Aylıq namaz vaxtları
1. 154 dəfə oxunub ,   1 şərh   Çap et

Qurani-Kərimin bir çox ayəsində Allah Rəsulunun hədislərində və örnək həyatında təmizliyin əhəmiyyəti və lüzumu üstündə təkidlə dayanılmışdır. Ümumi mənada təmizlik və ibadət məqsədli təmizliklə əlaqədar bəzi qanun və ölçülər gətirilmiş və təmizlik bəzi ibadətlər üçün ön şərt sayılmışdır.

Dinin mahiyyəti mənəvi çirklərdən təmizlənmə, Allahı tanıma Ona itaət və ibadət etməklə yanaşı ruhun yüksəlməsi və insanın belə mənəvi bir əlaqə mühitinə keçə bilməsidir. Bunun üçün insanı əhatə edən fiziki şərtlər də uyğun olmalıdır. İbadət həyatı ilə və mənəvi təmizlənmə ilə bədən və ətraf təmizliyi arasında möhkəm bir əlaqə qurulması hətta Quran da təmizlikdən, həm maddi həm də mənəvi təmizliyi əhatə edəcək şəkildə ümumi bir izahatla bəhs etməsi belə bir məna daşıyır.

İslam mədəniyyətində ümumi mənadakı təmizlik ilə ibadət məqsədli təmizlik bir-birini tamamlayır və birlikdə bir məna ifadə edir. Bu səbəblə İslam alimləri təmizliyi maddi təmizlik, hökmən təmizlik və mənəvi təmizlik şəklində üç mərhələli bir fəaliyyət olaraq qəbul edirlər.

Qurani-Kərimdə ətrafın və ibadət yerinin təmizliyindən danışılır. Allahın təmizlik mövzusunda həssasılıq göstərənləri sevdiyi bildirilir. (Bəqərə 2/125; Tövbə 9/108; Həcc 22/26)

Peyğəmbərimiz də bu haqda belə buyurur: “Təmizlik imanın yarısıdır.” (Müslim, Təharət 1) “Allah təmizdir təmizliyi sevər.” (Tirmizi, Ədəb 41) “Namazın açarı təmizlikdir.” (Əbu Davud, Salat 73; Tirmizi, Təharət 3)

Dəstəmaz başlı başına və özlüyündə məqsəd olan bir ibadət deyil, müəyyən ibadətləri etməyi mübah edən, qulun bu ibadətlərə mənən və ruhən hazırlanmasına və bu ibadətlərdən maksimum səmərə əldə etməsinə səbəb olan bir ibadət vəsiləsidir.

Dəstəmaz almaq istəyən birisinin dəstəmazdan əvvəlki hazırlığa başlayarkən (tualetə getmə və s.) niyyət etməsi sünnədir. Beləliklə dəstəmaz və ondan əvvəl etdiyi bütün hərəkətləri ibadətə vəsilə və hazırlıq olması cəhəti ilə bir növ ibadət olub savab qazandırır.

Təmizlikdə, maddi kirlərin və pisliklərin aradan təmizlənməsinə “nəcasətdən təharət”, dəstəmazsızlıq vəziyyətinin aradan qaldırılmasına isə “hadəstən təharət” deyilir.




1 şərh yazılıb
  1. alabina , 04/09/2014 tarixində, saat 05:09

    bezi qadinlar bunu derk etmeyerek hetda temizlikde de israfa yol verirler beleki vaxtlarinin coxunu ibadet ve en esasi usaqin terbiyesine ayirmali vaxti bir esyani daha cox yumaqa enerjilerni serf edirler.men temizkaram bu kimi lazimsiz fikirlerle qurrelenirler hetda usaqlarinin normal inkisafina mane olaraq onlarin hereketini de mehdudlasdirlar!cox xahis ederdim bu barede mumkunse meqale derc edesiz onceden tesekkur edirem

Şərh yaz