3. 867 dəfə oxunub ,   0 şərh   Çap et

Rəsulullah (s.ə.s) dəstəmazı evin önündən axan çaya bənzədir. “Mömin gündə beş dəfə həmin çayda yuyunsa onda kirdən əsər-əlamət qalmaz” − buyurur.[1]

Buna görə də ibadət etməyə hazırlaşan mömin sanki Rəbbinin hüzurunda çıxırmış kimi dəstəmaz alar. Maddi təmizliyə əhəmiyyət verdiyi kimi mənəvi təmizliyə də önəm verər. Maddi-mənəvi təmizlik arasındakı müvazinəti qorumağa çalışar. Həmin müvazinət pozularsa münafiqlik etməkdən qorxaraq Rəbbinin hüzuruna çıxmağı Ona qarşı hörmətsizlik hesab edər.

Rəsulullah (s.ə.s) bir hədisində “Heç kim yuxudan oyanandan sonra əlini üç dəfə yumadıqca qaba uzatmasın. Çünki əllərinin gecə bədənin harasına toxunduğunu bilməz.”[2]buyurur. Dövrümüzdə bir həkimdən soruşulsa böyük ehtimalla, mikrobların daha çox qoltuq altı kimi rütubətli yerlərdə fəal olduğunu deyəcək. Həmçinin bir dırnaq arasında milyardlarla mikrobun olmasından və içinə saldığı qabı bir anda kirlədib infeksion xəstəliklərin insan vücudua bu yolla daxil ola biləcəyindən xəbər verəcəkdir. İnsan gecə yatarkən əllərinin qoltuğunun altında, ya da vücudunun hər hansı bir yeridnə gəzdiyini hiss etmir. O halda məsələ istər həkim tərəfindən izah edilsin, istər namaz üçün təharətə vəsilə sayılsın, istərsə bunları heç düşünmədən Rəsulullahın (s.ə.s) fərmanına tabe olaraq “O əmr etdiyi üçün edirəm” deyilsin fərqi yoxdur; nəticədə bu bir təmizlik məsələsidir. Günahlardan ancaq Allahın bağışlaması sayəsində qurtulmaq olar. Kirli əlin təmizlənməsi onun gözəlcə yuyulması ilə aradan qalxar.

İstər tibbi, istərsə də təmizlik nöqteyi-nəzərindən yuxudan durandan sonra əllər mütləq yuyulmalıdır. Kirlənmiş əli təmizləmək ancaq yumaqla mümkündür. Gündə beş dəfə dəstəmaz alan insan da həm mənəvi, həm də maddi olaraq özünü mikroblardan qoruyar. Bununla yanaşı dəstəmaz möminin dərəcəsini yüksəldər, onun bəzi günahlarının bağışlanmasına kəffarə olar.  

Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun…[3] ayəsində buyrulanlara əməl edərək təmizlənmiş olaraq Rəbbinin hüzuruna çıxar.

Rəsulullah (s.ə.s) səhabələrinə “Allahın günahları bağışlamağa, bəlaları dəf etməyə və dərəcələri yüksəltməyə vəsilə etdiyi şeyi sizə xəbər verim?” deyə soruşduqda, səhabələr “Bəli, Ey Allahın Rəsulu” xəbər verin cavabını verdilər. Rəsulullah (s.ə.s) “Zəhmətinə qatlanaraq dəstəmazı tam almaqdır” − buyurdu.[4] Hədisdəki “əsbiğ” kəlməsi nöqsansız ağıza, buruna bol su almaq, əllər və ayaqları yaxşıca yumaq deməkdir. Hədisdəki “aləl-məkarih” kəlməsi isə çətin hava şəraitində dəstəmazı doğru almaq deməkdir.

Əgər xəstə olan şəxs su ilə dəstəmaz aldığı təqdirdə xəstəliyinin şiddətlənmə ehtimalı olarsa təyəmmüm edə bilər. Soyuq su ilə qüsl aldlığı təqdirdə xəstələnəcəksə təyəmmüm edə bilər.

Su tapılmayanda və ya sudan istifadə hökmən (suyun mövcudluğu ilə birlikdə istifadə edilmədiyi hallar) mümkün olmayanda təyəmmüm edilə bilər ki, bu da bir nemətdir.

Xülasə mömin dəstəmaz almaqla həm maddi, həm də mənəvi kirlərdən təmizlənmiş olaraq Rəbbinin hüzuruna çıxar.


[1] Buxari, Məvaqit 6; Müslim, Məsacid 282.

[2] Buxari, Vüdu 26; Müslim, Təharət 87. 

[3] Maidə, 5/6.

[4] Müslim, Təharət 41; Muvatta, Səfər 55.  



Açar sözləri

dəstəmaz təmizlik

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Niyyət etməyi və Bismillah deməyi unutmaq

Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü sünnədir. Niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.


Şərh yaz