1. 766 dəfə oxunub ,   0 şərh   Çap et

İrşad əhlinin söz və əməlinin bir-birini tamamlaması

اَتَأْمُرُونَ النَّاسَ بِالْبِرِّ وَتَنْسَوْنَ اَنْفُسَكُمْ وَأَنْتُمْ تَتْلُونَ الْكِتَابَ اَفَلَا تَعْقِلُونَ

Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz? {“Bəqərə” surəsi, 2/44}

يَا اَيُّهَا الَّذ۪ينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ * كَبُرَ مَقْتًا عِنْدَ اللّٰهِ اَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ

Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah qatında böyük qəzəbə səbəb olar. {“Saff” surəsi, 61/2-3}

وَمَا أُر۪يدُ اَنْ أُخَالِفَكُمْ إِلٰى مَا أَنْهَاكُمْ عَنْهُ

Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm.. {“Hud” surəsi, 11/88}

 عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ قَالَ: سَمِعْتُ رَسُولَ اللّٰهِ يَقُولُ: « يُؤْتٰى بِالرَّجُلِ يَوْمَ الْقِيَامَةِ فَيُلْقٰى فِي النَّارِ فَتَنْدَلِقُ أَقْتَابُ بَطْنِهِ فَيَدُورُ بِهَا كَمَا يَدُورُ الْحِمَارُ بِالرَّحٰى فَيَجْتَمِعُ إِلَيْهِ أَهْلُ النَّارِ فَيَقُولُونَ يَا فُلَانُ مَا لَكَ أَلَمْ تَكُنْ تَأْمُرُ بِالْمَعْرُوفِ وَتَنْهٰى عَنِ الْمُنْكَرِ فَيَقُولُ بَلَى قَدْ كُنْتُ آمُرُ بِالْمَعْرُوفِ وَلَا آتِيهِ»

Usamə ibn Zeyd (r.a.) nəql edir:

“Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitdim: “Qiyamət günü bir nəfəri gətirib Cəhənnəm oduna atırlar. Bağırsaqları qarnından çölə çıxır və bağırsaqları ilə birlikdə dəyirman çevirən heyvan kimi fırlanır. Cəhənnəm əhalisi onun ətrafına toplaşır və soruşur: “Ey filankəs! Bu, nə haldır? Sən yaxşılığı əmr edib (yaxşılığa çağırıb), pis əməllərdən də çəkindirmirdin?” Həmin adam da: “Bəli, yaxşılığı təlqin edirdim, lakin özüm əməl etmirdim; insanları pis əməllərdən uzaqlaşmağa çağırırdım, amma (bu pis əməlləri) özüm edirdim,” – deyir”. [Buxari, Bədul-xəlq 10; Müslim, Zühd 51]



Açar sözləri

əməl söz

Bənzər məqalələr

Dünyada nələrlə sınağa çəkilirik?

Sahib olduğumuz bütün nemətlər, qarşımıza çıxan hər bir çətinlik öz-özlüyündə bir imtahandır. Bununla yanaşı, ayə və hədislərin işığında bəzi mühüm sınaqları qeyd etməyə çalışacağıq.

Tərəzidə ən ağır gələn əməl

“Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur, Allah-Təala bütün əməlləri çirkin və pis olan, çirkin və pis şeylər dilindən düşməyən insanı sevməz”.

Peyğəmbərimiz və söz

Allah Rəsulunun söz sənətinə hakim olması peyğəmbər fətanətinin bir yönünü təşkil edir. Bəli, O, söz sultanı idi. Allah Onu ilahi kəlama tərcüman olmaq üçün göndərmişdi yer üzünə! Bu günə qədər hər kəs səviyyəsinə görə xeyli gözəl söz söyləmişdir, amma Söz Sultanının (s.a.s.) sözlərində bir başqa dərinlik, bir başqa ləzzət, bir başqa şirinlik vardır.

Fətanəti

Fətanət ağılla ağılı geridə qoymaq, ötüb keçmək deməkdir. Ona peyğəmbər məntiqi də deyə bilərik. Bu məntiq hər məsələyə ruh, qəlb, hiss və qəlbə xas incə duyğuların (lətaifin) birgə iştirakı ilə baxmaq deməkdir. Fətanət quru ağıl və məntiq deyildir.

İman və əməl

Əməl nədir? Əməl nəzəri olan imanın həyata tətbiq edilməsi, yəni əməli şəkildə ortaya qoyulmasıdır. Bu cəhətdən əməli şəkildə ortaya qoyulan əsaslar nəzəri imanı qüvvətləndirir. Nəticə etibarilə, əməldə əksini tapmayan, praktik cəhətdən özünü göstərməyən həyatın sabitqədəm olması və ziqzaq çəkməməsi müşküldür.


Şərh yaz