5. 108 dəfə oxunub ,   1 şərh   Çap et

Sual: Mən orta məktəbdə 11-ci sinif şagirdiyəm. Bəzən girdiyimiz imtahanlarda şparqalkadan istifadə edir və ya yanımızda oturan sinif yoldaşlarımızdan köçürmə edirik. Etdiyimiz hərəkətin doğru olmadığını bilirik, ancaq bu günahdırmı?

Şagird və tələbələrin birinci vəzifəsi dərslərinə yaxşı hazırlaşmaq, ailəsini utan­dırmamaq və tapşırıqları layiqincə yerinə yetirməkdir. Dərslərinə yaxşı hazırlaşan şagirdin köçürməyə ehtiyacı olmur.­ Onsuz da, gündəlik dərslərinə sistemli hazırlaşan bir şagird imtahanlarda müvəffəqiyyət qazanacaq. Kimdənsə, nədənsə kö­çü­rərək qiymət almaq zəhmətsiz görünsə də, gec-tez üstü açılır. İmtahan stresi keçirənlər kim olursa-olsun (hətta professor belə olsa) köçürərkən özünü ələ verir. Köçürməyin fəsadlarını aşağıdakı qaydada sıralamaq olar:

Köçürmək haqsızlıq etməkdir. Çalışqan şagirdlərin haqqı­nı tapdalamaqdır. Bir şagird köçürməklə imtahanda neçə şa­gird­dən qabağa keçirsə, onların haqqını tapdalamış olur. Kim­li­yindən asılı olmayaraq hər kəsin hər cür haqqını qorumaq hər bir müsəlmanın həm Allah, həm də cəmiyyət qarşısında vəzifəsidir. Haqqın kiçiyi-böyüyü, əhəmiyətlisi-əhəmiyyətsizi olmur. Hər şeydən əvvəl, köçürmək heç kimin haqqı, hüququ deyildir. Köçürməklə əldə edilən müvəffəqiyyət və ya alınan qiymət haqsız “qazanc”dır. Haqsız qazanc isə hansı sahədə olur-olsun, İslamiyyətdə caiz deyildir.

Köçürmə halları bəzən ruhi-mənəvi narahatlıqlardan irəli gəlir. Köçürməyi özünə “peşə” seçənlərə nəzər yetirsək, mə­sə­lənin kökündə bunun izlərinin dayandığını  mütləq görərik.

Köçürmək şeytanın bir oyunudur. İnsana başqasının haqqını yedirtməklə öz vəzifəsini yerinə yetirmiş olur.

Köçürmək aldatmaqdır. Aldatmaq isə dinimizin yaxşı qarşılamadığı bir davranışdır. Köçürmək təkcə aldatmaq deyil, həm də yalandır. Məsul şəxsin və ya müəllimin xəbərdarlıqlarını qulaq ardına vuraraq qadağan edilmiş bir işi görməkdir. Belə bir yalan başqa yalanlara da zəmin hazırlayır. Allah Rəsulu (s.a.s.) da: “Bizi aldadan bizdən deyildir”,[1] – buyurmuşdur.

Köçürmək eyni zamanda İslamda əsas olan çalışıb qazanma əxlaqını da zədələyir. Köçürməyi adətə çevirməklə insan zəhmət çəkmədən, asan yolla, halal-haram demədən haqqı çatmayan şeylərə əl uzatmaq kimi xasiyyətlərə “yiyələnir”. Hətta zəhmət çəkənləri ağılsız hesab etməyə başlayır. Bu da nəticə etibarilə cəmiyyətdə nizamın və əmin-amanlığın pozulmasına gətirib çıxarır.


[1] Müslim, “Səhih”, 1, 265




Bənzər məqalələr

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Rəsulullahın ramazan xütbəsi

Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.

Merac zamanı Peyğəmbərimizə (s.ə.s) bəzi günahların cəzası olaraq nələr göstərilmişdir?

Allah-Təala Meracda Rəsuluna (s.ə.s) bəzi günahlara Cəhənnəmdə verilən cəzaları göstərmişdir. Bu haqda Peyğəmbərimiz (s.ə.s) buyurur:

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

Necə tövbə etməliyik

“Ey insanlar! Allaha tövbə edib, ondan əfv olunmağı diləyin. Çünki  mən ona gündə yüz dəfə tövbə edirəm.” “Hər insan xəta işləyə bilər. Ancaq xəta işləyənlərin ən xeyirlisi, xətalarına tövbə edənlərdir.” 


1 şərh yazılıb
  1. sevinc , 30/05/2014 tarixində, saat 14:05

    Allah razı olsun

Şərh yaz