2. 493 dəfə oxunub ,   0 şərh   Çap et

Zəmanəmizdə demək olar ki, hər kəsin alış-verişdə kreditdən istifadə etdiyini görürük. İslam kreditlə ticarətə necə baxır?

Cavab: Kreditlə alış-verişi iki qismə ayırmaq lazımdır. Birincisi, kreditə pul götürmək. Burada pulla pul satın alınır və müəyyən müddət sonra həmin məbləğ faizi ilə birlikdə geri qaytarılır. Bu növ kredit İslamda Qurani-Kərimin müxtəlif ayələrində qəti şəkildə qadağan edilmişdir (Bəqərə, 275, 276, 278, 179). Sözü gedən qadağa həm verən, həm də alanın hər ikisini də əhatə edir. İkincisi isə, mağazadan nisyə edilən alış-verişdir. Məsələn, 100 manatlıq nağd bir mal, altı ay ərzində ödəməklə 120 manata satıla bilər. Belə ki, nağd satışlarda qazanc üçün maya dəyərinin üstünə müəyyən məbləğ əlavə etmək caiz (halal) olduğu kimi, nisyə satışlarda da caizdir. Hətta nisyə satışda pul bir müddət dövriyyədə olmadığı və ya əşyanın qiymətinin bahalaşacağı nəzərə alınaraq, qazanc miqdarı( malın satış qiyməti) yüksək olaraq da təyin edilə bilər. Onu da qeyd etmək lazımdır ki, bir şəxs bank vaxitəsilə, yəni bankdan nağd pul götürərək hər hansı mağazadan bir əşya alıb, sonra həmin pulu banka faizi ilə hissə-hissə qaytarması caiz (halal) deyildir.

Dr. Anar Qurbanov

Mərmərə unv. İslam hüququ



Açar sözləri

kredit

Bənzər məqalələr

Faizsiz kreditin hökmü nədir?

Telefon mağazasından bəhs etdiyinz şəkildə alış veriş etməkdə görünürdə bir problem yoxdur.


Şərh yaz