Aylıq namaz vaxtları
1. 669 dəfə oxunub ,   0 şərh   Çap et

Subhanəkə duası

 سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ وَتَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ  وَلاَ اِلهَ غَيْرُكَ

Oxunuşu: Subhanəkəllahummə və bihəmdik və təbəra kəsmuk və təalə cədduk və lə iləhə ğayruk.

Mənası: Allahım! Sən bütün nöqsanlardan uzaqsan. Səni daim öyürəm. Sənin adın bərəkət qaynağıdır. Sənin şanın nə ucadır. Səni mədh etmək şərəfdir və gerçək ilah yalnız Sənsən.

Subhanəkə allahummə: “Allahım! Sənin heç bir şərikin yoxdur. Sən zatında, sifətlərində və etdiyin işlərdə təksən (şəriksizsən). Nə mənim gördüyüm işlər, nə də kainatda meydana gələn hadisələr Səndən başqasına aid edilə bilməz, yəni bunları Səndən qeyri heç kim edə bilməz. Mən məhz belə bir şirk düşüncəsindən üz döndərir, Səni təsbeh və təqdis edirəm (yəni bütün mükəmməl sifətlərə sahib və bütün nöqsan və qüsurlardan uzaq olduğunu söyləyirəm)” deməkdir.

Subhanəkallahummə söyləmək “Allahı qullara aid bütün nöqsanlardan tənzih edirəm, yəni Onun qüsurlu sifətlərdən uzaq olduğunu söyləyirəm. Rəbbimi Ona layiq adları və sifətləri ilə təsbeh edir, anıram” deməkdir. Bu ifadələr, əslində, bir insan olaraq bizə nöqsanlarımızı və zəifliyimizi xatırladır. Çünki Allahı təsbeh etmə, “Onu məxluqata aid bütün qüsurlardan, xətalardan və nöqsan sifətlərdən tənzih etmək” mənasını daşıyır. Eyni zamanda, hər bir canlı Allahı təsbeh edir, yəni Onu xatırlayır, anır, hal dili ilə uca tutur:

Yeddi qat göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız (Allah) həqiqətən həlimdir, bağışlayandır!“[1]

Allahı təsbeh və tənzih etmək “Bütün məxluqat yox olma, ölmə, sonlu olma sifətlərini daşıdığı halda, Allahın onlar kimi olmadığını, Onun bu sifətlərdən uzaq olduğunu ifadə edərək Uca Allahı bütün varlığın xüsusiyyətlərindən istisna etmə, yəni Allahı Ona yaraşmayan sifətlərdən, ailə, övlad sahibi olmaqdan, hər cür pis şeydən uzaq bilmə, Allaha itaət və bağlılığa şövqlə, usanmadan can atma, Allahın bənzərinin, ortağının, ziddinin olmaması, Allahın Onun Zatı haqda işlədilməsindən məmnun olduğu və tövsiyə etdiyi sözlər və sifətlər” mənalarını da ifadə edir.

İnsan Allahı məxluqata aid bütün qüsurlardan, xətalardan, nöqsan sifətlərdən tənzih etməklə, layiq olmayan vəsflərdən və hər cür pis vəziyyət və adlardan uzaq görməklə Onun qüsursuzluğu qarşısında öz xətalarının, günahlarının, digər nöqsanlarının və mənfi xüsusiyyətlərinin fərqinə varacaq.

və bihəmdik: “Həmd (mədh, tərif) yalnız Sənə məxsusdur” mənasını verir. Yəni “Allahım! Mən Səni təsbeh etməklə yanaşı, həmd və təşəkkürlərimi də daim yalnız Sənə ərz edirəm”.

və təbərakəsmuk: “Sənin adın bərəkət qaynağıdır. Mənim kimi aciz və günahkar qullarına o əngin xəzinəndən bir şey versən, nə olar! Çünki Sən Səni inkar edib şirk qoşanlara belə nə qədər nemət bəxş edirsən. Mən də bütün günah və xətalarıma baxmayaraq, Sənə yönələrək Sənin bərəkət mənbəyi olan mübarək adına sığınır və hüzurunda inim-inim inləyirəm,” – deməkdir.

və təalə cədduk: “Sənin şanın ucadır. Sultana sultanlıq, kimsəsiz dilənçiyə də dilənçilik yaraşır. Mən, bəlkə də, çox yıxılıb-qalxdım, ancaq indi boynubükük qapına gəldim, çünki Sənin qapından başqa gediləcək qapı və heç kimim yoxdur. Günah işləmək qullarına yaraşmaz, lakin bağışlamaq da Sənin şanındır!” – mənasına gəlir.

və lə iləhə ğayruk: “Səndən qeyri gerçək ilah yoxdur”. Bəli, uydurulan və ya özünü tanrı sayan bir çox saxta ilahlar olsa da, yeganə və gerçək ilah Sənsən. Elə isə, Ey Rəbbim! Mən Səndən başqasına necə pənah apara bilərəm?


[1] İsra, 17/44.


Açar sözləri

dua namaz subhanəkə

Bənzər məqalələr

Maşından dua asmaq olar?

Sual: Maşınlara “Bismillah” yazmaq, kiçik Quranlar, dua mətnləri asmaq və ya yapışdırmaq doğrudurmu?

Rəsmli paltarla namaz qılmaq

Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?

Nə üçün zikr etməliyik?

Zikr Müqəddəs Kitabımızda 256 yerdə işlədilmişdir. Qurani-Kərimdə “zikr” sözü “Allahı anmaq”, “Allahı daima xatırlayaraq heç unutmamaq”, eyni zamanda, “namaz” və “Quran” mənalarında da işlənmişdir.

Təhiyyat duası

İbn Məsud (r.a.) nəql edir: Ovcum Rəsulullahın (s.ə.s.) ovucları içində, O, mənə əttəhiyyat duasını bir Quran  surəsi kimi öyrətdi.

Rükuda oxunan dualar

Rüku lüğətdə “əyilmək” mənasını verir. Namazın əsas ünsürlərindən biri olan rüku əllər dizlərə çatacaq şəkildə önə doğru əyilmək deməkdir.


Şərh yaz

*