4. 021 dəfə oxunub ,   0 şərh   Çap et

 

 عَنِ ابْنِ عُمَرَ   قَالَ: صَلَّيْتُ مَعَ رَسُولِ اللّٰهِ  رَكْعَتَيْنِ قَبْلَ الظُّهْرِ وَرَكْعَتَيْنِ بَعْدَهَا وَرَكْعَتَيْنِ بَعْدَ الْجُمُعَةِ وَرَكْعَتَيْنِ بَعْدَ الْمَغْرِبِ وَرَكْعَتَيْنِ بَعْدَ الْعِشَاءِ.

İbn Ömərin (r.anhumə) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Allah Rəsulu (s.ə.s.) ilə birlikdə bu vaxtlarda iki rükət sünnət namazı qıldım: günorta namazından əvvəl və sonra, cümə, axşam və yatsı namazından sonra”. [Buxari, Təhəccüd 25, 29; Müslim, Salatul-Mü­­safirin 104]

 عَنْ عَبْدِ اللّٰهِ بْنِ مُغَفَّلٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلَاةٌ، بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلَاةٌ، بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلَاةٌ» وَقَالَ فِي الثَّالِثَةِ: «لِمَنْ شَاءَ»

Abdullah ibn Muğaffəl (r.a.) belə  nəql edir:

“Allah Rəsulu (s.ə.s.) üç dəfə: “Hər azan və iqamə arasında (sün­nət) namaz var,” – deyə təkrar etdi. Üçüncü dəfə təkrar edəndə “qılmaq istəyənə” deyə əlavə etdi”. [Buxari, Azan 14; Müslim,  Salatul-Müsafirin 304]

 عَنْ عَائِشَةَ  عَنِ النَّبِيِّ  قَالَ: «رَكْعَتَا الْفَجْرِ خَيْرٌ مِنَ الدُّنْيَا وَمَا فِيهَا»

وَف۪ي رِوَايَةٍ لَهُمَا : «أَحَبُّ إِلَيَّ مِنَ الدُّنْيَا جَم۪يعًا»

Həzrəti Aişə (r.anhə)  Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Sübh namazının iki rükət sünnəti dünya və dünyadakı hər şeydən daha xeyirlidir”.

Digər rəvayətdə isə, “Sübh namazının iki rükət sünnəti mənim üçün bütün dünyadan daha sevimlidir,” – buyurur. [Müslim, Salatul-Müsafirin 96]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَرَأَ ف۪ي رَكْعَتَيِ الْفَجْرِ: {قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ} وَ {قُلْ هُوَ اللّٰه أَحَدٌ}

Əbu Hureyrənin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Allah Rəsulu (s.ə.s.) sübh namazı sünnətinin ilk rükətində “Qul yə əyyuhəl kafirun”u (“Kafirun” surəsini), ikinci rükətində isə “Qul huvallahu əhad”ı (“İxlas” surəsini) oxuyardı”. [Müslim, Salatul-Müsafirin 98]

 عَنْ عَائِشَةَ  قَالَتْ: كَانَ النَّبِيُّ  يُصَلّ۪ي ف۪يمَا بَيْنَ أَنْ يَفْرُغَ مِنْ صَلَاةِ الْعِشَاءِ إِلَى الْفَجْرِ إِحْدٰى عَشْرَةَ رَكْعةً يُسَلِّمُ بَيْنَ كُلِّ رَكْعَتَيْنِ وَيُوتِرُ بِوَاحِدَةٍ فَإِذَا سَكَتَ الْمُؤَذِّنُ مِنْ صَلَاةِ الْفَجْرِ وَتَبَيَّنَ لَهُ الْفَجْرُ وَجَاءَهُ الْمُؤَذِّنُ، قَامَ فَرَكَعَ رَكْعَتَيْنِ خَف۪يفَتَيْنِ، ثُمَّ اضْطَجَعَ عَلٰى شِقِّهِ الْأَيْمَنِ، هَكَذَا حَتّٰى يَأْتِيَهُ الْمُؤَذِّنُ لِلْإِقَامَةِ.

Həzrəti Aişə (r.anhə) nəql edir:

“Peyğəmbərimiz (s.ə.s.) işa namazını qılandan sonra sübh namazına qədər on bir rükət namaz qılardı. İki rükətdə bir salam verər və axırda bir rükət vitr qılardı. Müəzzinin sübh azanını oxumasına – dan yerinin ağarmasına qədər gözləyər, sonra Peyğəmbərimizi (s.ə.s.) oyadardım. O da qalxıb iki yüngül rükət sünnət namazı qılar, sonra da müəzzin təkrar gəlib fərz (sübh namazının) üçün iqamə oxuma vaxtının çatdığını xəbər verənə qədər sağ tərəfi üstə uzanardı”. [Müslim, Salatul-Müsafirin 121]

İzah: Vitr namazı hənəfilərə görə üç rükət, digər məzhəblərə görə isə bir rükətdir. Hənəfilər də vitr namazını bir rükətli qılmışlar, lakin üç rükətli olduğunu iqrar etmişlər.

 عَنْ عَائِشَةَ  قَالَتْ: كَانَ النَّبِيُّ  يُصَلّ۪ي ف۪ي بَيْتيِ قَبْلَ الظُّهْرِ أَرْبَعًا، ثُمَّ يَخْرُجُ فَيُصَلّ۪ي بِالنَّاسِ، ثُمَّ يَدْخُلُ فَيُصَلّ۪ي رَكْعَتَيْنِ وَكَانَ يُصَلّ۪ي بِالنَّاسِ الْمَغْرِبَ، ثُمَّ يَدْخُلُ بَيْت۪ي فَيُصَلّ۪ي رَكْعَتَيْنِ وَيُصَلّ۪ي بِالنَّاسِ الْعِشَاءَ وَيَدْخُلُ بَيْتيِ فَيُصَلّ۪ي رَكْعَتَيْنِ.

Həzrəti Aişə (r.anhə) nəql edir:

“Peyğəmbərimiz (s.ə.s.) günorta namazının fərzindən əvvəl evdə dörd rükət sünnət qılar, sonra məscidə gedib camaat namaz qıldırardı. Fərzdən sonra təkrar evə gələr və iki rükət sünnət qılardı. Camaata axşam və yatsı namazlarını qıldırandan sonra otağıma gələrək iki rükət namaz qılardı”. [Müslim, Salatul-Müsafirin 105]

 عَنِ ابْنِ عُمَرَ   عَنِ النَّبِيِّ  قَالَ: «رَحِمَ اللّٰهُ امْرَءًا صَلّٰى قَبْلَ الْعَصْرِ أَرْبَعًا»

İbn Ömərin (r.anhumə) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:“Allah ikindi namazının fərzindən əvvəl dörd ­rü­kət sünnət qılana mərhəmət etsin”. (Əbu Davud, Tatavvu 8; Tirmizi, Salat 201)

 عَنْ أَنَسٍ  قَالَ: كُنَّا نُصَلّ۪ي عَلٰى عَهْدِ رَسُولِ اللّٰهِ  رَكْعَتيْنِ بَعْدَ غُرُوبِ الشَّمْسِ قَبْلَ الْمَغْرِبِ فَق۪يلَ: أَكانَ رَسُولُ اللّٰهِ  صَلَّاهُمَا؟ قَالَ: كَانَ يَرَانَا نُصَلِّيهِمَا فَلَمْ يَأْمُرْنَا وَلَمْ يَنْهَنَا.

Hz. Ənəs (r.a.) demişdir:

“Peyğəmbərimiz dövründə günəşin qürubundan sonra və axşam namazının fərzindən əvvəl iki rükət namaz qılardıq”.

Həzrəti Ənəsdən: “Onda bu namazı Allah Rəsulu (s.ə.s.) da qılırdı?” – deyə soruşdular. Belə cavab verdi: “O, bizim qıldığımızı görür, amma bizə “qılın və ya qılmayın” mənasında heç nə demirdi”. [Müslim, Salatul-Müsafirin 302]

 عَنْ زَيْدِ بْنِ ثَابِتِ  أَنَّ النَّبِيَّ  قَالَ: «صَلُّوا أَيُّهَا النَّاسُ ف۪ي بُيُوتِكُمْ فَإِنَّ أَفْضَلَ الصَّلَاةِ صَلَاةُ الْمَرْءِ ف۪ي بَيْتِهِ إِلَّا الْمَكْتُوبَةَ»

Zeyd ibn Sabitin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Ey insanlar! Nafilə və ya sünnət namazlarını evinizdə qılın. Çünki fərzlərdən başqa namazların ən fəzilətlisi bir insanın evində qıldığı namazdır”. [Buxari, Azan 81, İtisam 3; Müslim, Salatul-Müsafirin 213]

 عَنِ ابْنِ عُمَرَ   عَنِ النَّبِيِّ  قَالَ: «اِجْعَلُوا مِنْ صَلَاتِكُمْ ف۪ي بُيُوتِكُمْ، وَلَا تَتَّخِذُوهَا قُبُورًا»

İbn Ömərin (r.anhumə) nəql etdiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

“Namazınızın bir qismini (nafilə və ya sünnətləri) evinizdə qı­lın, evlərinizi qəbirlərə çevirməyin”. [Buxari, Salat 52, Təhəccüd 37; Müs­lim, Salatul-Müsafirin 208]



Açar sözləri

namaz sünnət namazı

Bənzər məqalələr

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.

İmsak vaxtı nədir?

İmsak dan yeri ağarmağa başlayandan (imsak vaxtından), iftar (axşam namazı) vaxtına qədər ibadət niyyəti ilə yemək, içmək, cinsi əlaqə və digər orucu pozan şeylərdən uzaq durmaq deməkdir. İmsakın ziddi iftardır.

Sütrə

Namaz qılan şəxsin qabağından insanlar rahat keçsin deyə qoyuduğu maneəyə (kürsü, stul, çanta və s.) sütrə deyilir. Divar və ya sabit bir şey də (dirək, ağac, namaz qılan şəxs və s.) sütrə sayılır. Sütrəyə əməl etmək sünnədir.

Tilavət səcdəsi

Qurani-Kərimdə on dörd səcdə ayəsi var. Bu ayələrdən hər hansı birini oxuyan və ya dinləyən səcdə etməlidir. Həmin səcdəyə tilavət səcdəsi deyilir.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.


Şərh yaz