8. 406 dəfə oxunub ,   2 şərh   Çap et

Sual: Yumaq və məsh etmək nə deməkdir?

Cavab: Dəstəmaz Qurani-Kərimdə namazdan əvvəl yerinə yetirilməsi lazım gələn bir şərt olaraq qeyd edilir: “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…[1] Ayədə üç orqanın yuyulması, birinin də məsh edilməsi əmr edilir. Su ilə lazım olan yeri yumaq (ğasl), suyu toxundurmaq (və ya sulu əl ilə toxunmaq) isə məsh sayılır. Buna görə də, dəstəmaz alarkən yuyulması əmr edilən üzvlər yuyulmasa dəstəmaz səhih olmur. Məsələn, əslinə su olan qarla dəstəmaz alınsa və dəstəmaz alarkən yuyulması fərz olan üzvlərdən su damlamasa dəstəmaz sayılmır. Ancaq qar azca əriyərək su damlasa dəstəmaz səhih olar.

Hz. Peyğəmbər (s.ə.s) özü bir neçə dəfə dəstəmazın alınma şəklini göstərmiş və dəstəmazsız qılınacaq namazın Allah tərəfindən qəbul olunmayacağını bildirmişdir.[2] Ağıllı və həddi büluğ yaşına çatmış, sudan istifadə etmək iqtidarında olan hər bir müsəlman lazım olanda dəstəmaz almaqla məsuldur.

Allah Rəsulu (s.ə.s) dəstəmaz haqqında belə buyurmuşdur: “Kim əmr olunduğu kimi dəstəmaz alar və əmr olunduğu şəkildə namaz qılarsa, keçmiş günahları bağışlanar.”[3]

Müsəlman vəya mömin bəndə dəstəmaz alar və üzünü yuyarsa gözləri ilə baxaraq etdiyi bütün günahlar dəstəmaz suyu ilə axıb gedər. Əl və qollarını yuyarkən onlarla tutaraq etdiyi günahlar dəstəmaz suyu ilə süzülüb gedər. Ayaqlarını yuduğu zaman onlara yeriyərək etdiyi günahlar dəstəmaz suyu ilə ayaqlardan axıb gedər. Nətiədə həmin adam günahlardan təmizlənmiş olar.” [4]


[1] Maidə, 5/6.
[2] Buxari, Vüdu, 2; İbn Macə, Təharət, 47; Zeyd İbn Əli, Müsnəd, H. №: 1, s. 47.
[3] Buxari, Vüdu, 28; Tövhid, 24; Əbu Davud, Təharət, 51.
[4] Müslüm, Təharət, 32, 33; Tirmizi, Təharət, 2; Darimi, Vüdu, 45; Nəsai, Təharət, 107.


Açar sözləri

dəstəmaz məsh etmək yumaq

Bənzər məqalələr

Dəstəmaz

Dəstəmaz nədir? Dəstəmazın növləri hansılardır? Dəstəmazın fərzləri və sünnələri, Dəstəmaz necə alınır? Dəstəmazı pozan hallar hansılardır? Üzrlü şəxs necə dəstəmaz almalıdır.

Niyyət etməyi və Bismillah deməyi unutmaq

Dəstəmaz və qüsl almağa başlayarkən niyyət etmək və Bismillah deməyin hökmü sünnədir. Niyyət etmədən və Bismillah demədən alınan qüsl və dəstəmaz səhih olar. Unudularsa sünnət savabından məhrum qalmış olarıq.

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.

Dəstəmazın fərzləri

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…”

Dəstəmazın növləri

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyilir. Dəstəmaz hökm və dərəcəsinə görə üç yerə ayrılır: fərz, vacib və məndub.


2 şərh yazılıb
  1. Peevin , 14/07/2015 tarixində, saat 08:07

    Aleykum Salam.size sualim belediki qusl almamiwdan evvel normal qaydada yuyunub sonra qaydasi uzre qusl almaq lazimdi ? Evvelceden tesekkurler.

Şərh yaz