2. 228 dəfə oxunub ,   0 şərh   Çap et

Rəbbimiz əzəldən əbədə qədər meydana gələcək hər şeyi yazmışdır. Böyük bir İslam mütəfəkkiri bu təqdir və təsbiti belə izah edir:

Madam, gözümüzlə görürük ki, hər bir canlı böyüyüb inkişaf edərkən onu təşkil edən zərrələr əyri-üyrü sərhədlərə qədər irəliləyib dayanır, yolunu dəyişir və o sərhədlərin sonunda müəyyən hikmət və fayda ilə nəticələnir. Demək, onun surəti, inkişaf prosesi və mərhələləri qədər qələmi ilə yazılmışdır. Bu hal o canlının həyat proqramının bir qədər qələmi ilə müəyyənləşdiyini, (məsələn,) hər bir ağacın nə qədər böyüyəcəyini, neçə yarpağı olacağını, nə qədər çiçək açacağını, nə qədər meyvə verəcəyini göstərir. Bəli, Allah qüdrəti ilə varlıqlar üçün yazdığı hökmünü vaxtı-vədəsi yetişdikdə gerçəkləşdirir.

Bir halda ki, mövcudatda maddi və mənəvi qədər qələmi ilə çəkilmiş hikmətli hüdudlar vardır, demək, hər bir canlının həyatında baş verən bütün hal və davranışlar o qədər qələmindən çıxmışdır. Çünki canlının bütün həyatı nizam və ölçü içində davam edir, ömrü boyu surət dəyişdirir, müxtəlif şəkillərə girir. Bütün canlılar qədər qələminin hökmü ilə var olursa, aləmin ən mükəmməl meyvəsi, yer üzünün xəlifəsi olan və ən böyük əmanəti çiyinlərində daşıyan insanın həyatı qədərin qanununa hər şeydən çox tabedir.




Bənzər məqalələr

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Orucun kəffarəsi

Kim Ramazan ayında üzrsüz səbəbdən və xəstə olmadığı təqdirdə tutduğu orucu pozarsa, ömür boyu oruc tutsa da həmin orucun yerinə keçməz.

İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.

Pozulan nafilə oruc qəza edilməlidirmi?

Ramazan ayı xaricində insanın öz istəyi ilə tutduğu oruclar nafilə oruc sayılır. Nafilə belə olsa başlanılan ibadəti tamamlamaq lazımdır.


Şərh yaz