Kainat kitabını yazan, kainat kitabı ilə insan arasında əlaqə quran və insanı bu böyük kitabın föhristi edən Allahdır. Elə isə kainatın məna və mahiyyətini bilən də Odur. İnsanın meyillərini, daxili dünyasını, cisim və ruhunu yalnız O izah edir. Çünki kainat kainatullah, insan abdullah və bunları açıqlayan Quran da kəlamullahdır. Dolayısilə, bunların arasındakı əlaqəni ən yaxşı bilən elə bu əlaqəni quranın özüdür – Allahdır. Bu mövzuda söz deməyə də yalnız O, layiqdir. Onun elmi bütün əşyaları ehtiva etmişdir. O, izin vermədikcə insan heç bir şey bilə bilməz.
“Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər”[1] ayəsi bizə bu məqamı xəbər verir. Bütün bəşəriyyətin elmi Allah-Təalanın elmi ilə müqayisədə bir quşun dimdiyində okean suyundan qalan nəm qədər də deyil. Bəşəriyyətin “bildiklərinin” hamısı bu qədər kiçikdir. O, nə söyləyirsə, nə irəli sürürsə, bu kiçicik elm dağarcığından söyləyir. Halbuki hələ okean qədər elmdən bixəbərdir. Buna baxmayaraq, insan özünü bilən kimi göstərir, alim sanır. Bu da onun qatı cahilliyindəndir. Bu cəhalət qaranlığında yatan bir insanın özü haqqında verdiyi/verəcəyi hökmlər də əsassızdır. Halbuki ilahi hökm və əmrlər mütləq həqiqətə söykənir, zərrə qədər yanılmır.
Sözümüzün canı budur ki, insan nə vaxt işlərini Allah-Təalaya və Onun möcüzəvi kitabına həvalə edəcək, məhz o zaman maddi, mənəvi, fərdi, sosial sıxıntılardan və ailə problemlərindən, xaosdan və dağınıqlıqdan qurtulacaq, həqiqi rahatlıq, firavanlıq və səadətin havasını ciyərlərinə çəkəcək. Əks təqdirdə, dərbədər həyat, sərgərdan ömür onun dəyişməz taleyinə çevriləcək. Haqq-Təala əngin rəhmətinin bir əsəri olaraq göndərdiyi kitablar vasitəsilə bəşəriyyəti bu cürə qorxunc aqibətdən xilas etmişdir. Bu, insanın xeyri üçün zəruridir və ona etinasız qalmaq olmaz. Bu zərurət Quranla daha köklü və dərin anlam qazanmışdır. Çünki o, kamil insana göndərilən kamil kitabdır[2].
Quran kainat kitabının tərcümanıdır. Allahın həm kainatla, həm də qayda-qanunlarla bağlı ayələrinin aynasıdır.
Quran oxumağın fəziləti haqqında hədislər
Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?
Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.
İman və ibadətlə əlaqəli məsələlərdə doğru yolu tapmaq Quran və Sünnəyə bağlı qalmaqla mümkündür. Dini mövzularda peyğəmbər yolunu izləməyən bir insan bir çox şeydə xəta edə bilər. Peyğəmbər yolu da məhz Uca Allahın Rəsuluna (s.a.s.) bildirdiyi vəhy və Onun (s.a.s.) həmin vəhyi təmsil şəklidir.