Aylıq namaz vaxtları
3. 257 dəfə oxunub ,   0 şərh   Çap et

İstər ilahi duyğularla, istərsə də dünyəvi məsələyə görə ağlamaq dəstəmazı pozmur, çünki mücərrəd ağlamağın dəstəmazı pozduğuna dair heç bir hökm yoxdur.

Namaz qılarkən ağlamaq fərqlidir.İnsan namaz qılarkən Allahı anaraq, dini hislər keçirərək ağlayarsa, bu, nə namazı, nə də dəstəmazı pozur. Əslində, bu, müsbət haldır. Səhabədən Abdullah ibn əş-Şixxirin (r.a.) rəvayətinə görə, Allah Rəsulu (s.ə.s.) namaz qılarkən hüzuruna gəlmişdim. O əsnada elə ağlayırdı ki, sinəsindən qaynayan qazan kimi səs gəlirdi”. (Əbu Davud, Salət 158) Rəvayətə görə Həzrət Ömərin (r.a.) hıçqırıqları arxa səflərdən eşidilərmiş. Buradan aydın olur ki, dini duyğularla ağlamaq müsbət xüsusiyyətdir.
Namaz qılan şəxs baş vermiş bir hadisə (dünyəvi) ilə bağlı və ya narahatlığa görə səsli ağlayarsa namazı pozar, ancaq dəstəmaz pozulmaz (Mərğinani, əl-Hidayə, I, 61). Ancaq xəstəliyin şiddətindən qeyri-ixtiyari inilti namazı pozmaz. Baş verən müsibətdən ötrü səssiz ağlama da namazı pozmaz, amma məkruhdur.



Açar sözləri

ağlamaq dəstəmaz

Bənzər məqalələr

Dəstəmazın fərzləri

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”

Dəstəmazın növləri

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.

Dəstəmazın səhih olmasının şərtləri

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Hz. Peyğəmbərin (s.ə.s) dəstəmaz almadan heç bir iş görmədiyi nəql edilir.

Yumaq və məsh etmək

Sual: Yumaq və məsh etmək nə deməkdir? Cavab: Dəstəmaz Qurani-Kərimdə namazdan əvvəl yerinə yetirilməsi lazım gələn bir şərt olaraq qeyd edilir: “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”

Dəstəmazın şərtləri

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyirlir. Dəstəmaz kəlməsi fars dilində “dəst” əl və namaz kəlmələrindən meydana gələn, dilimizdə leksik dəyişikliyə məruz qalan mürəkkəb sözdür. Dəstəmaza bədəni kirlərdən təmizlədiyinə görə ərəb dilində “vüdu” deyilmişdir.


Şərh yaz

*