1. 780 dəfə oxunub ,   0 şərh   Çap et

Muraqibə*

اَلَّذِى يَرٰيكَ ح۪ينَ تَقُومُ وَتَقَلُّبَكَ فِي السَّاجِد۪ينَ

O Allah ki səni namaza duranda da görür, səcdə edənlər içində dolananda da. {“Şuəra” surəsi, 26/218-219}

وَهُوَ مَعَكُمْ اَيْنَ مَا كُنْتُمْ

Siz harada olsanız da, Allah (elm və qüdrəti ilə) sizinlə bərabərdir! {“Hədid”surəsi, 57/4}

إِنَّ اللّٰهَ لَا يَخْفٰى عَلَيْهِ شَيْءٌ فِي الْاَرْضِ وَلَا فِي السَّمَآءِ

  Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. {“Ali İmran” surəsi, 3/5}

إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ

Şübhəsiz ki, Rəbbin daim (bəndələrinin bütün əməllərini) baxıb görür. {“Fəcr” surəsi, 89/14}

يَعْلَمُ خَآئِنَةَ الْاَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ

Allah gözlərin xain baxışını və ürəklərin gizlədiyi bütün şeyləri də bilir! {“Ğafir” surəsi, 40/19}

 عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ: بَيْنَمَا نَحْنُ جُلُوسٌ عِنْدَ رَسُولِ اللّٰهِ ذَاتَ يَوْمٍ إِذْ طَلَعَ عَلَيْنَا رَجُلٌ شَديدُ بَيَاضِ الثِّيَابِ شَد۪يدُ سَوَادِ الشَّعْرِ، لَا يُرٰى عَلَيْهِ أَثَرُ السَّفَرِ، وَلَا يَعْرِفُهُ مِنَّا أَحَدٌ، حَتّٰى جَلَسَ إِلَى النَّبِيِّ ، فَأَسْنَدَ رُكْبَتَيْهِ إِلٰى رُكْبَتَيْهِ وَوَضَعَ كَفَّيْهِ عَلٰى فَخِذَيْهِ وَقَالَ: يَا مُحَمَّدُ أَخْبِرْن۪ي عَنِ الْإِسْلَامِ فَقَالَ رَسُولُ اللّٰهِ: اَلْإِسْلَامُ أَنْ تَشْهَدَ أَنْ لَا إِلٰهَ إِلَّا اللّٰهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللّٰهِ وَتُق۪يمَ الصَّلَاةَ وَتُؤْتِيَ الزَّكَاةَ وَتَصُومَ رَمَضَانَ وَتَحُجَّ الْبَيْتَ إِنِ اسْتَطَعْتَ إِلَيْهِ سَب۪يلاً. قَالَ: صَدَقْتَ. فَعَجِبْنَا لَهُ يَسْأَلُهُ وَيُصَدِّقُهُ، قَالَ: فَأَخْبِرْن۪ي عَنِ الْإ۪يمَانِ. قَالَ: أَنْ تُؤْمِنَ بِاللّٰهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالَْيَوْمِ الْآخِرِ وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ. قَالَ: صَدَقْتَ قَالَ: فَأَخْبِرْن۪ي عَنِ الْإِحْسَانِ. قَالَ: أَنْ تَعْبُدَ اللّٰهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ، قَالَ: فَأَخْبِرْن۪ي عَنِ السَّاعَةِ. قَالَ: مَا الْمَسْؤُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ. قَالَ: فَأَخْبِرْن۪ي عَنْ أَمَارَاتِهَا. قَالَ أَنْ تَلِدَ الْأَمَةُ رَبَّتَهَا، وَأَنْ تَرٰى الْحُفَاةَ الْعُرَاةَ الْعَالَةَ رِعَاءَ الشَّاءِ يَتَطَاوَلُونَ فِي الْبُنْيَانِ ثُمَّ اِنْطلَقَ، فَلَبِثْتُ مَلِيًّا، ثُمَّ قَالَ: يَا عُمَرُ أَتَدْر۪ي مَنِ السَّائِلُ؟ قُلْتُ: اَللَّهُ وَرَسُولُهُ أَعْلَمُ قَالَ: «فَإِنَّهُ جِبْر۪يلُ أَتَاكُمْ يُعَلِّمُكُمْ د۪ينَكُمْ»

Ömər ibn əl-Xəttab (r.a.) nəql edir:

“Bir gün Allah Rəsulunun (s.ə.s.) hüzurunda  olarkən  paltarı ağappaq, saçları qapqara, yolçuya oxşamayan və heç kimin tanımadığı bir adam gəldi. Allah Rəsuluna (s.ə.s.) yaxınlaşıb Onun qabağında əyləşdi, dizlərini dizlərinə söykədi, əllərini (öz) dizinin üstünə qoydu və: “Ya Məhəmməd, mənə İslamdan bəhs elə!” – dedi. Allah Rəsulu (s.ə.s.): “İslam Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirmən, namazı şərtlərinə riayət etməklə qılman, zəkat vermən, ramazan ayında orucunu tutman, gücün çatarsa, Kəbəni ziyarət (həcc) etməndir,” – buyurdu. Həmin şəxs: “Düz dedin!” – dedi. Doğrusu, onun həm soruşması, həm də təsdiq etməsi bizə qəribə gəldi. Sonra həmin şəxs: “Mənə imandan bəhs elə!” – dedi. Allah Rəsulu (s.ə.s.): “Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, Axirət gününə inanmaqdır. Qədərə, xeyrin də, şərin də Allahdan olduğuna inanmaqdır,” – buyurdu. O şəxs təkrar: “Düz dedin,”– deyə təsdiq etdi və:“Onda ihsan nədir? İhsandan da danış,” – dedi. Rəsullulah (s.ə.s.) “İhsan Allaha Onu görürmüş kimi ibadət etməkdir. Sən Onu görməsən də, O, səni görür,”– buyurdu. Həmin şəxs yenə: “Doğru söylədin,”– dedi. Bunun ardınca: “Qiyamət nə vaxt qopacaq?”– deyə soruşdu. Allah Rəsulu (s.ə.s.): “Bu haqda sual verilən kmsə sual verəndən çox bilmir,” – buyurdu. Həmin adam: “Onda Qiyamət əlamətlərindən bəhs elə,”– dedi.Allah Rəsulu (s.ə.s.): “Övladlar analara kəniz kimi baxacaq. Ayaqyalın, baldırı açıq qoyun çobanları hündür və yaraşıqlı binalarda bir-birinə təkəbbür satacaq,” – buyurdu. Həmin şəxs sakitcə məscidi tərk etdi. Mən bir müddət yerimdə donub qaldım.  Bu vaxt Allah Rəsulu (s.ə.s.) mənə səsləndi: “Ey Ömər, sual verənin kim olduğunu bilirsən?” “Allah və Rəsulu daha yaxşı bilir,” –  dedim. Allah Rəsulu (s.ə.s.): “O, Cəbrail idi, sizə dininizi öyrətməyə gəlmişdi,” – buyurdu. [Müslim, İman 1]

 عَنْ أَب۪ي ذَرٍّ جُنْدَبِ بْنِ جُنَادَةَ وَمُعَاذِ بْنِ جَبَلٍ  عَنْ رَسُولِ اللّٰهِ  قَالَ: «اِتَّقِ اللّٰهَ حَيْثُمَا كُنْتَ وَأَتْبِعِ السَّيِّئَةَ الْحَسَنَةَ تَمْحُهَا، وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ»

Əbu Zərr Cundəb ibn Cünadə ilə Muaz ibn Cəbəl (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu  nəql edir:

“Harada olursan, ol, Allahdan qorx və Ona ehtiram göstər! Günah işlədikdən sonra dərhal yaxşılıq elə ki, onu silsin. İnsanlarla rəftarında gözəl əxlaqı heç vaxt tərk etmə!” [Tirmizi, Birr 55]

 عَنِ ابْنِ عَبَّاسٍ  قَالَ: «كُنْتُ خَلْفَ النَّبِيِّ  يَوْمًا فَقَالَ: «يَا غُلَامُ إِنّ۪ي أُعَلِّمُكَ كَلِمَاتٍ اِحْفَظِ اللّٰهَ يَحْفَظْكَ اِحْفَظِ اللّٰهَ تَجِدْهُ تُجَاهَكَ، إِذَا سَأَلْتَ فَاسْأَلِ اللّٰهَ، وَإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاللّٰهِ، وَاعْلَمْ أَنَّ الْأُمَّةَ لَوِ اجْتَمَعَتْ عَلٰى أَنْ يَنْفَعُوكَ بِشَيْءٍ لَمْ يَنْفَعُوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللّٰهُ لَكَ، وإِنِ اجْتَمَعُوا عَلٰى أَنْ يَضُرُّوكَ بِشَيْءٍ لَمْ يَضُرُّوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللّٰهُ عَلَيْكَ، رُفِعَتِ الْأَقْلَامُ وَجَفَّتِ الصُّحُفُ»

İbn Abbas (r.a.) nəql edir:

“Nəbilər Sərvəri Peyğəmbərimizin (s.ə.s.) arxasınca gedirdim. Mənə buyurdu: “Ey cavan oğlan! Sənə bir neçə nəsihət verim: sən Allahın haqlarını qoru ki, Allah da səni hifz etsin. Daim Allahı düşün ki, O, yanında olsun. Bir şey istədiyin vaxt onu Allahdan istə. Kömək istəyəndə də yenə Allahdan dilə və bil ki, bütün ümmət toplaşıb sənə bir fayda verməyə çalışsa, yalnız Allahın nəsib etdiyi faydanı verə bilər. Yenə bütün insanlar toplaşıb sənə bir zərər yetirmək istəsə, Allahın yazısından zərrə qədər də artıq ziyan verə bilməzlər. Artıq qələmlər çəkildi, yazılar qurudu”. [Tirmizi, Qiyamət 59]

 عَنْ أَنَسٍ قَالَ: «إِنَّكُمْ لَتَعْمَلُونَ أَعْمَالاً هِيَ أَدَقُّ ف۪ي أَعْيُنِكُمْ مِنَ الشَّعَرِ، كُنَّا نَعُدُّهَا عَلٰى عَهْدِ رَسُولِ اللّٰهِ مِنَ الْمُوبِقَاتِ»

Ənəs ibn Malik (r.a.) demişdir:

“Siz bəzi əməllər işləyirsiniz, amma onlara tük qədər də əhəmiyyət vermirsiniz. Düzü, biz Allah Rəsulunun (s.ə.s.) vaxtında belə əməlləri həlaka səbəb olan böyük xətalar sayardıq”. [Buxari, Riqaq 32]

 عَنْ أَب۪ي هُرَيْرَةَ عَنِ النَّبِيِّ  قَالَ: إِنَّ اللّٰهَ تَعَالٰى يَغَارُ، وَغَيْرَةُ اللّٰهِ تَعَالٰى أَنْ يَأْتِيَ الْمَرْءُ مَا حَرَّمَ اللّٰهُ عَلَيْهِ»

Əbu Hureyrə (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Allah qeyrətini təcəlli etdirir. Allahın qeyrəti qulun işləyəcəyi haramlara qarşıdır”. [Buxari, Nikah 107; Müslim, Tövbə 36]

İzah: Allah qulunun harama işləməsinə qətiyyən razı deyil. Allahın əmr və qadağalarının yerinə yetirilməməsi  qeyrətullaha (Allahın qeyrətinə) toxunur.

 عَنْ شَدَّادِ بْنِ أَوْسٍ عَنِ النَّبِيِّ  قَالَ: «اَلْكَيِّسُ مَنْ دَانَ نَفْسَهُ وَعَمِلَ لِمَا بَعْدَ الْمَوْتِ، وَالْعَاجِزُ مَنْ أَتْبَعَ نَفْسَهُ هَوَاهَا وَتَمَنّٰى عَلَى اللّٰهِ الْأَمَانِيَّ»

Şəddad ibn Əvs (r.a.) Kainatın Fəxri Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Ağıllı insan özünü hesaba çəkən, günah işləmə təhlükəsi olan yerlərdən və insanlardan uzaq olan və ölümdən sonrakı (həyat) üçün (saleh) əməl işləyəndir (hazırlıq görəndir). Aciz insan isə nəfsinin arzu və istəklərinin əsiri olub Allahdan qeyri-mümkün şeylər gözləyən bədbəxtdir”. [Tirmizi, Qiyamət 25]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ: مِنْ حُسْنِ إِسْلَامِ الْمَرْءِ تَرْكُهُ مَالَا يَعْنِيهِ»

Əbu Hureyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Müsəlmanın faydasız və mənasız şeylərdən uzaq olması onun İslamiyyətə aid gözəl cəhətlərindən biridir”. (Yəni kamil şəkildə və özünəxas gözəllikləri ilə yaşanan müsəlmanlıq bütün əbəs, lüzumsuz  duyğu, düşüncə və əməllərdən uzaq olan müsəlmanlıqdır) [Tirmizi, Zühd 11].

 *Müraqibə (ərəbcə)-lüğətdə hərfi mənası “baxma, tamaşa etmə, seyr etmə,müşahədə etmə, tədqiq etmə, nəzarət etmə, göz yetirmə” deməkdir. Termin olaraq inanan insanın bütün hallarda Uca Allahın onu müşahədə etdiyini, gördüyünü bilməsi, Onu(c.c.) unutmaması, nəfsini nəzarət altında saxlaması, bir işdə qafil olmaması nəzərdə tutlur.




Şərh yaz