3. 438 dəfə oxunub ,   0 şərh   Çap et

Allahın varlığı haqda 2 sual

  1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?

Bu, ən çox verilən suallardan biridir. Həm də yeni, orijinal deyildir. Bu sualı doğuran iki səbəb var:

  1. Allahın mahiyyətini tam bilməmək.
  2. Allahın varlığını inkar etmək.

Tarixin hər dövründə varlığın əmələ gəlməsini, Allahın varlığını dərk etmək istəyən adamların ağlına bu sual gələ bildiyi kimi, Allahı inkar edənlər də bu sualla özlərinə haqq qazandırmağa çalışmışlar.

Ona görə də nə qədər ki, insan var, insan cəmiyyəti var, bu sualı dünən verdikləri kimi, bu gün də verirlər, sabah da verəcəklər. Bəziləri hər şeyin meydana gəlməsində əsas kimi müəyyən səbəbləri gördüyündən, səbəblərin (qanunların) varlığa bir pərdə olduğunu, pərdə arxasında Allahın icraatını görə bilmədiklərindən ağıllarına bu sual gələ bilir. Beləliklə, Allahın özünü də səbəb kimi qəbul edirlər.

Məsələn, bitkilərin cücərməsinin səbəbini torpaqda və suda, suyun səbəbini çaylarda, göllərdə, buludlarda, buludların səbəbini yenə də çaylarda, göllərdə, dənizlərdə görür, onların da hamısının səbəbini maddəni təşkil edən molekullarda, atomlarda axtarır, beləliklə zəncirvari dolaşıb gedir, heç vaxt da son nöqtəyə − əsas olana gəlib çata bilmirlər.

Təbiətdəki qanunlar bir hikmət əlinin işlədiyindən xəbər verir Bir də qarşılarına anti-maddə, anti-atom çıxanda onların istinad etdikləri fizika ortadan qalxır, öz yerini metafizikaya verir. Bütün hadisə və əşyaların arxasında Allahın icraatını görə bilməyənlər hər şeyi bir qanun, bir məmur kimi görəndə “o bundan, bu da ondan” deməklə heç nəyi həll edə bilmirlər. Başqa cür də ola bilməz. Çünki hər şey zəncir halqaları kimi birbirinə bağlıdır. Yağmur buluda, buludlar mənfi-müsbət yüklü zərrəciklərə, onlar buxarlanma hadisəsinə, buxar suya, temperaturun artıb azalmasına, nəhayət, su və onu əmələ gətirən zərrəciklərə…

Beləliklə, səbəblər zənciri birbirini əvəz edə-edə uzanıb gedəcəkdir. Əgər insan Yaradanın var olduğunu inkar edir, Onu görə bilmirsə, o zaman zəncirin halqaları arasında dönüb dolaşacaq, heç vaxt son nöqtəyə gəlib çata bilməyəcəkdir. Ən axırda da “ya belə olar, ya da elə olar“ qənaətinə gəlib fərziyyələr, tərəddüdlər arasında qalacaqdır. Halbuki, kainatdakı nizam və intizam bu “ya… ya…”nı da rədd edir. Onda “ya”lar yox, sərt, dəyişməz qanunlar hökm sürür. Bu qanunlar isə bir hikmət əlinin işlədiyindən xəbər verir. Fikrimizi bir-iki misalla daha da aydınlaşdırmağa çalışaq:

Məsələn, təsəvvür edin ki, mən arxa ayaqları olmayan stulda oturmuşam. Stulun aşıb düşməməsi üçün o, özü kimi bir başqa stula, ikinci stul özü kimi üçüncü stula, üçüncü dördüncüyə, dördüncü beşinciyə… bu qayda ilə çox sayda stullara söykənmişdir. Bu stulların sayı nə qədər çox olursa olsun, əgər ən sonda o, möhkəm bir yerə, yaxud dörd ayağı da olan bir stula söykənməyibsə, mənim birinci stulda aşıb yıxılmadan otura bilyim mümkün deyildir. Səbəblər zənciri də bu ikiayaqlı stullar kimi nə qədər çox olursa olsun, ən sonda bir möhkəm istinadgaha dayanmalıdır.

Digər bir misal. Qarşınızda bir sıfır rəqəmi (0) təsəvvür edin. Bu “0” rəqəminin sol tərəfində hər hansı “0”-dan böyük rəqəm əlavə etmədikcə, ona nə qədər “0” əlavə edirsən, et (000000000…), bu rəqəmlər heç bir kəmiyyət ifadə etməyəcəkdir. Nə vaxt ki, sıfırın sol tərəfinə hər hansı özündən böyük rəqəm əlavə etdik, o zaman bu əlavə edilən rəqəmə görə sıfır da dəyər qazanacaqdır (10, 200, 3000, 700000000 və s. və i.a.).

Yoxdan var olanın bir yaradana ehtiyacı vardır. Əvvəli olan hər bir şeyin bir sonu olduğu kimi, əksinə, əvvəli olmayanın, əzəli olanın da sonu yoxdur, O, əbədidir. O, zaman anlayışı ilə dərk edilə bilməz. “Əbədi” anlayışı A-dan B-yə olan zaman deyildir, zamansızlıqdır.

Hər hansı bir rəqəmin sonuna nə qədər sıfır düzürsən, düz, o əbədi ilə, zamansızlıqla miqayisədə bir heçdir. Yuxarıdakı misaldan bu nəticəyə gəlirik: indi ki, sıfır heçlikdən, yoxluqdan başqa heç nəyi ifadə etmir, o zaman özü kimi nə qədər heçlik, yoxluq olursa olsun, onların birləşməsi heç nəyi ifadə etməyəcəkdir. Bu misaldakı kimi, varlıq yalnız Allaha istinad ediləndə dəyər qazanmış olur və nəyi isə ifadə edir.

Bəli, varlıq sonradan yaradılmışdır. Sonradan yardılanın da bir gün sonu olacaqdır. Çünki yoxdan var olanın bir yaradana ehtiyacı vardır, əks təqdirdə olmayan bir şey necə var ola bilər? Bu baxımdan olmayanı var edə bilən yalnız əbədi olmalıdır ki, daim yarada bilsin.

Allah zaman və məkan daxilində təsəvvür edilə bilməz, O, əbədidir, hər yerdədir. Buna görə də Ona səbəb kimi baxmaq səhvdir, bu başdan məsələni qavraya bilməməkdir.

  1. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

İnsan dünyaya gəldiyi ilk zamanlardan bu günədək Allahı dərk etməyə, Onu təsəvvür etməyə çalışmışdır. Allah kimdir, necədir, haradadır?

Bu və bunun kimi suallara cavab axtara-axtara o, ətrafındakı canlıları gözləri önünə gətirmiş, onlarla Allah arasında bir əlaqə axtarmışdır. Nəticədə bu gün Allaha sitayişdə insanlar arasında fərqliliklər meydana çıxmışdır. Məsələn, qədim yunanlara görə təbiətdəki hər hadisənin bir Allahı varmış: müharibə allahı, dəniz allahı, sevgi allahı və s. və i.a. Bütün bu “allahların da başında Zevs adlı baş allah varmış (haşa!).

İslamdaki Allah anlayışının fərqi Xristianlıqdakı Allah anlayışından da tamamilə fərqlidir. Burada “ata, oğul  və müqəddəs ruh” adlandırdıqları bir inanc sistemi hakimdir.

Atəşpərəstlik dininə görə Allah ikidir. Bunlardan biri xeyir, o biri şər əməllərin allahıdır (haşa!). Bir başqaları üçün bütlər, digərləri üçün inəklər, o biriləri üçün də özləri kimi insanabənzər varlıqlar allah ola bilərmiş (haşa!).

Bəşəriyyətin son və ən mükəmməl, saf dini olan İslama görə Allah yaratdığı şeylərdən tamamilə fərqlidir. Hətta o qədər fərqlidir ki, onu təsəvvür etmək belə mümkün deyildir. Buna görə də “Allah ağlınıza gələ bilən hər şeydən fərqlidir” deyilir. Onun ən mükəmməl olaraq yaratdığı insan belə Allahı olduğu kimi anlamaq və dərk etməkdən o qədər uzaqdır ki, onlar arasındakı fərqi okean və onun bir damlası ilə də müqayisə etmək olmaz. Çünki insan yer kürəsi ilə, yer kürəsi kainatla, kainat onu əhatə edən aləmlərlə müqayisədə dəryada bir damla ilə müqayisə edilə bildikləri kimi, kainatda ən mükəmməl varlıq olaraq yaradılan insanın da onu əhatə edən aləmi dərk etmək üçün imkanları və qabiliyyətləri çox məhduddur. Buna görə də insan məhdud duyur, məhdud görür, məhdud eşidir, məhdud düşünür.

Allah ağlınıza gələ bilən hər şeydən fərqlidir

Bəli, insanın bu aləmdə gördüğü şeylər milyonda beş nisbətindədir. Duyduğu şeylər də o qədərdir. Məsələn, o, saniyədə 40 dəfə titrəyiş edən bir səsi duya bilmədiyi kimi, saniyədə min dəfə titrəyən səsi də eşitmək qabiliyyətindən məhrumdur. Təsəvvür edirsinizmi, qulaqlarımız açıq, sağlam, səsləri qəbul etməyə hazır vəziyyətdə olmasına baxmayaraq, biz qulağımızın alıcısının yanından keçən milyonlarla telefon danışıqlarını, radio, televiziya verilişlərinin səslərini, canlıların səslərini eşidə bilmirik.

İnsanın görmə qabiliyyəti də çox məhduddur. Məsələn, biz bir ağcaqanadın, qartalın, yarasanın görə bildiklərini görə bilmirik. Lakin bu qədər dar, məhdud duyğu qabiliyyəti ilə bəzən insan sonu görünməyən kainatın, aləmlərin xaliqi olan Allah haqqında düşünərkən “Nə üçün mən Allahı görə bilmirəm?” deməsi Onu anlamamasından bəhrələndiyini göstərir. Halbuki, insan işıq sürət ilə trilyon illik bir məsafə qət edə bilsə, trilyon illik məsafədəki aləmi görsə, sonra gördüklərini bu kainatla müqayisə etsə, bunlar Onun varlığına nisbətdə mikroskopik bir şey belə olmaz. Əgər biz heç Antarktika qitəsi haqqında kifayət qədər məlumata sahib deyiliksə, bütün aləmləri yaradan və hərəkət etdirən Allahın necəliyi və nə cürlüyü haqqında haradan biləcəyik ki?!

İslam insanın ağlına gələn nə varsa, “Allah ondan fərqlidir,” deyir. Görkəmli filosof Dekart deyirdi ki:

İnsan, hər şeyi ilə məhduddur. Məhdud olan bir şey isə sonsuz olanı düşünə, dərk edə bilməz. Allahın varlığı sonsuzdur, buna görə də məhdud düşüncə sahibi olan insan oğlu Onu dərk edə bilməz.”

Alman şairi Höte isə deyir:

Səni min bir isimlə anırlar, ey Varlığı Məchul! Səni bir deyil, minlərlə isimlərlə ansam, yenə də səni mədh etmiş olmaram. Çünki sən heç bir təsvirə sığmazsan.

Mütəfəkkirlər Allahı mövcud, lakin dərk edilməz bir varlıq olaraq qəbul edirlər. Allah insanın qavraya biləcəyi, bilə biləcəyi şeylərdən deyildir. Göz Onu görə bilməz, qulaq Onu eşitməz. Elə isə sən Onu yalnız peyğəmbərlərin təliminə görə tanımalıyıq.

 




Bənzər məqalələr

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.

Peyğəmbərə itaət Allaha itaətdir

Müsəlman olaraq biz həm Allaha, həm də Rəsuluna (s.ə.s) iman edirik. Yəni Allahın göndərdiyi Quran və Rəsulunun sünnəsinə tabe olmaqla mükəlləfik. Çünki Allah Rəsulullah (s.ə.s) vasitəsilə əmr və qadağan etdiklərinə tabe olmağı əmr etmişdir.

Necə olur ki, Allah həm hər yerdədir, həm də məkandan uzaqdır, məkana sığmır?

Bir cismin ətrafına güzgü düzsək, eyni anda hamısında görünər. Güzgülərin sayı artdıqca görüntülərin də sayı artar. Cism bir ədəd olduğu halda, minlərlə görüntüsü ola bilir. Məsələn, göy üzündən asılmış işıq və istilik mənbəyi günəş bir dənədir, amma yer üzündəki milyardlarla parlaq, şəffaf əşyalarda, hətta su damlalarında işığı, istisi və yeddi rəng çaları ilə özünü göstərir. Günəş bir ədəd və milyonlarla kilometr uzaqda olmasına baxmayaraq, işığı və istiliyi ilə bizə çox yaxındır və milyardlarla əşyada əks olunur.

Allahı nə üçün görə bilmirik?

Görmək bir şeyi hərtərəfli əhatə etmək deməkdir. Məsələn, vücudumuzda mikroblar var. Hətta dişimizin dibində milyonlarla bakteriya mövcuddur. Bunlar əllərindəki imkan və “alətlər”lə dişimizi yonmağa, xarab etməyə, aşındırmağa çalışırlar. Halbuki biz nə bunların səs-küyünü eşidir, nə də varlıqlarını hiss edirik.


Şərh yaz