1. 884 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Həcc ibadətində bəzi əməllər var ki, onlara məhdudiyyətlər qoyulur və bu əməlləri işləyən müəyyən kəffarə və cərimə ödəyir. Bu əməllər hansılardır?

Cavab: Ehrama girən şəxslərə ehramdan çıxana qədər qadağan olan bəzi davranışlar vardır. Bunlara “ehram qadağaları” deyilir. Bu qadağanları aşağıdakılardır:

1. Bədənlə əlaqədar olan qadağalar:

a. Saç, saqqal və ya bığları qırxmaq-qırxdırmaq (bax. Bəqərə 2/196).

b. Qoltuqaltı tükləri ilə vücudun digər yerlərindəki tükləri qırxmaq, yolmaq və ya qoparmaq.

c. Dırnaq kəsmək.

d. Bəzənmək məqsədilə saç, saqqal və bığları boyamaq, qadınların lak və pomadadan istifadə etməsi. Bədənə və ya ehrama ətir sürtmək, ətirli sabundan istifadə etmək (Buxari, Həcc, 21, Libas, 8, 13; Müslim, Həcc, 1, 2).

2. Geyim və geyim əşyası ilə bağlı qadağalar:

Geyimlə əlaqədar qadağalar yalnız kişilərə məxsusudur.

a. Tikişli paltar geyinmək. Lakin belə taxılan kəmər, çiynindən asılan çanta, ayağa geyilən,  topuqları açıq ayaqqabı ehram qadağanlarına aid deyildir.

b. Başı və üzü örtmək. Hz. Peyğəmbər həcc əsnasında dəvəsindən düşüb vəfat edən ehramlı səhabə üçün belə demişdir. “Onun başını örtməyiniz. O, qiyamət günü təlbiyə gətirərək dirildilir (Buxari, Cənaiz, 20, 21; Müslim, Həcc, 93, 94, 97-103; Əbu Davud, Cənaiz, 80).

Qadın, ehramda üç xüsusda kişidən ayrılır: Tikişli paltar geymək, məst geymək və başını örtmək. Bundan əlavə qadın üzünü də örtməz (bax. Buxari, Səyd, 13; Əbu Davud, Mənasik, 31; Tirmizi, Həcc, 18; Nəsai, Mənasik, 33, 39).

c. Əlcək, corab və topuqları örtən ayaqqabı geymək (bax. Yuxarıda qeyd olunan hədis mənbələri).

3. Cinsi mövzularla əlaqədar qadağalar:

a. Cinsi əlaqə və ümumi olaraq cinsi əlaqəyə meyil etdirən davranışlar (bax. Bəqərə, 2/197).

b. Şəhvət hisslərini hərəkətə keçirən sözlər söyləmək:

4. Ov qadağası:

İstər Haram bölgəsinin daxilində, istərsə də xaricində olsun əti yeyilən və ya yeyilməyən hər cür quru heyvanını ovlamaq, ovçuya ovunu (heyvanı) göstərmək və ovlanmasına kömək etmək və ya ov heyvanlarına zərər vermək qadağandır (bax. Maidə, 6/1, 2, 95-97). Dəniz heyvanlarını ovlamaq qadağan olmamaqla yanaşı, qoyun, inək və toyuq kimi ev heyvanların kəsilməsi də ehram qadağasının əhatəsinə daxil deyildir.

5. Haram bölgəsi ilə bağlı qadağalar:

Məkkə şəhəri və ətrafındakı Haram deyilən bölgədəki ov heyvanlarının ovlanması, bitkilərinin kəsilməsi və ya qoparılması istər ehramlı olsun, istər ehramsız olsun hər kəs üçün qadağandır. Bu qadağaların möminlər üçün bir növ ətrafı qorumaqdan ibarət bir təlim-tərbiyə olduğu xüsusunda şübhə yoxdur.

6. Allaha qarşı üsyan etmək və insanlara qarşı pis davranmaq (bax. Bəqərə, 2/197):

  1. Füsuq: Allaha itaət etməkdən uzaqlaşıb, üsyan olan sayılan şeyləri etmək.
  2. Cidal: Başqaları ilə mübahisə etmək, başqalarını təhqir etmək, bu cür davranışlar daim qadağan olmaqla yanaşı, ehramlı ikən bu kimi davranışlardan daha çox uzaqlaşmaq lazımdır.

Dr. Anar Qurbanov

Mərmərə U. / İslam hüququ

 

 

 

 

 

 

 

 

 

 

 



Açar sözləri

Hacc ibadeti teqsir

Şərh yaz