Qədr gecəsi hər cür dua oxuna bilər. İnsan həm özünə, həm ailəsinə, həm ölkəsinə, həm də dünyadakı bütün müsəlman qaradaş və bacılarına duada yer ayırmalıdır. Ancaq bu gecə ilə əlaqəli Allah Rəsulundan rəvayət olunan dua bu şəkildədir:
“Allahumma innəkə afuvvun tuhibbul avfa fafuanni”
“Allahım! Sən əvf edib bağışlayıcısan. Əfv etməyi sevirsən. Məni də bağışla.”
Hər bir valideynin ən ümdə arzusu övladlarının xoşbəxt gələcəyini görməkdir. Buna görə onların təlim-tərbiyəsinə xüsusi diqqət edir, onların həm maddi, həm də mənəvi dünyaları ilə yaxşı olması üçün cəhd edirlər.. Unutmamalıyıq ki, kainatda baş verən hadisələr arxasında əsl səbəbkar ancaq Uca Allahdır. Nə qədər çalışsaq, çapalasaq da hər daim acizliyimizin idrakında olub Qüdrəti Sonsuza əl […]
Peyğəmbərimiz (s.ə.s.) Qədr gecəsinin ramazanın son on və ya yeddi gününə, tək gecələrdən (21, 23, 25, 27) birinə düşdüyünü buyurmuşdur.
Qədir gecəsi Quranın nazil omağa başladığı və Rəsulullahın (s.ə.s) ilk vəhy alaraq peyğəmbərlik vəzifəsinə başladığı gecədir.
Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.
İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.