4. 650 dəfə oxunub ,   0 şərh   Çap et

Hz. Peyğəmbərin (s.ə.s) tualet ehtiyacından sonrakı təmizlikdə əsasən sudan[1], suyun olmadığı zamanlarda isə xırda və nisbətən düz daşlardan istifadə etdiyi[2] bildirilir.     

Müasir dövrdə övrət yerləri su ilə təmizlənmədən əvvəl və ya sonra tualet kağızından da istifadə edilir. Beləcə həm əlin nəcasət ilə birbaşa təması azalır, həm də yuyulandan sonra qalan su qurulanır. Su ilə təmizlik etdikdən sonra övrət yerinin parça və ya tualet kağızı ilə qurulanmasının sağlamlıq və təmizlik baxımından daha uyğun hətta zəruri olduğunu ifadə etmək lazımdır.

 Su ilə təmizləndikdən sonra bez və ya tualet kağızı ilə qurulanmaq, Quba xalqının Qurani-Kərimdə təriflənən təmizliyinə bənzəyir. Quba xalqı su ilə təharətləndikləri üçün “Tövbə” surəsinin 108-ci ayəsi onlar haqqında nazil olmuşdur. Bu ayə (“Orada (maddi-mənəvi kirlərdən) paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!”)[3] nazil olanda Allah Rəsulu (s.ə.s), Quba əhalisinə: “Allah təmizlik barəsində sizi öyür. Bu nədən irəli gəlir?” deyə soruşduqda, onların: “Biz namaz üçün dəstəmaz alırıq, qüslsuz olanda yuyunuruq və su ilə təharətlənirik” – dedilər. Rəsulullah (s.ə.s): “Təfir elə bunun üçündür, buna davam edin!” – buyurdu.[4]

Hz. Aişə (r.anha) Rəsulullahın (s.ə.s) heç vaxt su ilə təharətlənmədən tualetdən çıxmadığını bildirmiş və İbn Ömər də “Biz də bu şəkildə etdik və bunun bir şəfa və təmizlik vasitəsi olduğunu gördük” demişdir.[5]

Qərb cəmiyyətlərində olduğu kimi sadəcə tualet kağızı ilə təmizlənmək kifayət deyil. Buna görə də tualet təmizliyini su ilə etmək, sonra da tualet kağızı ilə qurulanmaq ən etibarlı və gözəl yoldur.

İstinca edərkən sudan istifadə etmədən sadəcə tualet kağızı və bezlə kifayətlənmək məkruhdur.

Köhnə fiqh kitablarında kağız istifadə etməyin məkruh olduğu bildirilir. Bu doğrudurmu?

Keçmiş dövrlərdə kağız az tapıldığı üçün çox dəyərli idi və ancaq kitab yazmaq üçün istifadə edilirdi. Bunu nəzərə alaraq bəzi köhnə fiqh kitablarında kağızın təmizlikdə istifadə edilməsi uyğun görülməmişdir. Günümüzdə tualet kağızları yazı vəsaiti kimi istifadə olunmadığına görə tualet kağızından istifadə oluna bilər[6].


[1] Buxari, Vüdu, 15-17, 55; Müslim, Təarət, 69-71.
[2] Buxari, Vüdu, 20.
[3] Tövbə, 9/108.
[4] İbn Macə, Təharət, 28.
[5] İbn Macə, Təharət, 28.
[6] Kösə S, Yaran R., İslam Dinin Əsasları, 20.



Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

İslamda təmizlik

Təharət təmizlik, paklıq mənalarına gəlir. Dini terminologiyada mənası isə nəcasət deyilən maddi və hədəs deyilən, ibadətlərə mane hökmü kirlilik hallarından təmizlənmək deməkdir.


Şərh yaz