Aylıq namaz vaxtları
1. 961 dəfə oxunub ,   1 şərh   Çap et

O, hələ evliliyinin üçüncü ayında idi. Sevdiyi adamla evlənmişdi. Üstəlik, sevildiyini də bilirdi. Ancaq yenə də nə isə yolunda getmirdi. Gənc qız bu düşüncələrlə bir gün anasının yanına getdi. Artıq günəş batmaq üzrə idi. Və ana-qız bir yerdə günəşin batmasına tamaşa etmək üçün sahildə üz tutdu…

Ana uzun müddət heç bir şey demədi. Çünki uşaqlarına edə biləcəyi ən böyük yaxşılığın onları dinləmək olduğunu bilirdi. İndi də eyni şeyi etdi və qızını uzun-uzadı dinlədi…

Günəş batdıqca bir tərəfdən sular sakitləşir, bir tərəfdən də, dəniz qaranlığı içinə çəkirdi. Nəhayət, ana qızının təəccüblü baxışları altında əllərini açdı və hələ hərarətini itirməmiş bir ovuc qum götürdü. Sonra da: “Bax, qızım!”, – dedi, – “Siz sevərək evləndiniz. Əlinizdə olan “sevginin” hamısı budur. Və hələlik bu qum dənələri qədər çox və istidir”. Gənc qız başı ilə anasını təsdiq etdi: “Doğrudur, həm çoxdur, həm də istidir”. Anası davam etdi: “Evlənərək sevginizi ovcunuza götürdünüz və həmişə ovuclarınızda qalmasını istədiniz. Üstəlik də: “Həmişə çox olsun, isti olsun”, – dediniz”. Bu vaxt ana ovuclarını yünüglcə açdı və ovuclarındakı qumları qızına göstərdi. “Qumlar hələ ki, ovuclarımdadır və mən hələ ki, onları ovuclarımda tuta bilirəm”. Sonra da barmaqlarını bir-birinə yaxınlaşdırıb ovuclarındakı qumları sıxmağa başladı. Bu vaxt istər-istəməz qum dənələri barmaqlarının arasından “süzülüb” tökülməyə başladı. “İndi, sevgi ilə qum arasında daha bir bənzərlik ortaya çıxdı”, – deyə ana üzünü qızına tutdu. “Sevgini həmişə ovcunuzda tutmaq istəyirsiniz. “Həmişə çox olsun, isti olsun” deyirsiniz. Ancaq hər biriniz o birini özünüzə bənzətməyə çalışırsınız. Halbuki bununla mən barmaqlarımı bir-birinə yaxınlaşdırmağa çalışdığım kimi, siz də xarakterlərinizi bir-birinə yaxınlaşdırmağa çalışırsınız. Qarşı tərəfin sizin kimi olmasını, sizin kimi düşünməsini istəyirsiniz. Halbuki, bir əldə beş barmağın beşi də eyni deyil. Allah da hər insanı bir fitrətdə yaradıb. Və nəticədə mən barmaqlarımın arasından qumların tökülməsinə səbəb olduğum kimi, siz də sevginizin barmaqlarınızın arasından tökülməsinə səbəb olursunuz. Halbuki iki sütun bir-birinin yanında, ancaq bir-birindən ayrı olanda faydalıdır. Həm də təkcə sütunlarmı? Elə iki ağac da bir-birinin yanında, ancaq bir-birindən ayrı olanda, bir-birinə kölgə salmır…”

Və sözünün sonunda ana ovcunda qalan qumu göstərdi. Ovcunda ancaq bir çimdik qum qalmışdı. “Bu ki, bizə yetməz!” – deyə gənc qız dilləndi, – “Bu ki, bizə yetməz”… Gənc qız bu sözləri deyib ayaqlarının altındakı qumlara baxdı. Və əllərini “var gücü ilə” açıb ovuclarını “var gücü ilə” doldurdu. Sonra da qəlbində yeni bir ümidlə sahilə üz tutdu…



Açar sözləri

anlamaq evlilik hekayə qum sevgi

Bənzər məqalələr

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Quran və Sünnədə ailə

Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.

Evlilik və ailə həyatı

Sual: Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını möhkəm bünövrəyə oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə tövsiyə edirsiniz? Cavab: Müasir dövrdə bir çox məsələdə olduğu kimi, təəssüf ki, “ailə müəssisəsi”ndə də özümüzdən, doğma dəyərlərimizdən uzaqlaşma var. Halbuki öz dəyərlərimizi yaşadığımız dövrlərdə bu məsələdə ciddi problemlərimiz yox idi. Lakin […]


1 şərh yazılıb
  1. oxuyucu , 19/03/2015 tarixində, saat 03:03

    Çox gözelidi çox sagolun. Bele yaziların sayini artirmaginizi isteyerdim))

Şərh yaz

*