بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
اَللَّهُ أَكْبَرُ كَبِيرًا وَالْحَمْدُ لِلَّهِ كَثِيرًا فَسُبْحَانَ اللَّهِ بُكْرَةً وَأَصِيلاً اَللَّهُمَّ صَلِّ وسَلَّمْ وَ بَارِكْ عَلَى سَيِّدِنَا مُحَمَدٍ وَعَلَى اٰلِهِ وَصَحْبِهِ أَجْمَعِينَ بِعَدَدِ عِلْمِكَ وَبِعَدَدِ مَعْلُومَاتِكَ اَللَّهُمَّ ارْحَمْ وَارْحَمْ أُمَّةَ مُحَمَّدٍ رَبَّنَااجْعَلْنَا مِنْ أَمْرِنَا أُمَّةَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيهِ وَسَلَّمَ لاَ سِيَّمَا إِخْوَانَنَا وَأَخَوَاتِنَا أَصْدِقَائَنَا وَأَحْبَابَنَا وَأَحِبَّئَنَا وَجَمِيعَ المُؤْمِنِينَ المَغْدُورِينَ وَالمَظلُومِينَ وَالْمُتَشَتِّتِينَ فِى كُلِّ أَنْحَاءِ العَالَمِ فَرَجًا وَمَخْرَجًا رَبَّنَا نَسْأَلُكَ الْفَوْزَ وَالنَّجَاحَ وَالْفَلَاحَ وَالْمُوَفَّقِيَّةَ وَالظَّفَرَ وَالْإِنْتِصَارَ عَلَى أَعْدَائِنَا كَائِنًا مَنْ كَانَ. اَللَّهُمَّ اجْمَعْ شَمْلَنَا أُمَّةَ مُحَمَّدٍ اَللَّهُمَّ أَلِّفْ بَيْنَ قُلُوبِنَا أُمَّةَ مُحَمَّدٍ اَللَّهُمَّ ارْحَمْ أُمَّةَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ اَللَّهُمَّ يَا حَافِظُ يَا َحفِيظُ وَاحْفَظْ إِخْوَانَنَا وَأَحِبَّئَنَا وَأَصْدِقَائَنَا مِنْ كُلِّ شَرٍّ وَضَرٍّ اَللّهُمَ عَلَيْكَ بِأَعْدَائِكَ َأَعْدَائِنَا وَأَعْدَاءِ الدِّينِ اَللَّهُمَّ شَتِّتْ شَمْلَ أَعْدَائِكَ وَأَعْدَائِنا وَأَعْدَاءِ الدِّينِ اَللَّهُمَّ فَرِّقْ جَمْعَهُمْ اَللَّهُمَّ مَزِّقْهُمْ كُلَّ مُمَزَّقٍ اَللَّهُمَّ اجْعَلْ بَأْسَهُمْ بَيْنَهُم آمِينْ
Bismilləhir-rahmənir-rahim
Allah ən büyükdür, Ondan başqa yoxdur böyük. Bütün həmd və sənalar, ən gözəl mədhlər Ona məxsusdur. Biz də səhər-axşamOnu təsbih-təqdis edərik. Allahım, elmin və məlumatın qədər səlat, səlam və bərkət Peyğəmbərimiz Həzrət Məhəmmədin, bütün ailəsinin və əshabının üzərinə olsun. Allahım! Bizə və bütün Məhəmməd ümmətinə rəhm eylə! Ey Rəbbimiz! Məhəmməd (sallallahu aleyhi və səlləm) ümmətinə, xüsusilə, dünyanın dörd bir yanında məzlum, məğdur və dağınıq vəziyətdə olan qardaşlarımıza, dostlarımıza, bizi sevənlərə çıxış yollarını göstər! Ey Rəbbimiz! Hər kim olursa olsun düşmənlə mübarizədə Səndən fövz, qurtuluş, fəlah, müvəffəqiyyət, zəfər və yardım istəyir və diləyirik. Allahım! Biz Məhəmməd ümmətinə bir və həmrəy eylə! Allahım! Biz Məhəmməd ümmətinin qəlblərini bir-birinə isinişdir! Allahım! Məhəmməd (s.a.s.) ümmətinə mərhəmət et! Ey Hafiz Rəbbimiz! Ey bizleri qoruyan Allahım, bizi, qardaş-bacılarımızı, dostlarımızı hər cür şər və zərərdən hifz eylə. Allahım, düşmənlərini, bizə düşmənçilik edənləri və dininə düşman kəsilənləri Sənə həvalə edirik, onların öhdəsindən gəl, ey Rəbbimiz! Allahım, Sənə qarşı düşmanlıq edənlərin, bizə və uca dininə düşman kimi rəftar edənlərin birlik və bərabərliyini poz, onları parça-parça və darmadağın et! İman gətirənlərin arasına fitnə toxumları səpənləri parça-parça və firqə-firqə et. Onların arasına düşmənçilik sal və onları bir-birininə qənim eylə.
Duanın iki növü var: feli (əməli) və sözlə dua. İnsanın üzərinə düşən öhdəlikləri səbəblər dairəsində yerinə yetirməsi, çalışıb səy göstərməsi feli duadır.
Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.
Ərhamurrahimin (Rəhman və Rəhmli) olan Rəbbimiz: “Mənə dua edin, Mən də sizin dualarınıza cavab verim!” (“Ğafir” surəsi, 60) məallı ayədə ilahi dərgaha yönələn yalvarışları cavabsız qoymayacağını bəyan edir. Amma müəyyən şərtlərə riayət duanın qəbul ehtimalını gücləndirir. Dualarımızın Allahın izzətli dərgahında məqbul olması üçün müəyyən məqamlara diqqət yetirməliyik: Birincisi: hər şeydən əvvəl Allahın böyüklüyü qarşısında kiçikliyimizin, acizliyimizin […]
Varlıq aləmi içərisində insan dua etmək üçün yaradılmışdır. İnsan, yaradılmış hər şeydən fərqlidir. Onun əsas vəzifəsi Allaha qul olmaq, ona ibadət və dua etməkdir.
Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar