- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Ağlamaq dəstəmazı və namazı pozarmı?

İstər ilahi duyğularla, istərsə də dünyəvi məsələyə görə ağlamaq dəstəmazı pozmur, çünki mücərrəd ağlamağın dəstəmazı pozduğuna dair heç bir hökm yoxdur.

Namaz qılarkən ağlamaq fərqlidir.İnsan namaz qılarkən Allahı anaraq, dini hislər keçirərək ağlayarsa, bu, nə namazı, nə də dəstəmazı pozur. Əslində, bu, müsbət haldır. Səhabədən Abdullah ibn əş-Şixxirin (r.a.) rəvayətinə görə, Allah Rəsulu (s.ə.s.) namaz qılarkən hüzuruna gəlmişdim. O əsnada elə ağlayırdı ki, sinəsindən qaynayan qazan kimi səs gəlirdi”. (Əbu Davud, Salət 158) Rəvayətə görə Həzrət Ömərin (r.a.) hıçqırıqları arxa səflərdən eşidilərmiş. Buradan aydın olur ki, dini duyğularla ağlamaq müsbət xüsusiyyətdir.
Namaz qılan şəxs baş vermiş bir hadisə (dünyəvi) ilə bağlı və ya narahatlığa görə səsli ağlayarsa namazı pozar, ancaq dəstəmaz pozulmaz (Mərğinani, əl-Hidayə, I, 61). Ancaq xəstəliyin şiddətindən qeyri-ixtiyari inilti namazı pozmaz. Baş verən müsibətdən ötrü səssiz ağlama da namazı pozmaz, amma məkruhdur.