14. 778 dəfə oxunub ,   0 şərh   Çap et

Böyük və kiçik tualet ehtiyacını görənlər üçün aşağıdakılara riayət etmək məndubdur:

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s)  adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Ənəs ibn Malik (r.a) nəql edir ki: “Hz. Peyğəmbər (s.ə.s) tualetə girəndə, üzüyünü çıxarardı.”[1] Çünki Onun üzüyünün üstündə “Muhammədun Rəsulullah” yazısı vardı. Ancaq belə bir yazının üstü örtüldüyü və ya üzüyün itməsindən qorxulduğu təqdirdə çıxarılmasa da olar. Üzüyü hər dəfə çıxarmaq çətin olarsa yazılı qismi tərsinə çevrilərək ovuc içinə alınmalıdır.

Hər zaman üzərimizdə bu cür kitabçalar daşınacaqsa klyonka torbaya sarılı vəziyyətdə daşımaq lazımdır.

 Tualetə girmədən əvvəl Rəsulullahdan (s.ə.s) rəvayət olunan bu zikirlər oxuna bilər:

“Bismillah” dedikdən sonra

اَللَّهُمَّ إِنّيِ أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبٰائِثِ

 “Allahummə inni əuzu bikə minəl-xubsi vəl-xabais” (Allahım! Erkək və dişi bütün şeytanlardan (zərərli şeylərdən) sana sığınıram) ˗ deyə dua edilməsi müstəhabdır.

Tualetə sol ayaqla girməli və sağ ayaqla da çıxılmalıdır.

Tualetə girmədən öncə palto, plaş kimi üst geyimləri çıxarılmalı, paltarın qolları sıyrılmalı, şalvarın balağı qatlanmalı, qadınlar ətəklərini yığmalı, ayaqdakı corab mümkünsə çıxarılmalıdır. Çünki sidik sıçrayan sidik damcıları paltarı kirlədə bilər.

 Tualetdə üzü və arxası qibləyə tərəf otrulmamaq lazımdır. Bu təhrimən məkruhdur. Allah Rəsulu (s.ə.s) bu haqda belə buyurmuşdur: “Kiçik və ya böyük tualet ehtiyacını görmək üçün üzünüzü və arxanızı qibləyə çevirməyin, şərqə və ya qərbə tərəf çevirin.”[2]

 Fəqət binalardakı tualetlər üzü qibləyə tərəf düzəldilmişsə, zərurət olduğundan bağışlanmışdır. Ancaq açıq yerlərdə buna diqqət edilməlidir.

Analar uşaqlarının tualet ehtiyacını qarşılayarkən onları üzü qiblə istiqamətinə tutmamağa diqqət etməlidirlər.

Tualetdə ikən məcbur qalmadıqca danışmaq, zikr oxumaq, oxunan əzanı təkrarlamaq, salam almaq və vermək, asqıranda səsli “Əlhəmdullah” demək olmaz.

Açıq ərazidə tualet ehtiyacını qarşılarkən gözdən uzaqlaşmaq və ya görünməmək üçün bir şeylə örtünmək lazımdır. Müğirə ibn Şubə (r.a) rəvayət edir: “Rəsullullah (s.ə.s) dəfi-hacət edəcəyi zaman uzağa gedərdi.”[3]

Tualetlərə tüpürərək və ya burun təmizləyərək naxoş görüntüyə səbəb olmamaq da tualet ədəblərindəndir.

Su yoluna çıxarkən oturaraq çıxmaq lazımdır. Bu məsələdə kişi və qadın arasında fərq yoxdur. Hz. Ömər (r.a) bildirir: “Bir dəfə ayaq üstə su yoluna gedərkən Rəsulullah (s.ə.s) onu görmüş və: “Ya Ömər, ayaq üstə su yoluna çıxma!” ˗ demişdir. Hz. Ömər bundan sonra bir daha ayaq üstə su yoluna çıxmamışdır. Fəqət zərurət hallarında, ətraf natəmiz olduqda və sidik damcılarının üzərinə sıçramasından qorunmaq mümkün olmadığı hallarda, ayaq üstə də su yoluna getmək olar. Çünki bəzi səhabələr Rəsulullahın (s.ə.s) ayaq üstə da su yoluna çıxdığını görmüşlər. Bu hər zaman olmasa da, zərurət hallarında belə edilə biləcəyinə işarətdir.

 Oturaraq su yoluna çıxmaq, təmizlik yönündən də faydalıdır. Bu şəkildə sidik kisəsi daha yaxşı boşalır. Sidik kanalında damcıların qalmaq ehtimalı da azalır.

Uzun müddət ayaq üstə su yoluna çıxdıqda sidik kisəsi tam boşalmadığında zamanla prostat xəstəliyinin əmələ gəlmə ehtimalı artır.

 Dəfi-hacət edərkən, övrət yerlərinə və vücuddan çıxan nəcasətə də baxmamaq lazımdır.

Tualetdən çıxarkən:

اَلْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنّيِ الْأَذٰى وَعٰافٰانِي

“Əlhamdu lilləhil-ləzi əzhəbə anni əl-əza və əfani

(Əziyyət verən şeyləri məndən uzaqlaşdıran Allaha həmd olsun.) ˗ deyilməsi ədəbdəndir.

Tualet ədəbinin məkruhları

Külək əsən istiqamətə sarı, durğun və axar sulara doğru su yoluna getmək məkruhdur. Meyvə ağacı altlarına, kölgəlik yerlərə, əkin sahələrinə, qarışqa və həşərat yuvalarına, yollarda ayaqyolu ehtiyacını qarşılamaq olmaz, məkruhdur. Ələlxüsus insanların gedib-gəldiyi yolları və dayanacaqları, kölgəlikləri kirlətmək, hədislərdə qəti şəkildə qadağan edilmiş, bu şəkildə naxoş hərəkətlərin insanlara əziyyət verdiyi; onlar tərəfindən lənət və qınaqlara səbəb olacağı bildirilmişdir.  Allah Rəsulu belə buyurur: “Lənət olunacaq üç məkandan çəkinin: su kənarı, yol və kölgəlik. Bu yerlərdə tualet ehtiyacı görməyin.”[4]

Diqqət edilməsi gərəkli xüsuslardan biri də, ictimai yerlərdəki tualetlərdə ehtiyacı gördükdən sonra, tualeti tam təmizləmədən çıxılmamaq lazımdır. Çünki, bu da insanlara əziyyət verir və hədisdəki qadağaya daxildir.

İstinca və istibrada təmizlik həmişə sol əl ilə edilməlidir. Hədisdə: “Sizdən bir kimsə su yoluna gedərkən, orqanını sağ əli ilə tutmasın. Ehtiyacı gördükdən sonra da sağ əli ilə təmizlik etməsin.”[5]˗ buyurulmuşdur. Alimlər, bu hadisə əsasən, sağ əl ilə təmizlənməyi məkruh saymışlar. Sol əli olmayan və yaxud sol əli ilə heç nə edə bilməyən üzrü şəxs sağ əli ilə tualet təmizliyini edə bilər.

İstincada suyu istifadə edərkən diqqətli olmalı, suyu çırpmamalı, üst başına sıçratmamağa çalışmalıdır.

Tualet təmizliyində su təmizlənməyin müəyyən bir sayı yoxdur. Təmizlikdən əmin olunan kimi yuyulmalıdır. Öncə ön tərəf, daha sonra da arxa tərəf yuyulmalıdır.

Tualetdən çıxan kimi əllər sabun və başqa təmizləyici vasitələrlə yuyulmalıdır.

Övrət/ayıb yerlərinin görülməsindən çəkinilən hallarda, istinca tərk edilir.

Qüsl edilən yerə su yoluna getmək uyğun deyildir. Abdullah ibn Muqaffəl (r.a) anlatıyor: “Rəsulullah (s.ə.s) buyurdular ki: “İçinizdən heç kim yuyunduğu yerə su yoluna getməsin. Vəsvəsələrin çoxu bundan qaynaqlanır.”[6]  Ancaq axıntı varsa və sidik, qüsl edilən yerdə qalmayıb axıb gedirsə, caizdir deyənlər də olmuşdur. Diqqət etməkdə fayda vardır.


[1]Əbu Davud, Təharət, 10; Tirmizi, libas, 17; İbn Macə, Təharət, 11.
[2]Tirmizi, Təharət, 6, Büyu, 41; Əbu Davud, Təharət, 4; Əhməd İbn Hənbəl, Müsnəd, II, 250; III, 487; V, 421.
[3] Əbu Davud (1) Tirmizi(20) Nəsai (1/18, 19) İbn Macə(331) Darimi(1/169) Albani Sahiha(1159).
[4]Müslim, Təharət, 68; Əbu Davud, Təharət, 14; İbn Macə, Təharət, 21.
[5] Buxari, Vudu 18, 19; Müslim, Təharət 63 (267); Əbu Davud, Təharət 18 (31); Tirmizi, Təharət 11 (15); Nəsai, Təharət 23, 42; İbn Macə, Təharət 15 (310); Əhməd ibn Hənbəl, V, 300
[6] Əbu Davud (27); Tirmizi 21); Nəsai, 1/34.



Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.


Şərh yaz