Aylıq namaz vaxtları
7. 082 dəfə oxunub ,   0 şərh   Çap et

Oruc tutanlara iftar vermək xeyirli və savab əməllərdən sayılır. Rəsulullah (s.ə.s.) bir hədisində buyurur ki,

Kim bir orucluya iftar verərsə, orculu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz.[1]

Orucunu tamamlayıb iftar vaxtına çatan şəxs üçün həmin an sevinc anı sayılır. Oruclunun digər sevinc anı isə, tutduğu orucun mükafatını almaq üçün qiyamət günü Allahın hüzuruna gəldiyi vaxt olacaq. Peyğəmbərimiz (s.ə.s) bu haqda belə buyurur:

Oruclu mömin üçün sevinəcəyi iki an (vaxt) var: biri iftar etdiyi vaxt, digəri də orucunun savabı ilə Rəbbinə qovuşduğu vaxtdır.[2]

İftar vermək sadəcə yemək yedirmək deyil. Oruclu şəxsə bir xurma, zeytun, süd və ya su verməklə də iftar vermək savabını qazanmaq olar. İftar süfrələrində israfdan uzaq durmağa da diqqət edilməlidir.

Rəsulullah (s.ə.s.) özü də iftar dəvətinə getmiş və ev sahibinə dua etmişdir. Peyğəmbərimiz (s.ə.s.) Sad ibn Übadəgilə qonaq getmişdi. Sad dərhal Rəsulullaha (s.ə.s.) bir parça çörək və bir az da zeytun yağı gətirdi. Peyğəmbərimiz (s.ə.s.) də bunları yeyib ev sahibinə dua etdi:

Evinizdə oruclular iftar açsın. Süfrənizdən əbrar (saleh insanlar) yesin. Mələklər də sizə (rəhmət və bağışlanma) duası etsinlər.[3]

Evə dəvət olunan qonağın xeyir-duasını almaq da önəmlidir. Belə ki, qonağın duası qəbul olunan dualardandır. Bir hədisdə belə buyrulur: “Allah üç insanın duasını birbaşa  qəbul edər. Məzlumun (zülmə məruz qalmış insanın) duası, qonağın duası, atanın övladına duası.[4]

Qonaq süfrədə olduğu müddətcə, mələklərin ev sahibinə dua edəcəyi də bildirilmişdir. Qiyamətdə Allah Təala bəzi insanlara “Nə üçün mənə yemək vermədin?” − deyə soruşar. O da, “Sən aləmlərin Rəbbisən. Sənə necə yemək verə bilərdim?” − deyər. Allah Təala da, “Ac olan bir insana yemək vermədin. Əgər versəydin, mənə yemək vermiş kimi savab alardın”. − buyurar.[5] Cənnətdə xüsusi köşklər var ki, bunlardan biri də yemək yedirən kəslər üçündür.

Xülasə, imkanı olanlar ramazan ayını fürsət bilərək dost-tanışlara, qohum-əqrabaya, yaxınlara iftar verərək bu mübarək ayda daha çox savab qazana bilərlər.


[1] Tirmizi, Savm, 82; Nəsai, Cihad, 44; İbn Macə, Siyam, 45.
[2] Buxari, Savm, 9; Müslim, Siyam, 163.
[3] Əbu Davud, Ətimə 54.
[4] Əbu Davud, Səlat, 364; Tirmizi, Birr: 7       
[5] Müslim, Birr və Sıla, 43.



Bənzər məqalələr

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

Unudaraq yemək orucu pozurmu?

“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”

Oruc tuta bilməyən yaşlılar nə etməlidir?

İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.

Orucun mərtəbələri

Oruc tutan insan ilk növbədə halal qidadan, cinsi münasibətdən müəyyən müddət uzaq durmaqla iradəsinə hakim olmağı öyrənir. İradəsini hakim olmağı öyrənən mömin eyni zamanda bütün üzvlərini günahlardan, haramlardan qoruyur və nəhayət, qəlbini də pis düşüncə və hislərdən təmizləyərək, ülviləşir, mələklər səviyyəsinə yüksəlir. Maddiyyata bağlılıqdan, ehtiraslardan, həvəslərdən uzaqlaşdıqca ibadətin zirvəsinə qalxır və Allaha yaxınlaşır.


Şərh yaz