6. 585 dəfə oxunub ,   0 şərh   Çap et

Sünnə namazla fərz namaz arasında danışmaq və ya hər hansı dünyəvi iş görmək olarmı?

 Sünnə namazlar fərzlərə hazırlayıcı və tamamlayıcı mahiyyətdədir. Namaz, fərzi və sünnəsi ilə birlikdə bir bütünlük təşkil edər. Bu səbəblə namazların sünnətləri ile fərzi arası yemək-içmək ya da oradan-buradan lazımsız danışıqlarla açılmaması daha yaxşıdır. Buna görə alimlər, “ilk və ya son sünnətlə fərz və ya fərz ilə sünnət arasında danışmaq sünnə savabını azaldır”, demişlər. Hətta bəzi alimlərə görə, ilk sünnətlə fərz arasında hər hansı dünyəvi iş görüldüyü təqdirdə həmin sünnə yenidən qılınmalıdır. (İbn Abidin, Rəddul-Muhtar, II, 19) Ancaq bir loğma yemək və ya bir neçə qurtum su içmək buna mane olmaz. Yəni sünnənin fəzilətini azaltmaz. Eləcə də namazların sünnəti ilə fərzi arasında təsbih, zikir və Quranı-Kərim oxumaq və  yaxud sünnənin evdə qılınması halında məscidə gidincəyə qədər keçən zaman fasilə (ara vermə) sayılmadığı üçün fərzlə sünnət arasında bunları edilə bilər.

Əbu Sələmədən (r.a) Hz. Aişə şöyle dedi: Rəsulullah (s.ə.s) sabah namazının iki rükət sünnətini qıldıqdan sonra əgər mən yatıramsa O da uzanardı, oyanıq olursam mənimlə söhbət edərdi. (Buxari, Təhəccüd 26; Müslim, Müsafırin, 133) Qeyd edilən hədisə nəzər saldıqda sünnət ilə fərz arasındakı fasilə məsələsini çox böyütməmək lazımdır.

Soba üzərindəki yeməyə, qaynayan çaya baxmaq, ağlayan uşağı sakitləşdirmək, çağırana hay vermək, döyülən qapıya baxmaq və s. kimi hallarda da qarşılaşdıqda namaza başlamadan bu işləri də görmək lazımdır.

Zikirləri fərzdən, yoxsa son sünnədən sonra etmək fəzilətlidir?

 Hz. Aişə (r.anha) anamızın rəvayət edir: “(Peyğəmbərimiz (s.ə.s) salam verdikdən sonra “Allahumma əntəs-salam və minkəs-salam təbarəktə ya zəlcəlali və’l-ikram’ diyəcək qədər oturar sonra qalxardı.” (İbn Hümmam, Fəthul Qədir) Bu hədisə əsasən Hənəfi alimlərinə görə, fərz namaz qılındıqdan sonra çox ara vermədən qalxıb sünnə namazını qılmaq lazımdır.

Camaatla namaz qılarkən yaşadığımız yerdə hakim məzhəb nədirsə ixtilafa səbəb olmamaq üçün adət-ənənəyə uymaq lazımdır.

Bu yazıya da baxmaq olar: http://www.meneviyyat.az/namaz-qilarken-qapi-doyulerse-namaz-pozula-bilermi/



Açar sözləri

namaz sünnət namazı

Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


Şərh yaz