6. 745 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Nədən Allah Rəsuluna (s.ə.s) salavat veririk?

Cavab: Allah dostlarından biri bu haqda belə buyurur:

Hər fürsətdə Peyğəmbərimizə (əleyhissəlatu vəssalam) səlat və salam göndərmək bir vəfa borcudur. Çünki hər bir səlat və salam həm Onun peyğəmbərliyini bir daha təbrik etmək, həm gətirdiyi əbədi səadət müjdəsinə bir təşəkkür bildirmək və həm də fərmanlarına itaət və beyəti təzələmək mənasına gəlir… səlat və salam məsələsinə bir vəfa borcu kimi baxmaq lazımdır. Biz Peyğəmbərimizə borcluyuq… Bəli, şüurunda olaraq və ya olmayaraq bu vəfa borcumuzu və şükran hissimizi əzanla, iqaməylə, namazla, təşəhhüd və təhiyyətlə dilə gətiririk. Kaş şəkər-şərbətin şirinliyini dad bilmə duyğumuzla tam hiss etdiyimiz kimi, bu kəlimələrin hamısını da zehni və ruhi-mənəvi duyğularla dərk edə, hər kəlmənin “dadını” tam ala biləydik.



Açar sözləri

dua salavat

Bənzər məqalələr

Bu gecə, o gecə deyilsə…

Kim inanaraq və savabını umaraq ramazanda oruc tutarsa, keçmiş günahları əfv edilər və kim inanaraq və savabını umaraq Qədir gecəsini əhya edərsə, keçmiş günahları bağışlanar

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!


Şərh yaz