Hamilələlik zamanı oxunacaq hər hansı xüsusi dua və ya zikir qeyd edilməmişdir. Ancaq uşağı dini tərbiyəsi ana bətnində başlayır. Buna əsasən hamilə qadın qidalanması da daxil olmaqla bütün davranışlarına diqqət eləməlidir. Dilini yalandan, gözünü haramdan, qulağını da qeybətdən uzaq tutmalıdır. Zikir olaraq da Qurani-Kərim, Cövşəni-Kəbir, Salatı təfriciyə və s. dualar oxuna bilər.
Qədr gecəsi hər cür dua oxuna bilər.
Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.
İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.
Cümə həftənin ən bərəkətli və fəzilətli günüdür.
Endoskopiya, kolonoskopiya və ultrasəs müayinələri zamanı cihazın içərisindən su axıdılarsa oruc pozulur. Ancaq bu cihazlarla müayinə zamanı həzm sisteminə su, yağ və bənzəri qida maddəsi daxil olmadığı müddətcə oruc pozulmur.
orxan , 02/01/2015 tarixində, saat 05:01
Çox gözel izah etdiniz.Allah sizden razi olsun.