4. 774 dəfə oxunub ,   0 şərh   Çap et

Oruc tutmamağa rüxsət (icazə) verilən xəstəlikləri bu şəkildə xülasə etmək mümkündür:

1- Müalicəsi mümkün olmayan ya da ciddi bir narahatlıq səbəbiylə bir əməliyyat keçirmiş və qida qəbul edilməsi vacib olan xəstələr. Bu qrupa bütün xərçəngli və ciddi əməliyyat keçirmiş xəstələr daxil edilə bilər.

2- Davamlı olaraq dərman qəbul edilməsi tələb olunan ağır ürək, böyrək, qaraciyər xəstələri, ağır şəkər xəstəliyi olan şəxslər.

3- Şiddətli ağrılar səbəbiylə dərman qəbul edilməsi lazım olan xəstəlikləri , xora xəstəliyi və digər sancılı xəstəlikləri olan şəxslər.

4- Mövcud bir xəstəliyin oruc səbəbiylə daha (İbn Macə, Sıyam 3; Nəsəs(n)i, Sıyam 50-51, 62) da ağırlaşa biləcəyi ya da səhhətinin pozulmasından qorxulacaq xəstələr, vərəm və digər qızdırmalı xəstəliklərə məruz qalan şəxslər. Yuxarıdakı dörd qrupa daxil olan xəstələrin son ikisi xəstəlikləri yaxşılaşdığı zaman həkimlə məsləhətləşdikdən sonra oruc tuta bilərlər; ancaq ilk iki qrupa girən xəstələr həyatları boyunca oruc tuta bilməyəcəkləri üçün bu şəxslərin də fidyə vermələri lazımdır.

Yüngül xəstəlik ilə ağır xəstəliyin arasını necə ayırmaq lazımdır?

Uca Allah, oruc tuta bilməyəcək qədər xəstə olan şəxslərə rüxsət (icazə) vermiş, oruc mükəlləfiyyətini onlardan qaldırmışdır. Bunlar yaxşılaşdıqdan sonra tuta bilmədikləri orucları qəza edərlər. Burada xəstəliyi tam olaraq təsvir etmək lazımdır. Xəstəliyi, insanın həyati funksiyalarının müntəzəm şəkildə  işləməməsi və ya ətrafdan gələn xəbərdarlıqlara cavab verməmə halı olaraq tərif etmək mümküdür. Xəstəlik, olduqca ciddi və müalicəsi tələb olunan bir vəziyyət ola biləcəyi kimi hüngül bir narahatlıq da ola bilər. Bu ayrımı etməyi yəni oruc tutub tutmaması lazım olan şəxsləri ayırd etməyi müsəlman mütəxəssis həkimlərə həvalə etmişdir. Bu baxımdan dinin fərz, vacib və sünnətlərini bilməyən bir şəxslə məsləhətləşərək oruc tutmamaq Allah qatında o şəxsə mənəvi bir məsuliyyət yüklənər.



Açar sözləri

Ramazan

Bənzər məqalələr

Fitrə nədir?

Fitrə, ramazan ayının sonunda nisab miqdarı mala malik müsəlmanların verməklə mükəlləf olduqları vacib sədəqədir.

PEYĞƏMBƏRIMIZIN ETIKAFI

Etikaf kişilərin əzan və iqamə oxunan, yəni camaatla beş vaxt namaz qılınan məsciddə, qadınların isə evin namaz otağında və ya otağın bir küncündə etikaf niyyəti ilə bir müddət gözləməsi, oturmasıdır.

Dişə plomb qoymaq orucu pozur?

Mədəyə su, qan və s. getməmək şərtilə dişə qoyulan plomb orucu pozmur. Maye getdiyi təqdirdə oruc pozulur və qəza edilməlidir.

Siqaret və qəlyan orucu pozur?

Siqaret və qəlyan çəkmək orucu pozur. Həmin oruca qəza və kəffarə gərəkir. Başqasının çəkdiyi siqaret tüstüsünü bilərək ciyərlərinə çəkən şəxsin də orucu pozulur.

Oruc tuta bilməyən yaşlılar nə etməlidir?

İslam oruc tuta bilməyəcək dərəcədə yaşlı olanları tuta bilmədikləri hər gün üçün bir kasıbı doyurmaq şərti ilə bu ibadətdən azad etmişdir.


Şərh yaz