2. 996 dəfə oxunub ,   0 şərh   Çap et

Hər zaman var olan və həyat bəxş edən, əzəli və əbədi həyat sahibi…

Hayy ismi İsmi-Əzəmin altı nurundan biridir. (Fərd, Hayy, Qayyum, Hakəm, Adl, Qüddüs) Hayy kəlməsi həyat kəlməsinin sifətidir. Həyat sahibi və diri deməkdir. Allahın sifətləri içində Hayy, həmişə var olan, həyat bəxş edən, tanınan, sonradan yaranmamış və ölümsüz deməkdir. Digər canlılar ölümlüdür. Yəni Allah bizi yox ikən yaratmışdır. Ancaq bir müddət keçdikdən sonra həyat sahibi olan bütün canlılar ölümə məruz qalırlar, sanki yox olurlar. Buna görə yer-göy, quru-dəniz, fizik və metafiziki aləmdə hər şeyi yaradab və yaşadan yalnız Odur. Yəni hər bir varlıq Onun sayəsində həyata sahibi olmuşdur və o biri aləmdə də yenə Onun inayətilə ikinci dəfə həyat əldə edəcək. Hər canlının həyatı, özünə görə həqiqətdir. Allahın həyat sahibi olmağı heç bir varlığın həyatına bəznəmir. Allah olmasaydı, nə həyat olardı, nə də həyatdan və varlıqlardan bir əsər-əlamət qalardı.

Şüursuz, elmsiz, qüdrətsiz həyat Allah için təsəvvür edilə bilməz.  Ona görə də bu sifət, Allahın elm, iradə və qüdrətinin də əsasıdır. Həyat varlığa aid mükəmməllikdir. Allahın düşüncə xaricində həqiqi olaraq varlığı Hayy olması ilə mümkündür. Qədim Yunan filosoflarının dediyi, tanrısız dinlərdə və miflərdə təsvir olunan xəyali tanrı təsəvvürü Quranda yoxdur. Həyatdan məhrum olan varlıq kamil və mükəmməl ola bilməz. Bəli O, yeganə Məbuddur və Ondan başqa Məbud – ibadət edilməyə layiq varlıq yoxdur. Çünki əzəldən əbədə qədər olan və olacaq bütün varlıqlar Onun Əsmasının kölgəsi, kainatın hər tərəfindəki canlılıq Onun həyat nurunun əksi; mövcudiyyətini davam etdirən hər varlığın yaşaması da Onun Qayyumluğunun fani lövhələrə kiçik bir yansımasıdır. Onun varlığı özündən, Hayy və Qayyum olmağı da zatındandır. Varlığı başqasına möhtac deyildir. Ondan başqa kim və nə varsa (insan, cin, mələk, heyvan, bitki) hamısı Ondan; Onun sifətlərinin təcəllisi və əsmasındandır. O, elə bir Hayy və Qayyumdur ki, Ona əsaslandırmadan heç bir varlığın yaradılışını və varlığının davamını izah etmək mümkün deyil. O yeganə Zatı-Əzəm, bu iki isim də İsmi-Əzəmdir. Allah bir varlığı yaradıb ona həyat verməklə kifayətlənmir, onu həyatını davam etdirmək və yaşamaq üçün Qayyumluğu ilə təcəlli edir. Bütün əşya və hadisələr Onun Əsmasının təcəllisi, kainat bu təcəllinin kitabı və böyük sərgi sarayı, insan bu sərgiyə tamaşa edən səyyah və bu kainat kitabını oxuyan mütaliəçi; peyğəmbərlər bir öndər; müqəddəs kitablar − xüsusilə də Quran bu möhtəşəm gözəlliyin nə olduğunu bildirən açıq carçısıdır.

Hayy ismi Quranda beş ayədə keçir. (Furqan, 25/58; Taha, 20/11; Bəqərə, 2/255; Ali İmran, 3/2; Mumin/Ğafir, 40/65). Bu isim ayələrdə, ya “ölümsüz” sifəti ilə, ya da “hasr” (Ona məxsus) ifadəsi ilə və ya əl-Qayyum ismi ilə birlikdə işlədilmişdir. Bu isim bizə mövcud canlılar xaricində müqəddəs, uca, ali bir Zatın qarşısında olduğumuzu xatırladır. Çünki biz, canlı dedikdə doğulan, böyüyüb inkişaf edən, çoxalan, nəfəs alıb verən, nəsli artan, daha sonra qocalan və ölən, tələf olunan varlıları nəzərdə tuturuq. Allah Təala bunların hər birindən münəzzəhdir.

Digər Əsmaul-Hüsanın təcəllisinə səbəblər pərdə olsa da, Cənabı-Allahın Həyat sifəti pərdəsiz olaraq ortaya çıxmışdır. Həyatı verən də, alan da Allahdır. Tarix boyu bəşəriyyət Onun digər adlarına şərik qoşsalar da, yaradıcı olaraq müqəddəs, kamal sahibi, uca, gücü hər şeyə yetən qüdrətli bir varlığın olduğunu qəbul etmişlər. Quranı-Kərimdə bu ismlə eyni kökdən gələn “Muhyil-mövta” ismi də keçməkdədir. Mənası ölüləri dirildən deməkdir. (Rum surəsi, 30/ 50, Fussilət surəsi, 41/39)

Hayy ismi əbcəd hesabına uyğun olaraq 28 dəfə zikr edilir.



Açar sözləri

əsmaul-husna hayy ismi-azam

Bənzər məqalələr

Allahın gözəl adları Əsmaul-hüsna

Allahın yüzdən bir əksik 99 ismi vardır. Kim bu isimləri (öyrənib haqqı ilə əməl edərək) sayarsa cənnətə girər.


Şərh yaz