Zikr Müqəddəs Kitabımızda 256 yerdə işlədilmişdir. Qurani-Kərimdə “zikr” sözü “Allahı anmaq”, “Allahı daima xatırlayaraq heç unutmamaq”, eyni zamanda, “namaz” və “Quran” mənalarında da işlənmişdir.
Əbu Hənifə 699-cu ildə Kufədə dünyaya gəlmiş, 767-ci ildə Bağdadda vəfat etmişdir. “İmamı Əzəm” ünvanı ilə tanınan Əbu Hənifənin əsl adı Numan ibn Sabitdir.
Şükür Allaha lütf etdiyi nemətlərə görə təşəkkür etməkdir. Təşəkkür ümumidir, ya dil, ya qəlb, ya da davranışla edilir.
Bir işə başlayarkən və hər hansı bir münasibətlə (“Bismillahir-rahmənir-rahim”dən qabaq) “əuzu billəhi minəş şeytanir racim”, yəni “Qovulmuş (Allahın rəhmətindən uzaqlaşdırılaraq lənətlənmiş) şeytanın şərindən Allaha sığınıram” demək “istiazə” və ya “əuzu çəkmək” adlanır.
Allahım! Sən bütün nöqsanlardan uzaqsan. Səni daim öyürəm. Sənin adın bərəkət qaynağıdır. Sənin şanın nə ucadır. Səni mədh etmək şərəfdir və gerçək ilah yalnız Sənsən.
Xüşu qorxu və sevgi ilə Allahın əmrlərinə itaət etməkdir, qəlbən sevgi və riayətdir. Hudu isə Allahın əzəməti qarşısında təvazö ilə ikiqat olmaqdır, səmimi təslimiyyətdir.
İmam Şafei 767-cı ildə (h. 150) Qəzzada dünyaya gəlmiş, 820-ci ildə (h. 204) Misirdə vəfat etmişdir.
İsraf lüzumsuz istehlak və necə gəldi xərcləməkdir. Dəyərsiz bir məqsəd üçün artıq mal xərcləmək, xərcləmədə həddi aşmaq, lazımlı yerdə lazım olandan artıq xərcləmək də israf sayılır.
“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.
Sədəqeyi-cariyə davam edən, daim savab qazandıran sədəqə deməkdir. Daim insanlara fayda verən xeyirli işlər də sədəqeyi-cariyədir. Sədəqə və zəkatı insanların ümumi xeyrinə sərf edib daim istifadə olunan şeylərə vəsilə olmaq da sədəqeyi-cariyə sayılır. Sədəqeyi-cariyə yol, körpü, məscid, vəqf (yardım) qurumları və bunlardan ən düzgün və səmərəli şəkildə istifadə edən nəsillər yetişdirmək üçün yataqxanalar, məktəblər və müəssisələr açmaq və s. fəaliyyətlərin hamısını ehtiva edir.
Məsuliyyət sözü ərəb dilində “sorğu-suala çəkmək”, “hesablaşmaq” mənasındakı “səələ” felindən törəmişdir. Öz hərəkət və işlərinə görə cavab vermək, onların nəticələri üçün cavabdehliyi öz üzərinə götürmək məsuliyyət adlanır.
Əndişə sözü narahatlıq, təlaş, nigarançılıq, təşviş, iztirab, qorxu, fikir, qayğı, dərd çəkmə mənalarına gəlir. Gələcək əndişəsi ifadəsi ilə gələcəyə aid qayğılar, istiqbalın təminat altında olması, baş verəcək hadisələrlə maraqlanmaq, ola biləcək mənfi halları düşünərək qorxuya, təlaşa düşmək nəzərdə tutulur.
Vəfat edib bu dünyadan köçəndən sonra fərqli bir aləmdə gözlərimizi açacağıq. Axirət həyatına gedən yolda bir-neçə mərhələdən keçirik.
İki ya da daha çox insanın öz aralarında pıçıldaşması, başqalarının eşidə bilməyəcəyi şəkildə yavaş səslə danışması və bir-birinə bəzi sirləri açmasına nəcva deyilir. Qurani-Kərimdə bir neçə nəfərin toplanaraq bəzi məsələləri gizlin və xüsusi görüşmələrlə həll etməsi nəcva adlandırılır.
Allahın rizasını qazanmaq məqsədilə əvvəlcədən müəyyən edilib mütəmadi işlənən əmələ (ibadətə), və ya edilən zikrə vird deyilir.
Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.
İnsanın yaradılması, ona həyat və ruzi lütf edilməsi, hər şeyin onun xidmətinə verilməsi və ən şərəfli varlıq məqamına yüksəldilməsi Haqqı tanımaq və yalnız Ona bəndə olmaq üçündür.
Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.
Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.
Dua imandır, dua fəaliyyətdir, dua cəhd və səydir, dua oyanış və dirçəlişdir. Allahı və Onun hakimiyyətini tanımaq və etiraf etməkdir.