Peyğəmbərimiz (s.ə.s.): “Allah Qədr gecəsini yalnız bu ümmətə hədiyyə etmişdir.”[1] buyurur. Mələklərin yer üzünə endiyi və bir mənada ruhaniyyətin çoxaldığı Qədr gecəsi[2] kimi bir lütfü əldən qaçırmaq olmaz. Bu gecənin böyük bir nemət olması onu layiqincə dəyərləndirməkdən asılıdır.
Ancaq hədisdə buyurulan lütfə layiq olmaq üçün ramazan ayını oruclu keçirmək lazımdır. Oruc tutmağa niyyət etdiyi halda, xəstəlik və s. kimi üzrlü səbəbdən tuta bilməyənlər fidyələrini versələr, sonra da sağalanda qəzasını etsələr, onlar da bu müjdədən öz qismətlərini alarlar. Bu müjdəyə layiq olmaq üçün ramazanın bütün gecələrini əhya etmək də şərtdir. Bəzi gecələrini əhya etmək kifayət deyil. Məlum olduğu kimi, yatsı namazının fərzi ilə birlikdə təravihi də qılan bir insan həmin gecəni əhya etmiş sayılır. Hətta bəzi alimlərə görə, yatsının fərzini belə qılmaq gecəyə vəd edilmiş savabı qazanmağa kifayət edir. Böyük alim Mehmed Zihni Əfəndi ramazan ayı daxil digər gecələrə də şamil olmaqla “gecənin əhyası”nı bu şəkildə izah edir: “(Hədisdə işlənən) “qiyam”ın mənası gecənin çox hissəsini, bir fikrə görə isə, bir saatını ibadətlə məşğul olmaq deməkdir.”[3]
Peyğəmbərimiz (s.ə.s.): “Kim inanaraq və savabını Allahdan gözləyərək Qədr gecəsi namaz qılarsa, keçmiş günahları əfv olunar”[4] və “Qədr gecəsi yatsı namazında camaatla birgə olan o gecədən öz nəsibini alar”, – buyurmuşdur.[5]
Digər bir hədisdə isə: “Kim ramazan ayı çıxanadək axşam və sübh namazlarını camaatla qılarsa, Qədr gecəsindən əlavə savab alar”.[6]
“Qədir” sözü “dəyər”, “qiymət” və “ölçü” mənalarına da gəlir. Bu sözün “qüdrət”lə də əlaqəsi vardır. Allah axirətdə hikmətindən çox qüdrəti ilə rəftar etdiyi kimi Qədr gecəsi də hikmətdən çox qüdrət hakim olur. O gecənin qədrini bilənlər bol-bol İlahi lütfə layiq olur, üstəlik bu lütflər də axirətdə möminlərə verilən mükafata tən gəlir. Bu səmavi nemətlərdən faydalanmaq üçün Qədr gecəsini gözəlcə dəyərləndirməliyik. Bu gecə insan mənəvi tərəqqi sayəsində mələklərlə bu və ya digər şəkildə təmasa girə bilər.
Qədr gecəsi başdan-başa ilahi lütflə doludur. Əsas məsələ ramazan günlərini və Qədr gecəsini Allaha yaxınlaşmaq üçün dəyərləndirməkdir.
Qədr gecəsi ibadət və nəfslə mübarizə ilə qazanılan savab min ayın savabından xeyirlidir. Bu, sırf Allah-Təalanın Rəsuluna və İslam ümmətinə bir lütf və ehsanıdır.
Bunu kiçik bir misalla izah edək. Deyək ki, ramazani-şərifdə Qədr gecəsini əhya edirsiniz. Bu, min ay hesabı ilə səksən il edir. Yəni səksən ildə əldə edilən savabı qazanır, başqa sözlə, min ay namaz qılmış, min ay oruc tutmuş olursunuz. Buna isə insan ömrü yetməz. Çünki Məhəmməd ümmətində ən uzun yaşayanlar belə səksən ildən bir az artıq ömür sürür. Bu elə min ay, elə səksən ildir ki, içində riya, süma[7] hissi yoxdur… Məsələn, siz namazda rüku edəndə “Camaat da gördü ki, necə rüku elədim” deyə ürəyinizdə düşünürsünüzsə, yenə Haqq-Təalanın Peyğəmbərimizin səcdəsi haqda: “O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində qıvrım-qıvrım olanda da”, – (“Şüara” surəsi, 26/218-219) buyurduğu kimi, qıvrılaraq səcdə edə-edə: “İnsanlar bir görsün, necə səcdə edirlər!” – deyə ağlınızdan keçirirsinizsə, həmin səcdə və rükudan sizə bir əyilib qalxmaq, bir də yorğunluq qalar. Amma riya rüzigarları Qədr gecəsinin bir anında və heç kimin olmadığı bir yerdə tək-tənha etdiyiniz ibadətləri götürüb aparmaz. Onun içində başqa günahlar da yoxdur, harama baxmamısınız, yalan danışmamasınız, İslam dinin əsaslarına zidd hərəkət etməmisiniz.
Bir alim deyir ki, məsələn, birinin malını yemiş, birini söymüş, ya da birinin qeybətini etmisiniz. Axirətdə sizin savabınızdan götürüb haqq sahiblərinə verəcəklər, yəni Allah-Təalanın fəzli ilə lütf etdiyi savablara toxunmayacaqlar. Belə ki, əgər Allah bir gecədə sizə səksən illik bir mükafat vermişsə, səksən min adama borcunuz da olsa, əgər sizin savab kimi yalnız o gecəniz varsa, o gecəni alıb onlara verəcəklər, ancaq Allahın fəzli ilə verdiyi mükafat səksən ilə bərabər olaraq sizdə qalacaq…
Demək, ramazan ayı belə xeyirlərə, savablara vəsilə olan bir aydır. Xüsusilə, möminlərin ramazanı da, o biri ayları da xüsusi önəm daşıyır. Çünki bu gün Allah-Təala bu insanlara hər mövsümə aid işləri – bunları hər kəs görə bilməz – gördürür. Beləcə, onlar təkcə ramazan ayını deyil, bütün ömrü cihad ruhu ilə bir naxış kimi hörürlər. İmam Rəbbani həzrətlərinin dediyi kimi, təkcə bir ramazanı əhya etməklə bütün ömrünü Haqq yoluna həsr edənlərin mükafatlarına çatmaq mümkün deyildir. Çünki bu insanlar çox gözəl və böyük işlər görür və bəlkə də, hal-hazırda şanlı bir tarix yazırlar. Bu baxımdan, əgər ixlaslı bir insana bir ramazan ayını əhya etməklə səksən illik ömrün mükafatını qazanırsa, hər halda Quran xadimlərinin mükafatının həddi-hüdudu yoxdur”.
Ramazan feyz və bərəkət ayıdır. Rəsulullah: “Vay o insanların halına ki ramazanı keçirir, amma Allahın əfvinə nail ola bilmir”, – buyurur. Yəni: “Onlar necə xoşbəxtdir ki, ramazanı gördülər, Allahın əfv və mükafatına nail oldular və günahlardan arınaraq ramazanı başa vurdular.”
Ramazanın bu savab fürsətlərini qaçırmaq insafdan deyil. İbadətə qəlbən bağlı olmalı, hər ibadəti dünya ilə vidalaşırmış kimi, son ibadət kimi etməliyik. Gəlin Həzrət Məhəmməd Mustafa (s.ə.s.) kimi yaşayaq. “Bilmək olmaz, bəlkə də, belə bir gecə bir daha nəsib olmayacaq” düşüncəsi ilə Haqqın hüzuruna üz tutaq. Və qədir gecəsini adına layiq şəkildə dəyərləndirək.
Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Qədir gecəsi “Gecələrin şahı” adlandırılmışdır və mübarək gecələrin ən üstünü sayılır. Qiyamətə qədər bütün insanlara dünya və axirətdə rəhbər olan bir kitabın yer üzünə eniş günü və bunun ildönümləri, əlbəttə ki, müstəsna gündür və qeyd olunmağa dəyər.
Qədir gecəsi Qurani-Kərim Lövhi-məhfuzdan[1] dünya səmasına bütöv şəkildə nazil edilmişdir. Qurani-Kərimdə “…İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir”, – (“Bəqərə” surəsi, 2/185) buyurulur.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Həzrət Peyğəmbər (s.ə.s) Mədinəyə gəldikdən sonra vəfatına qədər Ramazan ayının son on günündə etikafa girərdi. Buna görə etikaf Allah Rəsulunun (s.ə.s) önəmli sünnətlərindən biridir.