10. 111 dəfə oxunub ,   3 şərh   Çap et

Sual: Kişinin icazəsi olmadan qadın onun cibindən pul götürə bilərmi?

Cavab: Ailədə kişinin öz hüquqları və vəzifələri olduğu kimi, qadının da öz hüquqları və vəzifələri var. Məsələn, ailənin ehtiyaclarını ödəmək kişinin borcudur. İxtisası, elmi dərəcəsi, cəmiyyət içində mövqeyi nə olursa-olsun, kişi bilməlidir ki, evinin halal dolanışığını təmin etmək onun borcudur, istər yük daşısın, istər yer belləsin, istərsə də meyvə satsın… Bunlar əskiklik deyil, əskiklik öz borcunu yerinə yetirməməkdir.

Kişinin icazəsi olmadan qadının onun cibindən pul götürməsi

Evdə zəruri və gözlənilməz hallar üçün xüsusi büdcə olmalıdır. Evə maaş gələndə bir hissəsi ayrılıb bir tərəfə qoyulmalıdır ki, gözlənilməz və ya zəruri bir iş ortaya çıxdığı təqdirdə, onunla həll etmək mümkün olsun. Bu büdcənin xərclərini hər iki tərəf bilməlidir. Əgər kişi bədxərcdirsə qadın onun xəbəri olmadan bir miqdar əlavə pul yığa bilər. Ancaq ailə başçısı kimi ərinə bunu deməsi daha yaxşıdır.

Əri evdə olmadığı təqdirdə qadın evin büdcəsindən hər hansı zəruri ehtiyac üçün pul xərcləyə bilər. Çünki o zəruri işi yerinə yetirmək əslində kişinin borcudur. Əsri-səadətdə baş verən bu hadisə də qadının ərinin icazəsi olmadan ailəsinə pul xərcləyə biləcəyini göstərir. Əbu Süfyanın həyat yoldaşı Hind bir gün Rəsulullahın (s.ə.s) yanına gələrək, ərinə malından özü və uşaqları üçün onun xəbəri olmadan xərcləməyin doğru olub-olmadığını soruşur. Rəsulullah (s.ə.s) belə cavab verir, “Adət üzrə özünə və uşaqlarına kifayət edən miqdar nə qədərdirsə, o qədər götürə bilərsən”. (Buxari, Büyü, 95; Nəsai, Qəda, 31; İbn Macə, Ticarət, 65; Darimi, Nikah, 54). Bu hədisə görə qadın ərinə aid puldan onun icazəsi olmadan sadəcə ehtiyaclarını qarşılamaq üçün götürə bilər. Əgər qadın kişinin cibindən icazəsiz götürdüyü pulu zərurət olmayan şeylərə xəcləyir və üstəlik, kişi bundan narazıdırsa, bu məsələdə qadına bəraət qazandırmaq mümkün deyil. Əgər kişi qadına evdəki büdcədən və ya cibindən pul xərcləmək üçün icazə veribsə qadının icazə almağına ehtiyac yoxdur.

Əri xəsis olan qadın onun icazəsi olmadan ailə büdcəsini zərər verməmək şərtilə infaq edə bilər. Bu savabdan əri ilə ortaq olar. “Qadın evin malından ailə büdcəsinə ziyan dəyməyəcək şəkildə infaq edərsə, hər ikisi – infaq etdiyinə görə qadın, qazanıb gətirdiyi üçün də kişi savab qazanır.” (Buxari, zəkat 26; Müslim, zəkat 80; Əbu Davud, zəkat 44).



Açar sözləri

arvad cib ər icazə kişi pul qadın

Bənzər məqalələr

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.


3 şərh yazılıb
  1. Peri , 26/03/2015 tarixində, saat 17:03

    Ey insanlar bunlari oxuyub anlamaq ve riayet etmek lazimdir.. Allah Teala her kesin imanini mohkem etsin InsAllah..

  2. agayev alim , 21/04/2015 tarixində, saat 19:04

    Eger qadina eri pul vermirse ve evde ehtiyac alinacaq coxdusa ve qadin mecburen ogurluq cibinden pul gotururse bu gunahdimi????

Şərh yaz