عَنْ أَنَسٍ أَنَّ النَّبِيَّ جَاءَ إِلٰى سَعْدِ بْنِ عُبَادَةَ فَجَاءَ بِخُبْزٍ وَزَيْتٍ فَأَكَلَ ثُمَّ قَالَ النَّبِيُّ : «أَفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ وَأَكَلَ طَعَامَكُمُ الْأَبْرَارُ وَصَلَّتْ عَلَيْكُمُ الْمَلَائِكَةُ»
Ənəs ibn Malik (r.a.) nəql edir:
“Peyğəmbərimiz (s.ə.s.) Sad ibn Ubadəgilə qonaq getmişdi. Sad dərhal Rəsulullaha (s.ə.s.) bir parça çörək və bir az da zeytun yağı gətirdi. Peyğəmbərimiz (s.ə.s.) də bunları yeyib ev yiyəsinə dua etdi: “Evinizdə oruclular iftar açsın. Süfrənizdən əbrar (saleh insanlar) yesin. Mələklər də sizə (rəhmət və bağışlanma) duası etsinlər”. [Əbu Davud, Ətimə 54]
Bu yazı Rəsulullahın (s.a.s.) Ramazan ayı ilə əlaqəli ümmətinə tövsiyələri haqdadır. Rəsulullah (s.a.s.) Şaban ayında oxuduğu bir xütbədə ümmətinə bunları tövsiyə etmişdir.
Adəmoğlunun hər əməli özü üçündür. Yalnız oruc bundan müstəsnadır. Onun mükafatını Mən verərəm. Çünki yeməyini və nəfsani arzularını, yalnız mənim üçün tərk edir. Oruclu üçün iki sevinc anı var: Biri iftar etdiyi, digəri də Allaha qovuşduğu vaxtdır. Oruclunun ağzının qoxusu, Allah qatında müşk qoxusundan daha xoşdur.
Kim bir orucluya iftar verərsə, orculu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz.
Nəzərə almaq lazımdır ki, bu ilki oruc yay vaxtına düşdüyündən günlər uzun hava isə istidir. Buna görə də mütləq sahura qalxmaq lazımdır. Sahurda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmalı, kəpəkli çörək yeyilməlidir. Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec sorulur. Bu uzun zaman ac qalmaq üçün faydalıdır.
Rəsulullah (s.ə.s.) iftarını namazdan əvvəl bir neçə təzə xurma ilə, təzə xurma olmayanda quru xurma ilə, o da olmayanda bir neçə qurtum su ilə açardı.