اَللّٰهُمَّ صَلِّ صَلاَةً كَامِلَةً وَ سَلِّمْ سَلاَمًا تَٓامًّا عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ الَّذِى تَنْحَلُّ بِهِ الْعُقَدُ
وَ تَنْفَرِجُ بِهِ الْكُرَبُ وَ تُقْضٰى بِهِ الْحَوَايِجُ
وَ تُنَالُ بِهِ الرَّغَٓائِبُ وَ حُسْنُ الْخَوَاتِمِ وَ يُسْتَسْقَى الْغَمَامُ بِوَجْهِهِ الْكَرِيمِ
وَ عَلٰٓى اٰلِهِ وَ صَحْبِهِ فِى كُلِّ لَمْحَةٍ وَ نَفَسٍ بِعَدَدِ كُلِّ مَعْلُومٍ لَكَ
“Allahummə salli salatən kəmilətən və səllim sələmən təmmən alə səyyidinə Muhammədin. Əlləzi tənhəllu bihil-uqadi və tənfəricu bihil-kurəbi və tuqza bihil-həvayici və tunəli bihil-rəğaibu və husnəl-xəvatimi və yustəsqa-l ğaməmu bivəchihil-kərim və alə əlihi və sahbihi fi külli ləmhatin və nəfəsin bi adədi külli məlumin ləkə”
Allahım! Adı ilə bütün düyünlərin açıldığı, sıxıntıların dağıldığı, ehtiyacların qarşılandığı, istəklərin, gözəl nəticələrin əldə edildiyi və mübarək üzü hörmətinə buludlardan yağmurun yağdığı Peyğəmbərimiz Məhəmmədə (s.ə.s.), onun əhli beyti və səhabələrinə hər göz açıb-yumduqda, hər nəfəs alıb-verdikdə Sənə məlum olan varlıqların sayı qədər səlat və salam olsun.
Ərhamurrahimin (Rəhman və Rəhmli) olan Rəbbimiz: “Mənə dua edin, Mən də sizin dualarınıza cavab verim!” (“Ğafir” surəsi, 60) məallı ayədə ilahi dərgaha yönələn yalvarışları cavabsız qoymayacağını bəyan edir. Amma müəyyən şərtlərə riayət duanın qəbul ehtimalını gücləndirir. Dualarımızın Allahın izzətli dərgahında məqbul olması üçün müəyyən məqamlara diqqət yetirməliyik: Birincisi: hər şeydən əvvəl Allahın böyüklüyü qarşısında kiçikliyimizin, acizliyimizin […]
Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.
Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar
İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.
Dua Allahla qul arasında qüvvətli bir bağdır.