ƏLVİDA RAMAZAN
Ağacı kəsdiyimiz zaman onun özəyində halqalar olur. Bu halqalar o ağacın yaşını göstərir. Halqaların genişliyindən, darlığından o ilin necə keçdiyini bilirik. Bol yağışlı, verimli, bərəkətli il, yoxsa quraqlığın olduğu, çətin keçən il. Ramazan da hər il bir ay, 29-30 gün qonaq kimi gəlib gedir. Bu rəhmət ayını necə keçirdiyimizin izi də axirətdə, ağacın içərisindəki halqalar misalı önümüzə səriləcək. Ramazan ayı ilə vidalaşarkən belə bir sual ağla gəlir:
BU RAMAZAN BİZDƏ NƏ İZ QOYDU?
Ramazanın son günlərində qəlbimizdə yaranan o incə hüzün sadəcə bir ayın bitməsinin kədəri deyil. Bu, əslində insanın özünün daha saf, daha təmiz, daha mənalı halı ilə ayrılmasının hüznüdür. Çünki Ramazan bizə bir ay boyunca “olduğumuz kimi deyil, ola biləcəyimiz kimi” yaşamağı öyrədir. Çünki bu ayda insan oruc, namaz, Quran oxumaq, zikir və s. ibadətlərlə mənən ülviləşir. Digər yandan iftarda, namazda özü kimi inanan insanlarla oturub qalxınca, “atı atın yanına bağlayınca ya huyundan ya suyundan” sözündə olduğu kimi fərqli bir insan olur.
Bu səbəbdən “əlvida” deyərkən əsas sual budur:
Biz Ramazanla vidalaşırıq, yoxsa köhnə vərdişlərimizlə?
Ramazan – Mənəvi Təmizlənmə Məktəbi
Ramazan sadəcə aclıq və susuzluq deyil. O, insanın:
“Oruc bir qalxandır. Oruc tutan şəxs heç kimə hörmətsizlik etməsin və ya əxlaqsız söz danışmasın. Əgər kimsə onunla dalaşmaq və ya təhqir etmək istəyərsə, iki dəfə “Mən orucluyam” desin. Canım əlində olan Allaha and olsun ki, oruc tutanın ağız qoxusu Allah üçün müşk ətrindən daha xoşdur. Allah oruc tutan şəxs haqqında belə deyir: “Qulum, Mənim üçün yeməkdən, içməkdən və cinsi ehtiraslardan çəkinir. Oruc Mənim üçündür və ona mükafat Mən verəcəyəm. Hər yaxşı əməlin on qat savabı var.” (Buxari, Savm, 2) Başqa bir hədisdə isə belə deyir: “Oruc, oruc tutana yaraşmayan şeylərlə zədələnmədikcə, qalxandır.” Səhabələr: “Onu nə zədələyir?” deyə soruşduqda, Peyğəmbər (s.a.s): “Yalan danışmaq və qeybət etmək…” deyə cavab vermişdir. (Nəsəi; Siyam, 43)
Qurani-Kərimdə belə buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edildi ki, təqvalı olasınız.” (Bəqərə, 2:183) Bu ayənin sonundakı təqvalı olasınız ifadəsi göstərir ki, Ramazanın məqsədi sadəcə ac qalmaq deyil, ibadətlərlə və gözəl insanlarla birlikdə vaxt keçirərək insanın mənəvi transformasiyası, dəyişməsi, inkişaf etməsidir. Başqa bir ayədə isə belə deyilir:
شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ
“Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır.” (Bəqərə, 2:185) Ayədə Quranın bizə yeni baxış bucağı qazandırdığı üç sifəti zikr olunur: hidayət, açıq dəlillər, doğrunu yanlış dan ayıran kitab. Onu oxuduqca, anladıqca insan zehnən də yoğrulur. Nəticədə Ramazanla insanının həm də idrakı, şüuru və istiqamət tapması yenilənir
Peyğəmbər (s.ə.s.) və Ramazan Disiplini
Peyğəmbərimiz (s.ə.s.) buyurur: “Kim iman edərək və savabını Allahdan umaraq Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.” (Buxari, Müslim) Başqa bir hədisdə isə: “Oruc qalxandır. Sizdən biri oruclu olduğu zaman pis söz danışmasın, cahillik etməsin.” Bu hədislər Ramazanın sadəcə ibadət deyil, davranış etikası da qurduğunu göstərir.
“Əlvida” Deyərkən Əslində Nəyi Ölçürük?
Ramazanın sonunda hiss etdiyimiz o boşluq hissi əslində bir testdir:
Əgər hər şey əvvəlki kimi olacaqsa, deməli biz sadəcə Ramazanı yaşamışıq, amma Ramazan bizi dəyişdirməyib. Halbuki bizim dünyamızda, Ramazan ayı insanın iç dünyasına enməsi, ruhunu yenidən inşa etməsi və Allahla əlaqəsini dərinləşdirməsi üçün ilahi bir fürsət ayıdır.
Ramazan:
“Ramazan ayı başlayanda Cənnətin qapıları açılar, Cəhənnəm qapıları bağlanar və şeytanların ən üsyankarları zəncirlənər.” (Buxari, Savm, 5). Hədisdə keçən “mərede” sözü inadkar, müqavimətçi və təcavüzkar mənasını verir. Bu ifadə ən pis, itaətsiz və kor şeytanlara aiddir. Əslində mütləq mənada şeytan yox olmur. Ancaq inadkarları zəncirlənir. Aclıqla insan iradəsi bülövlənir. İnsan öz iradəsi ilə mənəvi qalxanı qırmasa, demək qalxan insanı qoruyur. Bu ifadənin tərsi də keçərlidir. Demək insan həmin qalxanı zədələyə, qıra, qaldıra da bilər.
Qəzalinin “Nəfsi Tərbiyə” Yolu və Müasir Psixologiya
İmam Qəzali nəfsi tərbiyə üçün üç əsas mərhələ göstərir:
Müasir davranış psixologiyası isə bunu belə ifadə edir:
Vərdiş → təkrar → şəxsiyyət
Təkrar olunan hər davranış beyində yeni sinir yolları yaradır. Bu yollar gücləndikcə davranış şəxsiyyətin bir hissəsinə çevrilir. “Biz kim olduğumuz üçün bu kimi davranmırıq, çox vaxt necə davranırıqsa, ona çevrilirik.” Yəni şəxsiyyətə davranış ortaya çıxmır, davranışların nəticəsinə görə şəxsiyyət formalaşır.
Qəzali “nəfsi dəyiş” deyir, psixologiya “vərdişi dəyiş” deyir — nəticə eynidir: insan dəyişir.
Ramazan isə bu iki yanaşmanın kəsişdiyi ən güclü zamandır. Çünki:
Bu artıq neyro-psixoloji səviyyədə vərdiş qurmaq üçün ideal müddətdir.
Növbəti 11 Ayı üçün Qəbul Edəcəyimiz Qaydalar
Ramazandan sonra həyatımıza bir “mənəvi davranış qaydaları” yazmaq mümkündür. Bu ayə mənəvi tramplin kimi istifadə edib əslində mənəvi həyatda bir pillə daha yüksəlmə imkanımız var. Məsələn:
Bu, Ramazanın təsirini qorumağın yeganə yoludur.
İndi gəlin bu sualı özümüzə verək:
“Bu Ramazan sizin daxili dünyanızda hansı köhnə ‘bütü’ sındırdı?”
Bu “büt”:
Nəticə: Necə Gözəl Vidalaşmaq Olar
Ramazanla vidalaşmaq bir ayrılıq deyil — əgər onun bizdə qoyduğu izləri yaşada bilsək, bu bir başlanğıcdır.
Əsl gözəl vida odur ki:
Ramazan gedər, amma onun gətirdiyi insan qalır.
SON SÖZ, SON SUAL:
RAMAZAN BİZDƏN GETDİ, YOXSA BİZ RAMAZANDAN?
Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.
Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.
Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.
Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.
Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.