üzü alınmış süddən hazırlanan pendir. 2. Qaymağı alınmadan un ilə qarışdırılaraq qurudulan süd.
[3]Buxari, Zəkat, 74; Əhməd İbn Hənbəl, III, 73, 98.
[4]Buxari, Zəkat, 70, 71, 77; Müslim, Zəkat, 12, 13, 16; Əbu Davud, Zəkat, 17, 20; Nəsai, Zəkat, 31, 33; İbn Macə, Zəkat, 21;Əhməd İbn Hənbəl, II, 277.
[5]Buxari, “Zəkat”, 72, 73, 74, 75; Müslim, “Zəkat”, 4
[6]Vəhbə Zuheyli, “İslam Fiqhi Ensiklopediyası”, III, 389.


Açar sözləri

fitre Fitrə sədəqə

Bənzər məqalələr

Fitrə vermək kimlərə vacibdir?

İbn Ömər rəvayət edir: “Peyğəmbərimiz (s.a.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”.[4]

Fitrənin miqdarı

Mötəbər hədis kitablarında fitrənin hansı maldan və nə qədər verilməsi haqda müxtəlif hədislər olsa da, bunlar bir bütövlük təşkil edir.

Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.

Sədəqeyi-cariyə

Sədəqeyi-cariyə davam edən, daim savab qazandıran sədəqə deməkdir. Daim insanlara fayda verən xeyirli işlər də sədəqeyi-cariyədir. Sədəqə və zəkatı insanların ümumi xeyrinə sərf edib daim istifadə olunan şeylərə vəsilə olmaq da sədəqeyi-cariyə sayılır. Sədəqeyi-cariyə yol, körpü, məscid, vəqf (yardım) qurumları və bunlardan ən düzgün və səmərəli şəkildə istifadə edən nəsillər yetişdirmək üçün yataqxanalar, məktəblər və müəssisələr açmaq və s. fəaliyyətlərin hamısını ehtiva edir.


Şərh yaz

*