5. 158 dəfə oxunub ,   0 şərh   Çap et

Bir kəlmədə, özündən öncəki hərfi bir əlif miqdarı uzadmağa səbəb olan hərflərə məd hərfləri deyilir. Hərfi-məd, hərəkəli hərfi tələffüz etmə əsnasında, onu bir əlif ölçüsündə uzadan hərəkəsiz (sakin) hərfin adıdır. Bu hərflər üç dənədir: Əlif (ا), Vav (و), Yə (ي).

Bu üç hərfin, hərfi-məd olması üçün iki şərt vardır.

  1. Sakin olmaları. Yəni cəzimli və ya hərəkəsiz olmaları.
  2. Məd hərfinin öncəsində öz cinsindən hərəkə olması.

        Əlif      (ا) dən öncə  ـَـ  (fəthə)

        Yə       (ى)dən öncə ـِـ  (kəsrə)

        Vav     (و)dan öncəـُـ   (zəmmə)

Bu iki şərt hayata keçərsə bir öncəki hərfin hərəkəsinə əsaslanaraq, təyin edilmiş şərtlər[1] daxilində uzadılaraq oxunur. Hərfi-mədlərin məxrəcləri (çıxış yerləri) ağız, boğaz boşluğudur. Sakin hərf, hərəkəsi olmayan hərf deməkdir. Bunun əlaməti isə cəzmdir.

Yuxarıda da qeyd etdiyimiz kimi məd hərflərinin birincisi özündən öncəki hərfin hərəkəsi fəthə (üstün), özü isə sakin olan “əlif” hərfidir. قَالَ kəlməsində göründüyü kimi sakin yəni hərəkəsiz olan “əlif” hərfi, əvvəlindəki hərəkəsi üstün olan “gaf”  ( ق)hərfini yuxarı doğru uzadaraq oxudur.

Məd hərflərinin ikincisi isə özündən öncəki hərf məksür (əsrə) və özü sakin olan  “yə” hərfidir. Bu vəziyyətdə olarsa, özündən bir əvvəlki kəsrəli hərfi aşağıya doğru “ı” ya da “i” səsi verərək uzadır. قِيلَ və فِيهِ misallarında olduğu kimi.

Məd hərfi olan “yə” ى daima sakindir. Məd hərfi olmayan “yə” isə يُسْرٌ misalındakı kimi bəzən hərəkəli, سَيرٌ misalındakı kimi də bəzən sakin gələ bilər.

Məd hərflərinin üçüncüsü də yuxarıda yazdığımız kimi “vav” ( و) hərfidir. “Vav” hərfi sakin, özündən öncəki hərf ötrə ilə hərəkəlisə, bu vəziyyətdə “vav” hərfi zəmmə ilə hərəkəli olan hərfi irəli doğru “u” şəklində uzadır. ويقوُلوُنَ kəlməsində iki dəfə göründüyü üzərə, “vav” hərfi hərfi-məd olaraq gəlmişdir. Bu mövzu ilə əlaqəli misallar məddi-təbii bəhsində geniş şəkildə veriləcəkdir.



[1] Müəyyən şərtdən məqsəd, hərfi-mədlərdən sonra sükunlu bir hərfin olmamasıdır. Əgər sakin hərf olarsa, məd hərfi yazılsa belə, oxunmaz. Məsələn:  قاَلوُاالآن َ  nümunəsində olduğu kimi.

 

Sənan Quliyev & Laçın Quliyev



Açar sözləri

məd hərfləri

Şərh yaz