Xoşbəxt yuvanın düşmənləri

Sual: Bir hədisdə Allah Rəsulu buyurur ki, ərlə arvadın arasını vurmaq və ailəni dağıtmaq şeytanın ən sevdiyi işlərdəndir. Ər və arvadın bu cür tələlərə düşməməsi və ailə həyatına Allah dərgahında ən çirkin halal kimi xarakterizə edilən boşanma ilə son qoymamaq üçün nə tövsiyə edirsiniz? Cavab: Bütün şər işlərin baiskarı və gözəl işlərin düşməni şeytandır.

2. 273 dəfə oxunub 0 şərh yazılıb
Quran və elmi kəşflər

Sual: Yeni elmi kəşflər və icadlardan dərhal sonra Quranda bu nailiyyətlər haqda bəzi işarələr olduğunu deyirlər. Bu baxımdan tədqiqatçıların Quranda mövcud elmi həqiqətlərə münasibəti necə olmalıdır? Bu kimi ayələr, xüsusilə də, dəqiq elmlər sahəsində çalışanlara nə deyir? Cavab: Quran və kainat Cənabi-Allahın iki ayrı kitabıdır. Bu səbəbdən onların bir-birinə zidd olması mümkünsüzdür.

5. 534 dəfə oxunub 0 şərh yazılıb
Ən böyük şərəf – iman

Əslində dəyər, etibar, böyüklük, ülviyyət, şərəf və heysiyyət mənalarına gələn “izzət” kəlməsi mahiyyətcə “könül toxluğu” anlamını ifadə edir.

1. 926 dəfə oxunub 0 şərh yazılıb
Göz-könül toxluğu

Bildiyimiz kimi, istiğna adanmışlığın əsas sütunlarından biridir. İstiğna ruhunu ömür boyu qoruyub-saxlamaq üçün nələrə diqqət etməliyik?

2. 739 dəfə oxunub 0 şərh yazılıb
Qonşuluq haqqı

Sual: Müasir dövrdə bir çox haqq-hüquqla yanaşı, qonşuluq hüququna da biganə münasibət var. İslamda qonşuluq haqq-hüququna riayət nə qədər əhəmiyyətlidir? Sağlam bir cəmiyyətin təşəkkülündə qonşuluq haqqına riayətin hansı faydaları var? Cavab: Quran və sünnədə ana-ata ilə yaxşı rəftar etmək, silei-rəhm etmək, yetimlərə arxa olmaq kimi məsələlərlə yanaşı, ciddi vurğulanan həssas mövzulardan biri də qonşuluq haqqına riayətdir.

3. 872 dəfə oxunub 0 şərh yazılıb
Təəssüb

Sual: Təəssüb nə deməkdir? Səlabətlə təəssübü bir-birindən hansı xüssusiyyətlər ayırır? Cavab: Təəssüb ərəb sözü olub bir işin əvvəlini-axırını düşünmədən məsələlərə sırf şəxsi görüş və maraq aspektindən yanaşmaq, ağıla, məntiqə sığmayan, hətta dinin ruhuna zidd məsələlərdə belə inadkarlıq etmək, “dediyim dedik” sözü ilə ifadə edilən hərəkət və davranışlar nümayiş etdirmək deməkdir.

5. 528 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Cadu və cadunun aradan qaldırılması yolları

Sehr və ya cadu xəbis niyyətlə, yaxud mənfəət məqsədi ilə metafizik qüvvələrdən istifadə etmək deməkdir.

347. 109 dəfə oxunub 5 şərh yazılıb
Dində məcburiyyət yoxdur

Sual:”Dində məcburiyyət yoxdur”ayəsini necə başa düşməliyik? Din güc tətbiqi ilə qəbul edilən və ya zorla qəbul etdirilən bir sistem deyildir. Din inancla bağlıdır, ona görə də burada hər şeydən əvvəl inanmaq əsasdır. İnanmaq isə öz-özlüyündə vicdana və qəlbə aiddir. Qəlb və vicdana zorla təsir etmək, hakim olmaq və bir mənada onu fəth etmək mümkün deyildir. […]

6. 112 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Allahın (sübhanə və təalə) isim və sifətləri

Uca Allahı tanımaq üçün Onun sifət (vəsf) və isimlərinə də baxmaq lazımdır. Sifətlər Allah-Təalanın Zatına aid məfhumlar deməkdir. Haqq-Təalanın heç bir qüsurlu vəsfi yoxdur. Allah-Təalanın varlığı kimi sifətləri də əzəli və əbədidir. İnsan, cin, mələk və ya ruhanilər – heç birinin həyatı Allah-Təalanın həyatına, bütün varlıqların elmi Onun elminə, yaxud da iradəsi Onun iradəsinə bənzəmir. […]

13. 387 dəfə oxunub 1 şərh yazılıb
tesvir secilmeyib
Qədər bir bəhanə olaraq irəli sürülə bilərmi?

 İslam düşüncəsində qədər var, amma “qədərçilik” yoxdur. Qədər bəzilərinin zənn etdiyi kimi özünü hadisələrin axarına buraxmaq deyildir. İnsan üzərinə düşən öhdəlikləri yerinə yetirməli və ehtiyatını əldən qoymamalıdır. Möminliyin şərtlərindən biri də qədərə imandır, lakin onu əsas gətirib görüləsi işləri tərk etmək doğru deyildir. Bir günah işlədikdən sonra “Qədərim bu imiş, alın yazısından qaçmaq olmaz”, – […]

2. 876 dəfə oxunub 0 şərh yazılıb
Cəhənnəmin yaradılmasında hikmət nədir?

Gəlin mövzuya bir misalla başlayaq. Kiçik bir şəhəri idarə edən izzətli, şərəfli, adil bir hakim təsəvvür edək. Ədəbsiz, asi bir məmur bu hakimin qarşısına çıxır və kobud şəkildə: “Mən sənin əmrlərini eşitmirəm, qanunlarını tanımıram. Bir də ki sən mənə heç nə edə bilməzsən, cəzalandıra bilməzsən

1. 379 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Cənnət və cənnət nemətləri necədir?

Qurani-Kərimdə cənnət və cəhənnəm həqiqəti tez-tez xatırladılır. Cənnətə kimlər gedəcək? Hansı əməllər, hansı hal-vəziyyətlər, düşüncə və davranışlar insanı cənnətə aparır? Cən­nətdə möminləri hansı nemətlər və gözəlliklər gözləyir? Bunlar təfsilatı ilə anladılır. Eyni zamanda insanı cəhənnəmə sürükləyən

7. 760 dəfə oxunub 0 şərh yazılıb
İnsan Qədərə imanla nə əldə edir?

İnsan Qədərə imanla nə əldə edir? Mövzuya bir örnəklə başlayaq. İki yoldaş böyük və bağlı-bağatlı bir qəsəbədə qonaq olurlar. Qəsəbədə yaraşıqlı evlər, növbənöv meyvə-tərəvəz, cins-cins heyvanlar var. Həm də qəsəbənin elektrik, su, istilik kimi ehtiyaclarını təmin etmək üçün bir çox irili-xırdalı qurğular işləyir.

2. 531 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Alın yazısı nədir və dəyişirmi?

“Alın yazısı” el arasında “qədər” mənasında işlədilir. Qədərə isə “Allah-Təalanın əzəldən əbədəcən olacaq hər şeyi əvvəlcədən bilməsi, təqdir və təsbit etməsi” şəklində tərif vermək olar. Allah-Təala keçmişi, bu günü və gələcəyi eyni anda görən əzəli və hüdudsuz elmi ilə insanın nə zaman

26. 631 dəfə oxunub 2 şərh yazılıb
Hansı əməllər insanı cəhənnəmə sürükləyir?

Cənnəti qazanmaq və cəhənnəmdən qorunmaq hər bir insan­ üçün həyati əhəmiyyətli məsələdir. Çünki bir göz qırpı­mın­da keçib gedən bu fani dünya əbədi aləmə hazırlıq yeridir. Peyğəmbərimiz: “Dünya axirətin tarlasıdır”,

4. 928 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qul haqqı nədir? Axirətdə boynunda qul haqqı olanların vəziyyəti necə olacaq?

Qul haqqı nədir? Axirətdə boynunda qul haqqı olanların vəziyyəti necə olacaq? Gözəl dinimiz İslamiyyət insan haqlarına böyük önəm verir.­ İnsanların hüquqları ilə bağlı ən gözəl ölçüləri ortaya qoyur və insanların bir-birinin haqlarına hörmətlə yanaşmasını istəyir. Qul haqqını məhz bu çərçivədə dəyərləndirmək lazımdır. Qul haqq çox geniş anlayışdır. Daha yaxşı anlaşılması üçün bir neçə misal verək: […]

27. 417 dəfə oxunub 4 şərh yazılıb
Axirət nədir? Axirət inancının hansı faydaları var?

Axirət ölümlə başlayıb sonsuza qədər davam edən həyatın adı­dır. Bərzəx aləmi adlanan qəbir həyatı da axirətin bir dayanacağıdır, əsl axirət həyatı isə Qiyamət qopandan sonra başlayacaq və sonsuza qədər davam edəcək. Qiyamətlə birlikdə dünya həyatı da sona çatacaq və Allah bütün insanları yenidən dirildib məhşər meydanında

3. 905 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Allah niyə bütün insanları bərabər yaratmadı?

Allah niyə insanları bərabər yaratmadı? Niyə bəzilərini kasıb, bəzilərini varlı, bəzilərini şikəst, bəzilərini də sağlam xəlq etdi? Hər şeydən əvvəl qeyd edək ki, belə bir sualı ancaq yaradılışın hikmətini anlamaq üçün verə bilərik. Əks təqdirdə, Allah qorusun, Allahı sorğu-suala çəkmək mənası çıxar ki, buna da heç kimin həddi və haqqı yoxdur. Çünki yaşadığımız dünya, tənəffüs […]

4. 363 dəfə oxunub 0 şərh yazılıb
Allah şeytanları nə üçün yaratdı?

Allah insana özünəməxsus, müstəsna qabiliyyətlər bəxş etmişdir. İnsan bu qabiliyyətlərini Allahın buyurduğu yolda istifadə edərsə, mələkləri də ötüb keçərək uca məqamlara yüksələ bilər. Bəşəriyyət səmasının ulduzları olan peyğəmbərlər, siddiqlər, övliyalar bunun göstəricisi, dəlilidir. İnsanın çəyirdək şəklində olan

2. 609 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Quran elmlərlə təzad təşkil edə bilər?

Bu günə qədər Quran və elm mövzusunda bir çox tədqiqatlar aparılmış və cildlərlə kitab yazılmışdır. Məsələyə obyektiv yanaşan elm adamlarının hamısı Qurani-Kərimin elmlərdən daim bir addım öndə olduğunu görmüş, heyrət və heyranlıqla “Bu kitab ancaq Allah kəlamı ola bilər” deməkdən özlərini saxlaya bilməmişlər. Təfsilatları

2. 895 dəfə oxunub 0 şərh yazılıb