Namazda birinci səcdədən qalxandan sonra, ikinci səcdəyə gedənə qədər keçən müddət ərzində bir qədər oturmaq cəlsə, ikinci və sonuncu rükətlərində müəyyən qədər oturmaq isə qadə adlanır.
Gərdək gecəsi qorxusu, səbəbləri və fəsadları Toy əksər xalqlara xas mərasimlərdən biridir. Bir çox insan uşaqlıqdan evlənənə qədər toy günü ilə əlaqəli xəyallar qurur və həmişə toyunun yaddaqalan olmasını arzulayır. Ancaq toy gecəsi baş tutan ilk cinsi münasibət əksər cütlüklərdə həyəcan, qorxu və müəmma dolu bir hadisə təəssüratı oyadır. İlk gecə qorxusu xüsusilə həssas və […]
Sual: Camaatla zikr etməyin bidət olduğu haqqında bir rəvayətin olduğu söylənilir. Bu rəvayət haqqında məlumat verə bilərsinizmi?
Sədəqeyi-cariyə davam edən, daim savab qazandıran sədəqə deməkdir. Daim insanlara fayda verən xeyirli işlər də sədəqeyi-cariyədir. Sədəqə və zəkatı insanların ümumi xeyrinə sərf edib daim istifadə olunan şeylərə vəsilə olmaq da sədəqeyi-cariyə sayılır. Sədəqeyi-cariyə yol, körpü, məscid, vəqf (yardım) qurumları və bunlardan ən düzgün və səmərəli şəkildə istifadə edən nəsillər yetişdirmək üçün yataqxanalar, məktəblər və müəssisələr açmaq və s. fəaliyyətlərin hamısını ehtiva edir.
Məsuliyyət sözü ərəb dilində “sorğu-suala çəkmək”, “hesablaşmaq” mənasındakı “səələ” felindən törəmişdir. Öz hərəkət və işlərinə görə cavab vermək, onların nəticələri üçün cavabdehliyi öz üzərinə götürmək məsuliyyət adlanır.
Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Bəzi günlər xaric ilin bütün günlərində nafilə oruc tutmaq olar.
Sual: Camaatla zikr etməyin bidət olduğu haqqında bir rəvayətin olduğu söylənilir. Bu rəvayət haqqında məlumat verə bilərsinizmi?
Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.
Ərhamurrahimin (Rəhman və Rəhmli) olan Rəbbimiz: “Mənə dua edin, Mən də sizin dualarınıza cavab verim!” (“Ğafir” surəsi, 60) məallı ayədə ilahi dərgaha yönələn yalvarışları cavabsız qoymayacağını bəyan edir. Amma müəyyən şərtlərə riayət duanın qəbul ehtimalını gücləndirir. Dualarımızın Allahın izzətli dərgahında məqbul olması üçün müəyyən məqamlara diqqət yetirməliyik: Birincisi: hər şeydən əvvəl Allahın böyüklüyü qarşısında kiçikliyimizin, acizliyimizin […]
“Allahım! Rəcəb və Şabanı haqımızda xeyirli-bərəkətli eylə, bizi Ramazana qovuşdur“. (Əhməd ibn Hənbəl, Müsnəd, I, 259)
Talaq nədir? “Talaq” “düyünü açmaq” deməkdir. Termin olaraq isə, qadın və kişi arasında qarşılıqlı razılıqla bağlanan nikaha müəyyən sözlərlə xitam verməyə talaq deyilir.
Sünnət əsasən yetkinlik yaşına çatmamış oğlan uşaqlarının kişilik əzasının ucunu örtən dərinin kəsilməsindən ibarət əməliyyatdır. Ərəblərdə həm qadın, həm də ki, kişi sünnət olunurdu. Sünnət olmaq insanın fitrətindən qaynaqlanır. Allah Rəsulu (s.ə.s) beş şeyin fitrətdən olduğunu bəyan edir. Biri də sünnət olmaqdır
Bir şeyi itirəndə oxunan dua. Hər hansı bir şeyini itirən şəxs dəstəmaz alıb, iki rükət namaz qılmalı və sonra da belə dua etməlidir:
“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”
Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.
Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Hz. Peyğəmbərin (s.ə.s) dəstəmaz almadan heç bir iş görmədiyi nəql edilir.
Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Bir çox məsələlərin həllində məşvərət əvəzolunmaz yerə sahibdir. Məşvərət sözünün əvəzinə müşavirə, şura, istişarə və məsləhət kəlmələrindən də istifadə olunur. Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək Rəsulullahın sünnəsidir.
İslam dini müsəlmanları bir-birinə qardaş elan etmiş və onlara bir-birini sevib hörmət etməyi, bir-birinin köməyinə gəlməyi əmr buyurmuşdur.
Həya “abır, ismət, namus, utanmaq” və “çəkinmək” deməkdir. Allah qorxusu və sevgisindən Onun istəmədiyi hal və hərəkətlərdən çəkinməyə həya deyilir. Həya hissi insandakı ədəb və əxlaqın göstəricisidir.