Aylıq namaz vaxtları
1. 123 dəfə oxunub ,   0 şərh   Çap et

Allah dostlarından İbrahim Ədhəm bir gəmi ilə səyahət edir. Səyahət zamanı gəmidə olan bir təlxək adamları güldürüb-əyləndirir ki, bir şey qoparsın. Birdən gözü İbrahim Ədhəmə sataşır. “Dayanın, bu dərvişə də bir əl atım” – deyərək onu ələ salmağa, gülməli hərəkətlər etməyə başlayır. İbrahim Ədhəm də ona baxıb nəfsinin cilovunu çəkir və səbir edib heç bir cavab vermir. Təlxək də “Nə qəribə adamdır bu, vurduqca vurdurur, əzdikcə əz dirir” – deyə heyrətlənir. İbrahim Ədhəm:

– Səndən bir şey soruşmaq istəyirəm – deyir.

Təlxək:

– Soruş.

İbrahim Ədhəm:

– Gəmidə bu qədər adamın içində ələ salmağa, alçaltmağa layiq təkcə məni gördün?

– Bəli, təkcə səni gördüm!

İbrahim Ədhəm başını yuxarı qaldırır: “Ya Rəbb, sənə şükürlər olsun, – deyir, sonra da üzünü təlxəyə tutub əlavə edir, – sənə də təşəkkür edirəm. Bu cahanda insanları güldürdüyün kimi Allah da axirətdə səni güldürsün! Könlümü xoş etdin!”

* * *

İnsan kiməsə nəsə verəndə həmin adamın ehtiyacını nəzərə alır. Ən zəifə, ən möhtaca ən çox verilir. İbrahim Ədhəm bununla “Allahım, bu təlxək də şahiddir ki, Sənə ən möhtac qullardan biriyəm. Ən yoxsul, ən həqir insan Sultanından sonsuz lütf diləyir” demək istəyir.

“Hikmət Dənizi”  hekayə kitabından

 



Açar sözləri

hekayə

Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Bu günün işini sabaha qoyma

Raşidi xəlifələrdən beşincisi sayılan Xəlifə Ömər bin Əbdüləziz (682-720) işinə bağlı və işini sevən həqiqi dövlət adamı idi. Bir gün işləməkdən yorğun düşmüşdü. Dostları: “Özünü niyə bu qədər yorursan. Qalan işləri də sabah görərsən”, – dedilər. O böyük insan isə qulaqlara sırğa olan bu cavabı verdi: “Bu günün işi məni yordu, sabah iki günün işi birləşsə, onda nə edərəm?”

Hüd-hüdün qanadı, dərvişin cübbəsi

Hüd-hüdün qanadı, dərvişin cübbəsi

Hədiyyə qutusu

Bəzən həyatda Allahın bizə təqdim etdiyi bir çox nemətlərlə qarşılaşırıq, ancaq sırf biz istədiyimiz kimi “bağlanmadığı” üçün (elə o hədiyyə bağlamasında olduğu kimi) yanından heç bir şey yox imiş kimi ötüb keçirik.

Bir ovuc qum

O, hələ evliliyinin üçüncü ayında idi. Sevdiyi adamla evlənmişdi. Üstəlik, sevildiyini də bilirdi. Ancaq yenə də nə isə yolunda getmirdi. Gənc qız bu düşüncələrlə bir gün anasının yanına getdi. Artıq günəş batmaq üzrə idi. Və ana-qız bir yerdə günəşin batmasına tamaşa etmək üçün sahildə üz tutdu…


Şərh yaz

*