762 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Quranı Kərim oxuyanda və dinləyəndə səcdə ayələrinə rast gələrsək oturduğumuz yerdə, ayağa qalxmadan tilavət səcdəsi etmək olar mı?

Tilavət səcdəsinin rüknü, Allaha təzim etmək qəsdi ilə alnını yerə qoymaq, yəni səcdə etməkdir. Xəstəlik, yaşlılıq və ya digər səbəbdən səcdə edəcək şəkildə əyilə bilməyən şəxslər ima ilə, yəni göz hərəkətləri ilə bunu yerinə yetirməlidirlər. Quran oxuyan şəxs yuxarıda qeyd edilən şəkildə bu ibadəti yerinə yetirməlidir. Namazda ikən səcdə ayəsi oxunarsa əgər qiraətə davam edəcəksək səcdəyə gedib tilavət səcdəsini etməli və qalxıb qaldığımız yerdən qiraətə davam etməli, şərtlərinə uyğun şəkildə namazı tamalamlıyıq. Ancaq səcdə ayəsi qiraətdə oxuduğumuz ən son ayədirsə o zaman edilən rüku tilavət səcdəsi yerinə keçmiş olur. Əslində biz burada ima ilə səcdə etmiş sayılırıq.

Tilavət səcdəsi necə edilir?

Ayaq üstə dayanaraq əlləri qaldırmadan Allahu əkbər deyərək səcdəyə gedilir və üç dəfə “Sübhanə rabbiyəl-ə’la” deyilir. Daha sonra təkrar Allahu əkbər deyərək ayağa qalxırıq və “Səmin’na və əta’na ğufranəkə rabbənə və ileykəl-məsir” deyərək tamamlanır.

Oturaq vəziyyətdə olan şəxs əgər səcdə ayəsini oxuyar və eşidərsə ayağa qalxmadan təkbir gətirib səcdəyə gedə bilər. davmında da ayağa qalxmadan da səcdəsini tamamladığı üçün tilavət səcdəsi ibadətini yerinə yetirmiş olar. Ancaq ayaq üstə ikən təkbir gətirib səcdəyə getməyin hökmü məndub, səcdədən sonra ayağa qalxmaq isə müstəhəbdir. İmkan daxilində ayaq üstə səcdəyə gedib, təkrara ayağa qalxmaq şəklində tilavət səcdəsini yerinə yetirərsək gözəl olar. Ancaq oturaq halında da yerinə yetirərsək edilən səcdə caizdir, çünki tilavət səcdəsinin vacib olan rüknü səcdəyə getməkdir.



Açar sözləri

tilavət səcdəsi

Şərh yaz