591 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Səfərə, yolçuluğa, səyahətə çıxanda sədəqə veririk. “Az sədəqə çox bəlanı dəf edər.” deyirlər. Səfərə çıxarkən sədəqə verməni necə başa düşməliyik?

“Su atəşi söndürdüyü kimi sədəqə də günahın əzabını söndürər.” (Tirmizi, İman, 8 bənzəri üçün baxın İbn-i Macə, Fitən, 12)

“Sədəqə, Rəbbin qəzəbini söndürər və insanı faciəvi ölməkdən də qurtarar.” (Tirmizi, Zəkat, 28)

“Müsəlmanın verdiyi sədəqə, ömrünü uzadar (bərəkətləndirər), faciəvi şəkildə ölməkdən qurtarar və Allah Təala onunla həmin şəxsdəki təkəbbürü, kasıbçılığı və lovğalığı aparar.” (Heysəmi, Zəvaid, III, 110)

“Sədəqə verməkdə tələsin! Çünki bəla, sədəqənin  önünə keçə bilməz.” (Heysəmi, III, 110)

Peyğəmbərimizin (s.ə.s) xəbər verdiyinə görə bir neçə nəfər şəxs Həzrət İsanın (ə.s)  yanına gəlmişdi. Onlar ayrıldıqdan sonra İsa (ə.s) yanındakılara:

“Onların içərisindən biri, Allah diləyərsə bu gün öləcək!” – buyurdu.

Axşam olanda, həmin adamlar çiyinlərində odun şələsi ilə təkrar Həzrət İsanın yanına gəldilər. İsa (ə.s):

–“Şələləri yerə qoyun!”-dedi. Sonra o gün öləcəyini dediyi adama:

– “Odun şələni aç!”- dedi. Həmin şəxs də şələni açdı. İçərisindən qara ilan çıxdı. Həzrət İsa həmin adama:

– “Bu gün nə saleh əməl görübsən?”- deyə soruşdu. Həmin adam da:

– “Bu gün elə bir saleh əməl eləməmişəm!”- dedi. İsa peyğəmbər

–“Yaxşı fikirləş, nə eləmişsən?”- deyə təkrar soruşdu. Həmin şəxs:

– “Bildiyim qədəri ilə heç nə etməmişəm, ancaq əlimdə bir parça çörək vardı. Həmin vaxt yanıma bir yoxsul gəlib bir şeylər istədi. Mən də bölüb çörəyimin bir qismini ona verdim.”- dedi. Bu cavabı eşidincə Həzrət İsa:

– “Bax elə buna görə bəla səndən uzaqlaşdırılıb!” -buyurdu. (Heysəmi, III, 109-110; Əhməd, Zöhd, I, 96)

Yuxarıda qeyd olunan işıqsaçan sözlərə görə, zamanla İslam dünyasında səfərə çıxarkən sədəqə vermə adəti yaranıb. Nəqliyyat vasitələri nə qədər inkişaf eləsə də yolçuluqda məşəqqət, çətinlik, bilinməzlik var. Anidən ortaya çıxan problemlər baş verə bilər. Başa gələ biləcək bu tərz çətinliklərə qarşı Rəbbimizə sığınma və Onun rizasını qazanma adına sədəqə vermək, səfərə çıxarkən Allaha dua etmək lazımdır. Unutmayaq az sədəqə çox bəlanı dəf edər sözü xalq arasında zərbi-məsəl olmuşdur.



Açar sözləri

sədəqə səfər yolçuluq

Bənzər məqalələr

Zəkat necə hesablanır

 Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.

“Kasıba” əl uzatmaq

“Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkat yığan işçilərə, qəlbləri İslama isindiriləcək kimsələrə, azad olmağa çalışan kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.”

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Təyyarə ilə səfərdə oruc

Sual: Təyyarə ilə səfər edən oruclu şəxs orucunu necə açmalıdır? Cavab: Ramazan ayında səfər edən şəxs oruc tutmaya bilər. Quranda belə buyurulur; “Sizdən kim xəstə olar və ya səfərdə olarsa, tutmadığı orucun sayı qədər başqa günlərdə tutsun.”

Fitrənin verildiyi yerlər

Fitrəni zəkat düşən hər kəsə vermək olar. Yəni kasıblar, miskinlər, zəkatı yığıb paylayanlar, ürəkləri İslama yeni isinişib mü­səlmanlığa bağlanmaqda olanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçular.


Şərh yaz