tesvir secilmeyib
Birja və hissə sənədi

Birja və hissə sənədinin alqı-satqısı halaldırmı? Cavab: Birja “dövlətin qurduğu və nəzarət etdiyi xüsusi bazar növü, qiymətli kağızlar, səhmlər, istiqraz vərəqələrinin alınıb satıldığı müəssisə və ya topdan mal alınıb satılan müəssisə” kimi tərif edilir. Birja müəssisəsi ticarət və sənaye birjaları, təsərrüfat birjası, qızıl birjası kimi mərhələlərdən keçərək əmələ gəlmiş və get-gedə inkişaf etmişdir. Faizli borc […]

4. 733 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Nisyə satışlarda qoyulan əlavə məbləğ

Sual:Nisyə satışlarda qoyulan əlavə məbləğ caizdirmi? Həmin məbləğ faiz sayılırmı? Cavab: İslam alimlərinin əksəriyyəti nisyə satışlarda qoyulan əlavə məbləğin caiz olduğunu bildirmişlər. Belə ki, Hz. Peyğəmbərin şərtli alış-veriş etdiyi və buna icazə verdiyi ilə bağlı səhih hədislər mövcuddur. Belə olan təqdirdə, nisyə satışlarda qoyulan əlavə məbləğ faiz sayılmır. Çünki pul ilə pul olmayan bir mal […]

2. 187 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Alış-verişdə “behləşmək”

Daşınmaz əmlakın alqı-satqısı zamanı “beh” vermək, ya da almaq caizdirmi? Cavab: Hər hansı daşınmaz əmlakın alqı-satqısı zamanı “beh” adı ilə müştəri tərəfindən əvvəlcədən, yəni müqavilə bağlanan zaman ödənilən müəyyən məbləğin, daha sonra müştərinin həmin müqavilədən birtərəfli şəkildə imtina etməsi nəticəsində, verdiyi “beh”in satıcıya qalması məsələsi tarix boyunca müzakirə obyekti olmuşdur. Qurani-Kərimdə bu mövzu ilə bağlı […]

4. 073 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Gözmuncuğunun hökmü nədir?

Sual:Həzrət Peyğəmbərin hədislərində də oxuduğumuza görə nəzər dəyməsi haqdır. Bəs nəzər muncuğu, dağdağan ağacı kimi vasitələrdən gözdəyməsinə qarşı istifadə etmək olarmı? Cavab: Qəflətən ortaya çıxan və ya səbəbi bilinməyən xəstəliklərə tutulmamaq, ya da müalicə məqsədilə müraciət olunan bir sıra tədbirlər vardır. Məsələn, nəzər muncuğu, dağdağan ağacı, at nalı vəs. kimi şeylər bunların əsas nümunələridir. Məhz […]

2. 065 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Hamamda dua oxumaq

Sual:Bu gün bəzi bina evlərində tuvaletlərin hamamla bir yerdə olduğunu görürük. Belə olan təqdirdə hamamda dəstəmaz və ya qüsl zamanı niyyət etmək və dəstəmaz dualarını oxumaq nə dərəcədə doğrudur? Cavab: Dəstəmaz və ya qüsl alarkən əsas olan niyyətin qəlblə edilməsidir. Dəstəmaz dualarını oxumaq isə dəstəmazın ədəbləridir və hər şəxs bunu oxuyub-oxumamaqda sərbəstdir. Hamamda dəstəmaz alarkən […]

1. 993 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Xarici valyutayla borc

Sual:Bir adam milli manatla borc alsa, sonra qaytaranda xarici valyuta ilə qaytara bilərmi? Burada faiz təhlükəsi nə qədərdir və hansı xırdalıqlara diqqət yetirilməlidir?  Cavab: Bir nəfər ehtiyacını aradan qaldırmaq üçün digər bir şəxsdən məsələn on min borc istəyərsə, müddət qurtardıqda da borcunu aldığı günkü məzənnəyə görə verməyi vəd etmiş sayılır. Belə olan təqdirdə borc verən […]

1. 810 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Süni mayalamanın hökmü

Sual:İslami nöqteyi-nəzərdən “süni mayalanma” (döllənmə) yoluna müraciət etmək olarmı? Cavab: Ata-ananın övlad sahibi olmaq istəməsi təbii haqqıdır və bu arzu din tərəfindən də təşviq edilmişdir (Şura, 42/49, 50). Sonsuz olan ər-arvad müalicə götürərək sonsuzluğu aradan qaldırma hüquqları vardır. Məhz bu mövzuda istifadən edilən üsullardan biri də “süni mayalanma” üsuludur. Bu bir növ süni dölləndirmə metodudur […]

2. 656 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Toyuq kəsimi

Sual:Müxtəlif cihazlarla bir düyməyə basmaqla kəsilən heyvan ətlərini (məsələn toyuq kimi) yemək olarmı, ümumiyyətlə burada hansı şərtlərə riayət olunmalıdır? Cavab: Müxtəlif cihazlarla bir düyməyə basaraq, məsələn yüzlərlə toyuğun kəsilməsini ov edərkən bir atışla birdən çox quşu vurmaqla müqayisə etmək mümkündür və caizdir. Lakin düyməyə basan, yəni həmin cihazı işlədən müsəlman və ya əhli-kitab olmalıdır və […]

6. 458 dəfə oxunub 2 şərh yazılıb
tesvir secilmeyib
Cadu ilə ər-arvadın arasını vurmaq

Sual:Cadu və sehir barədə məlumat almaq istərdim. Məsələn, cadu ilə ər-arvadın arasını vurmaq mümkündürmü? Ümumiyyətlə bu kimi şeylər insanlara zərər verə bilərmi?  Cavab: Qurani-Kərimdə belə buyrulur: “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə […]

24. 800 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Etil-spirt tərkibli ətirlər

Sual:Parfümeriya mağazalarından aldığımız, tərkibində spirt olan ətirlərdən istifadə etməyin hökmü nədir? Bu cür ətirlərin dəydiyi paltarlarla qılınan namaz səhihdirmi? Cavab: İslam dini istər maye, istər qatı olsun sərxoşedici maddələrin, sərxoş olmaq məqsədilə istifadə olunmasını qətiyyətlə qadağan etmişdir. Lakin tərkibində spirt olan ətirlərdən təmizlik və ətir məqsədilə istifadə olunması mövzusunda müxtəlif fikirlər irəli sürülmüşdür. Belə ki, […]

6. 467 dəfə oxunub 2 şərh yazılıb
tesvir secilmeyib
Kreditdən istifadə etmək

Zəmanəmizdə demək olar ki, hər kəsin alış-verişdə kreditdən istifadə etdiyini görürük. İslam kreditlə ticarətə necə baxır? Cavab: Kreditlə alış-verişi iki qismə ayırmaq lazımdır. Birincisi, kreditə pul götürmək. Burada pulla pul satın alınır və müəyyən müddət sonra həmin məbləğ faizi ilə birlikdə geri qaytarılır. Bu növ kredit İslamda Qurani-Kərimin müxtəlif ayələrində qəti şəkildə qadağan edilmişdir (Bəqərə, […]

2. 395 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Ulduz falı

Sual:Bu gün yayğın hala gəlmiş ulduz falı haqda nə deyərdiniz? Cavab: Ulduz falı insanları doğulduqları bürclərə görə qruplandıraraq, onun gələcəyi və qədəri haqqında məlumat verən bir fal növüdür. Dinimizin qətiyyətlə qadağan etdiyini falçılıq bir növ qeybdən xəbər verməkdir. Halbuki, Qurani-Kərim qeybi Allahdan başqa heç kəsin bilmədiyi, peyğəmbərlərlə mələklər belə vəhy edilmədikcə qeybdən bixəbər olduqları müxtəlif […]

4. 979 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
And içmək

Sual:Allahdan başqasının adına and içməyin hökmü nədir? Cavab: Hz. Peyğəmbər müxtəlif hədislərində ümmətinə atalar və bütlər adına and içməmələrini, əgər and içəcəklərsə yalnız Allah adına and içmələrini ya da susmalarını əmr etmişdir (Buxari, Ədəb, 74, Tövhid, 13; İbn Hənbəl, “Müsnəd”, II, 7; Tirmizi, Nüzur, 8). And yalnız Allahın layiq olduğu bir təzimdir. Məhz bu səbəblə […]

1. 157 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Cadu və cadunun aradan qaldırılması yolları

Sehr və ya cadu xəbis niyyətlə, yaxud mənfəət məqsədi ilə metafizik qüvvələrdən istifadə etmək deməkdir.

349. 108 dəfə oxunub 5 şərh yazılıb
tesvir secilmeyib
İbadətlərdə niyyətin əhəmiyyəti

Niyyət bir işi görmək fikrində olmaq, yönəlmək, qəti qərar və şüur mənalarına gəlir. İnsan niyyət sayəsində haraya yönəldiyini, nə istədiyini bilir və onu tapma, əldə etmə şüuruna yiyələnir. İnsanın bütün hərəkət və davranışlarının əsasında niyyət dayanır. İradənin sarsılmaz əsası və bir işi görmə gücünün ən sağlam bünövrəsi də niyyətdir. Hətta kainatda və insan nəfsində hər […]

1. 799 dəfə oxunub 0 şərh yazılıb
Vəsilə nədir?

“Vəsilə” ehtiyac mənasında işlədilən ərəb sözü olub “təvəssül” (insanı ilahi dərgaha yaxınlaşdıran əməli işləmək) kəlməsi ilə eyni anlamda işlədilir. Təvəssül ərəbcə bir kimsəni və ya bir şeyi vasitə eləmək mənasına gəlir. Məsələn ağaca çıxmaq üçün nərdivan bir vasitədir. Qurani-Kərimdə “vəsilə” sözü: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad […]

14. 612 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
“Dərman içdim, sağaldım ?!”

Sual:”Dərman içdim, sağaldım” kimi cümlələrin işlədilməsi düzgündürmü? Bu, qədərə, taleyə aid mövzudur. Qədərə inanan adamın hər anı “Allah görür”  düşüncə və imanı ilə keçir. Qurani-Kərimdə: “Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”[1]– buyurulur. Bizim hər cür işlərimizi, əməllərimizi yaradan Allahdır. Allah izni ilə yeyir, içir, yatıb-qalxır, düşünür və danışırıq. Əslində, məxluq, yəni yaradılmış nə […]

3. 023 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Qeybətin cəzası nədir?

Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində qeybətin axirətdəki cəzası haqda buyurur: “Rəsulullah bir dəfə əshabla birlikdə olanda: –  Müflis kimdir? – deyə soruşdu. Bunun cavabında səhabələr: – Pulu və malı olmayan, onları əlindən çıxaran – dedilər.

2. 563 dəfə oxunub 0 şərh yazılıb
tesvir secilmeyib
Dindəki qadağalar

Sual:Dinə gəlməkdə bir məcburiyyət yoxdur. Bəs dindəki qadağalar necə izah olunur? Hər sistem kimi İslamın da əmr və qadağaları vardır. Bunlara əməl etmək dində məcburiyyət kimi götürülməməlidir. İslam dinini qəbul edənlər – Müsəlmanlar bəzi şeyləri etməli, bəzi əməllərdən çəkinməlidir. Bunun da məcburiyyətlə heç bir əlaqəsi yoxdur. İnsana və cəmiyyətə açıq-aşkar zərərli olan içkinin İslam dini […]

6. 473 dəfə oxunub 0 şərh yazılıb
Niyə məzhəblər arsında fərqlilik var?

Sual: Məzhəb nə deməkdir? Məzhəblərin meydana gəlməsinin səbəbləri nələrdir. Məzhəhəblər arası fərqlər nədən əmələ gəlir? “Məzhəb” ərəb mənşəli söz olub “gedilən yol, əməl edilən üsul” mənalarını verir. Müctəhid bir alimin fikir və görüşlərini mənimsəyən insanların meydana gətirdiyi dini axın və ya məktəblərə məzhəb deyilir. Məzhəblər iki yerə bölünür: inanc əsaslı və ibadət əsaslı. Əşari, Maturidi […]

3. 120 dəfə oxunub 0 şərh yazılıb