5. 670 dəfə oxunub ,   0 şərh   Çap et

Lin ( اللين ) lüğətdə yumuşaq olmaq deməkdir. Hərfi lindən sonra sükun gələrsə məddi-lin olur. Daha geniş bir şəkildə izah edəcək olsaq; “vav və yə” ( و- ى ) hərfləri sakin olub, özlərindən öncəki hərfin hərəkəsi məftuh (fəthəli), özlərindən sonraki hərf isə sükunlu olarsa belə olduqda məddi-lin olur. Vəqf halında oxunan قُرَيْشٍْ    وَالصَّيْفِْ    الْبَيْتِْ   خَوْفٍْ    غَيْر ِkəlmələrini nümunə olaraq göstərə bilərik. Bu kəlmələrdə açıq olaraq görüldüyü üzərə “vav ilə yə” hərflərinin özləri sakin əvvəlləri üstünlü, özlərindən sonraki hərflər də sakindir. Gördüyümüz kimi belə olduğu halda  mədd-i lin olur.

Məddi-linin mərtəbələri mövcuddur. Bu mərtəbələr lin hərfindən sonra gələn sükunun lazımi ya da arizi olmasına görə dəyişə bilir. İndi sırasıyla bunları izah edək.

a. Lazımi sükun olarsa: əgər lin hərfindən sonra gələn sükun, lazımi sükun isə bu durumda iki vəcih caizdir[1]. Bunlar tül (üç əlif) və təvəssütdür (iki əlif). Fəqət qaydaların hamısını nəzərə aldıqda  bu kimi hallarda tül  ilə oxumaq daha fəzilətlidir.

Səbəbi-məddi sükunu lazım olan məddi-lin Qurani-Kərimdə iki yerdədir. Məryəm surəsinin başındakı hürufül-müqəttəədən olan كهيعص kəlməsini açaraq incələdiyimiz zaman كاَفْ  هاَ  ياَ  عَيْنْ  صاَدْ şəklində qarşımıza çıxır. Bu açılmış formada altı cızılı olan ifadənin sükunu lazımidir. “yə” hərfi sakin özündən öncəki hərf məftuh olduğu üçün də bu hərf lin hərfi sayılır. Bu lin hərfindən sonra gələn hərfin üzərindəki sükun, lazımi olduğu üçün burada iki vəcih caizdir.

Belə olan ikinci misal da Şura surəsinin başında yer alan عسق kəlməsidir. Yuxarıda olduğu kimi bunu da açacaq olsaq; عَيْنْ  سِينْ  قاَفْ    şəklində ortaya çıxar. Yenə buradakı altı cızılı olan ifadə yuxarıda anlatdığımız vəziyyətlə eynidir. Qurani-Kərimdə bu misalların hər ikisində də Ayn hərfinin üzərində uzadma işarəsi mövcuddur. Bunun səbəbi buradakı sukunun lazımi sükün olmasıdır. Yəni oxunuşun Tul və Təvəssüt üzərə olmasıdır.

b. Arizi sükun olarsa: məd səbəbi olan sükun, əgər arizi olarsa, bu halda məddi-linin mərtəbəsi, məddi-arizdə olduğu kimi arizi sükunun yer aldığı hərfin əsl hərəkəsinə görə dəyişir.

1) Kəlmənin sonu üstün olarsa üç vəcih caiz olur. Misal: (غَيْرَ) Bunda yal­nız (üç vəcih) məd halı vardır: Tül (3 əlif), təvəssüt (2 əlif), qəsr (1 əlif).

2) Kəlmənin sonu əsrə olarsa dört vəcih caiz olur. Misal: (وَالصَّيْفِ) Bunda məd və rəvm halı vardır. Bilindiyi kimi rəvm yalnızca qəsr ilə edildiyinə görə cəmi dörd vəcih olmuş olur: Tül, təvəssüt, qəsr, qəsr ilə rəvm.

3) Kəlmənin sonu ötrə isə yeddi vəcih caizdir. Misal (اَلْخَيْرُ) Bunda məd, rəvm və işmam olmaq üzərə üç hal vardır: Tül, təvəssüt, qəsr, qəsr ilə rəvm, tül ilə işmam, təvəssüt ilə işmam, qəsr ilə işmam. Burada isə gördüyümüz kimi yeddi vəcih mövcuddur.

Məddi-lində digər mədlərdən fərqli olaraq uzadma lin hərfi üzərində olur. Yəni digər mədlər, məd hərflərindən öncəki hərfin hərəkəsindən asılı olduğu üçün, hərfi məddlərdən öncəki hərfdə meydana gəlirlər. Məddi-lində isə məd bir başa lin hərfinin özündə, məxrəcində icra edilir. Məsələn:  الْبَيْتِْ kəlməsi “əl-beyyyt” şəklində oxunur.

Məddi-lində məd ölçüləri, digər mədlərə nəzərən biraz daha əksik qəbul edilmişdir. Hətta bəzi müəlliflərə görə məddi-linə bu ismin verilməsi, digər məd hərflərinə nisbətlə, lin hərflərinin mədlərinin az oluşu və özlərindən öncəki hərfin hərəkəsinin də öz cinsindən olmaması səbəbinə dayanır. Bunda tül üç əlif, təvəssüt iki əlif, qəsr isə bir əlifdir.

Məddi-linin hökmü caizdir. Çünki bu məd qiraət alimləri arasında müxtələfün fihdir (üzərində ixtilaf edilən). Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, məd səbəbi olmadan sadəcə lin hərfinin üzərində məd emək xatadır. Və caiz deyildir. الَيْهِمْ- خَوْفِهِمٍ misallarında olduğu kimi.



[1] Bu iki vəch Aşəra oxunuşundadır. Ancaq Təkrib (Aşəradakı ravilərin ravilərinin oxunuşları) oxunuşunda bunu üç vəch (tul, təvəssüt və qəsr) oxuyanlar da var. Bunu İbnül Cəzəri Tayyibə adlı əsərində belə ifadə edir: “ Sükunu lazımlı məddi doyur! Aynda olduğu kimi. Onun üç vəchi vardır”

 

Sənan Quliyev & Laçın Quliyev



Açar sözləri

təcvid

Bənzər məqalələr

İstiazə və Bismillahın oxunması

Hansı məqsədlə olursa olsun, Quranı oxumağa başlayan adam “أعوذُ باللهِ مِن الشّيطَانِ الرّجِيم” “Qovulmuş şeytandan Allaha sığınıram” ifadəsilə başlamalıdır.

Quranda bəzi kəlmələrin altındakı işarələrin mənası

Quranda bəzi kəlmələrin altındakı işarələrin mənası

Qurani-Kərimdə durğu işarələri

Vәqf işarәlәri, Quran ayәlәrinin sonuna vә ya ayәnin ortasındakı kәlmәlәrin üstünә qoyulan “dayanacaq işarәlәri”dir.

Səktə

Səktə, leksik məna etibarilə “susmaq”, “iki kəlmə arasını nəfəs almadan ayırmaq” deməkdir.

Ləmi-tərif

Ləmi-Tərif ilə əlaqəli iki mövzu mövcuddur. Bunlardan birincisi idğami-şəmsiyyə, digəri isə izhari-qəməriyyə.


Şərh yaz