Aylıq namaz vaxtları
3. 181 dəfə oxunub ,   0 şərh   Çap et

Qadınların təkbaşına namaz qılmağı daha yaxşıdır. Ancaq qadınlar öz aralarında camaat namazı qılmaq istərsə, bir nəfər imam olur geri qalanlar da ona tabe olaraq namaz qılarlar.  İmam olan qadın kişilərdən olan imam kimi cərgədən önə çıxmaz, onlarla eyni sırada durar. Əgər imam olan xanım önə çıxarsa günah işləmiş olar[1]. Bununla əlaqədar Peyğəmbərimiz (s.ə.s.) belə buyurur:

لَيْسَ عَلَى النِّسَاءِ أَذانٌ وَلَا إقَامَةٌ ولَا جُمْعَةٌ وَلَا إغْتِسَالُ جُمْعَةٌ وَ لَا تًقَدُمُهُنَّ اِمرأةٌ وَلَكِنْ تَقُومُ فِي وَسَطِهِنَّ

“Qadınlar əzan, qamət, Cümə namazı və Cümə günü qüsl almaqdan məsul deyillər. Öz aralarında camaatla namaz qılanda imam olan qadın ön tərəfə çıxmadan birinci cərgənin ortasında dayanmalıdır”.[2]

[1] İbn Abidin, Haşiyətu İbn Abidin, 3/549

[2] Beyhaqi, Sünənul-kübra, 1/408



Açar sözləri

camaat namaz qadın

Bənzər məqalələr

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Rəsmli paltarla namaz qılmaq

Sual: Üzərində insan və heyvan fiqurları, cizgi film qəhrəmanları olan paltarlarla namaz qılmaq olarmı?


Şərh yaz

*